Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı


MÖVZU: № 14. İDARƏETMƏNİN SOSİOLOGİYASI



Yüklə 1,1 Mb.
səhifə62/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   58   59   60   61   62   63   64   65   ...   114
SOS KONSP 2021

MÖVZU: № 14. İDARƏETMƏNİN SOSİOLOGİYASI


PLAN.


1. İdarəetmənin sosial təbiəti və strukturu


2. Sosial idarəetmənin xarakter xüsusiyyətləri və struktur ünsürləri
3. Sosial idarəetmə mürəkkəb proses kimi

4. Sosial idarəetmə metodları




İdarəetmənin sosial təbiəti və strukturu


Əvvəlcə bir-birinə çox yaxın olan iki anlayışın mənasına diqqət yetirilməlidir: menecment və idarəetmə. Bəzən həmin anlayışları ümumiyyətlə eyniləşdirirlər. Belə eyniyyəti texniki mənada qəbul etmək olar, çünki menecment hərfən idarəetmə deməkdir. Başqa sözlə, «menecment» və «idarəetmə» anlayışlarını texniki mənada sinonim sözlər kimi işlətmək olar. Qərbdə menecment anlayışının işlədilməsində kifayət qədər sərbəstlik vardır. Lakin bəzi sosioloqlar sosial-mədəni hadisə kimi həmin anlayışların fərqləndirilməsini zəruri hesab edirlər. Onların fikrincə, menecment hər şeydən əvvəl kommersiya idarəetməsinin instrumentidir. İdarəetmə isə insanların qarşılıqlı fəaliyyətini nizamlayan mexanizmdir.
«İdarəetmə» və «sosial idarəetmə» anlayışlarını da müqayisə etmək və fərqləndirmək məqsədəuyğundur. Bu halda qeyd etmək olar ki, idarəetmə daha geniş anlayışdır; o, müxtəlif təbiətə malik orqanizmlərin, sistemlərin (bioloji, sosial, texniki) funksiyası olub, onların müəyyən strukturunu saxlamağı, fəaliyyət rejimini nizamlamağı, fəaliyyət məqsədlərini reallaşdırmağı təmin edir. Sosial idarəetmə isə geniş və dar mənada işlədilir. Geniş mənada sosial idarəetmə dedikdə bioloji və texniki sistemləri idarəetmədən fərqli olaraq, bütün və hər cür ictimai prosesləri idarəetmə başa düşülür. Dar mənada isə sosial idarəetmə cəmiyyət həyatının sosial sferasına xas olan hadisə və proseslərin idarə olunmasını nəzərdə tutur, sosial siyasətin reallaşdırılması vasitəsi kimi çıxış edir.
İdarəetmə həmişə hakimiyyətin və səlahiyyətlərin prezumpsiyasına, aşağıların yuxarılara tabeliyinə, iqtisadi, sosial və mədəni nemətlərə yiyələnməkdə bərabərsizliyə əsaslanır. Rolların və statusların üfüqi və şaquli diferensiasiyası müxtəlif cür təsbit olunur. İdarəetmə fərdlərin, qrupların, kollektivlərin fəaliyyətinin müəyyən rejimidir, nizamıdır, nəzərdə tutulan norma və qaydaların hüdudlarında həmin fəaliyyətin məhdudlaşdırılmasıdır.
İdarəetmə piramidası mürəkkəb struktura malikdir. O, elə qurulmuşdur ki, onun konusunda ən imtiyazlı, səlahiyyətli vəzifələr yerləşir. Bu vəzifələr aşağı qatlardakı imtiyazsız, yaxud az imtiyazlı mövqelərlə müqayisədə çox azdır. Deməli, mövcud yerlərə nisbətdə irəliləmək, yüksəlmək iddiasında olanlar daha çoxdur. Yüksəlmək səyi idarəetmə karyerasının əsas motividir.
«İdarəetmənin strukturu» anlayışını idarəetmə problemlərinə həsr olunmuş ədəbiyyatda tez - tez rast gəldiyimiz «təşkilatın strukturu» anlayışı ilə müqayisə edək. Təşkilatın strukturu daha geniş anlayış olub, həm formal, həm də qeyri - formal təşkilatı əhatə edir. İdarəetmənin strukturu isə təşkilatın strukturunun mühüm ünsürü olub, ancaq formal təşkilatı əhatə edir.
İdarəetmənin strukturu əslində idarəetmə səviyyələrinin aşağıdan yuxarıya doğru nizamlı yerləşməsidir. Burada adətən üç səviyyəni ayırd edirlər: aşağı səviyyə (məsələn, sex rəhbərləri, baş ustalar); orta səviyyə (məsələn, şöbə, bölmə rəhbərləri); yüksək səviyyə (məsələn, baş idarəedici, böyük idarəedicilər). Bu, tipik struktur hesab oluna bilər. İri kompaniyalarda bu səviyyələr arta bilər (məsələn, aşağı, kiçik, orta, böyük, yüksək səviyyələr). Silahlı qüvvələrdə, sahə və regional idarəetmə orqanlarında idarəetmənin daha çox səviyyəsi mövcuddur. İcraçılarla (fəhlə və qulluqçularla) yüksək səviyyə rəhbərləri arasında daha çox səviyyələr mövcuddursa, belə idarəetmə strukturunu şaquli idarəetmə strukturu adlandırırlar. Rəhbərlik səviyyələri az olduqda isə onu üfüqi idarəetmə strukturu adlandırırlar.
Bir neçə minilliklər ərzində mövcud olan, funksional xidmətləri istisna edən ənənəvi idarəetmə strukturu xətti struktur adlanır. XX əsrin əvvəllərində meydana gələn, funksional xidmətlərin bütöv şəbəkəsini əhatə edən (kadrlar şöbəsi, reklam şöbəsi, təchizat şöbəsi, marketinq şöbəsi, mühasibat və s.) yeni idarəetmə strukturu xətti - qərargah strukturu adlanır.
Yüksək səviyyə rəhbərləri özlərini inzibatçılar hesab edirlər. Onlar firmanın, kompaniyanın və s. fəaliyyətini istiqamətləndirirlər. Lakin onların işində inzibatçılıq və idarəetmə birləşir: inzibatçılıq yüksək rəhbərin simasında təşkilatın başlıca məqsədlərini və siyasətini müəyyən edir, bütün digər rəhbərlərin məşğul olduğu idarəetmə isə həmin məqsədlərin və siyasətin reallaşması üçün zəruri olan əməliyyatların yerinə yetirilməsini təmin edir.



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin