Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı


Siyasi institutların mahiyyəti və fəaliyyəti



Yüklə 1,1 Mb.
səhifə59/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   55   56   57   58   59   60   61   62   ...   114
SOS KONSP 2021

2. Siyasi institutların mahiyyəti və fəaliyyəti


Siyasi institutların təşəkkülü uzunmüddətli prosesdir. O, öz başlanğıcını qarşılıqlı təsirin keyfiyyətcə yeni növü olan siyasi hakimiyyətin tədricən təşəkkül tapdığı vaxtdan götürür. Siyasi hakimiyyətin təsisatlaşması müasir sosial inkişafın zəruri şərtidir.
Siyasi institutlar siyasi hakimiyyətin reallaşmasını həyata keçirirlər. Bu hakimiyyətin zəruriliyi onunla şərtlənir ki, fərdlərə, sosial qruplara müyəssər olan ehtiyatlar, sərvətlər və sosial cəhətdən əhəmiyyətli digər obyektlər heç zaman tükənməz deyildir. Onlara yiyələnmək sferasını genişləndirmək kimi təbii səyi məhdudlaşdıra bilən sosial cəhətdən müəyyənləşmiş hüdudlar olmalıdır. Belə ehtiyatlar, sərvətlər təkcə maddi xarakterli deyildir. Onlara həm də təhlükəsizlik, informasiya əldə etmək imkanı, status, nüfuz, hakimiyyət aiddir. Zəruri hüdudlar olmadıqda qarşılıqlı sosial təsirlər nizamlana bilməz. Anarxiyaya, sosial sistemlərin nizamsızlığına gətirib çıxaran mübahisələr, münaqişələr, toqquşmalar labüd olar. Hüdudların müəyyənləşdirilməsi və təmin edilməsi cəmiyyətdə hakimiyyət münasibətlərinin qərarlaşmasını tələb edir. Hakimiyyət mübahisə və münaqişələrin inkişafının elə hüdudlarını müəyyənləşdirməyə qadir olmalıdır ki, onlara nail olmağı təmin edən hakimiyyət qərarı hamı tərəfmdən məcburi akt kimi qəbul edilsin.
Hakimiyyəti bir subyektin digər subyektin (və ya subyektlərin) davranış aktlarına, fəaliyyətinə nəzarət imkanı kimi müəyyənləşdirmək olar. Siyasi hakimiyyət bütövlükdə cəmiyyəti əhatə edir. Ancaq siyasi hakimiyyət üçün bütün növ sanksiyaların tətbiqi hüququ etiraf olunur (fiziki məcburiyyət, mülkiyyətdən, azadlıqdan məhrumetmə və s.). Lakin siyasi hakimiyyətin zorakılığı legitim olmalıdır, yəni cəmiyyətin əksər üzvləri tərəfindən etiraf və qəbul olunmalıdır.
Dövlət mühüm siyasi institutdur. O, təsisatlaşmış siyasi hakimiyyəti həyata keçirir. Siyasi sosiologiya sahəsində maraqlı tədqiqatları olan M. Veberə görə, siyasi hakimiyyətin bazası kimi legitimlik ənənəyə, əksəriyyət tərəfindən etiraf olunan avtoritetə (harizmaya) və rasional seçimə əsaslana bilər. Ənənəvi hakimiyyət qədimdən təşəkkül tapmış ənənələrin sarsılmazlığına, müqəddəsliyinə, hakimiyyət orqanlarının təbii qanuniliyinə ən ümumi inama istinad edir. Harizmatik hakimiyyət bir şəxsin böyüklüyünə, müqəddəsliyinə, bütün başqaları üzərində üstünlüyünə, onun qəhrəmanlığına hökmran inama əsaslanır; belə hakimiyyətin əsası həmin şəxsin simasında millətin atası, rəhbəri, şəksiz lideri kimi təzahür edir; ona tam əminliklə, Könüllü, əqidə gücünə, şəxsi sədaqətlə tabe olurlar. Rasional xarakterli hakimiyyət qərarlaşmış qaydanın qanuniliyinə üstün inama, əksəriyyət tərəfindən dövlət orqanlarının hakimiyyəti həyata keçirmək hüququnun əsaslılığına istinad edir.
Siyasi hakimiyyət müxtəlif cür yarana və bölüşdürülə bilər. Dövlət idarəçiliyi formalarının ənənəvi tipologiyası hakimiyyətin bölgüsü üsullarını əks etdirir: avtokratiya, yəni bir nəfər idarəedicinin hökmranlığı; oliqarxiya, yəni bir neçə imtiyazlı şəxsin hökmranlığı; demokratiya, yəni xalqın hakimiyyəti. Aristotel avtokratiyanın tiraniyaya (tiranın hökmranlığı), oliqarxiyanın plutokratiyaya (cinayətkarların hökmranlığı), demokratiyanın oxlokratiyaya (yığnağın hökmranlığı) keçməsinin daim meydana gələn fenomenlərinə xüsusi diqqət yetirmişdir.
Mütəxəssislərin fikrincə, məlum idarəetmə formasında qanunla özbaşınalığın qarşılıqlı nisbətinin əhəmiyyətli dərəcədə dəyişilməsi belə keçidin əsasını təşkil edir. Avtokratiyadan tiranlığa keçid öz təcəssümünü qanuni monarxın tiranla əvəz olunmasında tapır. Qanuni monarxın hakimiyyəti varislik hüququna əsaslanır, idarəetmənin özü isə mövcud qanunlara, norma və ənənələrə əməl etməklə bağlıdır. Tiranın idarəetməsi özbaşına zorakılığa əsaslanır, hər hansı norma ilə bağlı deyildir. Dövlət hakimiyyəti cinayətkar varlanma, əməl üçün istifadə olunduqda oliqarxiyanın plutokratiyaya keçməsindən bəhs etmək olar. Oxlokratiya isə əksəriyyətin elə hökmranlığıdır ki, o, qanunla bağlı deyildir, yığnağın zorakılığına istinad edir.
XX əsrdə siyasi idarəetmənin xüsusi forması olan totalitar dövlət meydana gəlmişdir. Almaniyada hitlerizm, SSRİ-də stalinizm, Kambocada Pol Pot rejimi buna misal ola bilər. Totalitar dövlətin xarakteristikasında prinsipial cəhət hökmran qüvvə tərəfindən qanunların sadəcə olaraq özbaşına pozulması deyildir, hüquqi tənzimləmənin total, ən ümumi, ən əhatəli terrorla əvəz olunmasıdır. Qanunsuzluq tiranlığın mahiyyətidir. Terror totalitar hökmranlığın mahiyyətü xüsusiyyətidir.
Totalitar dövlətin xarakteristikasında bu xüsusiyyətləri qeyd edirlər: vahid dövlət ideologiyası; terrorun tətbiqi; kütləvi informasiya vasitələri üzərində tam nəzarət; silahlara nəzarətsiz sərəncamçılıq; iqtisadiyyatın tam miqyasda idarə olunması.
Ən yeni dövrdə hüquqi dövlət konsepsiyası etiraf olunur və inkişaf etdirilir. Bu konsepsiya istənilən dövlət fəaliyyəti formasının hüquqa, ən əvvəl Konstitusiyaya tabe olması ideyasına əsaslanır. Demokratik cəmiyyətdə Konstitusiyanın başlıca vəzifəsi vətəndaşların ən mühüm hüquq və azadlıqlarını qorumaq naminə dövlət hakimiyyətinin həlledici məhdudlaşdırıcısı, vətəndaş cəmiyyətinin əsas institutlarının özinkişafının və özünütəşkilinin mühüm təminatçısı olmaqdır. Konstitusiya dövlət hakimiyyətini hüquqla məhdudlaşdıraraq, bəyan etdiyi mülki və siyasi hüquqları mühafizə edir, hüququn başlıca funksiyasını reallaşdırır. Bu funksiya azad yaşamağın, fəaliyyət göstərməyin təcəssümü və meyarı olmalıdır. Azadlıq olmadan hüquq yuridik fıksiyadır, özbaşınalığın pozitiv sanksiyasıdır. Hüquqsuz azadlıq hamının hamıya qarşı müharibəsidir, cəmiyyətin və dövlətin dağılmasıdır.
Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu getdikcə daha mühüm nailiyyətlər qazanır. Siyasi partiyaların, həmkarlar və digər təşkilatların, birliklərin azad, sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradılır. Təhlil göstərir ki, onların fəaliyyətində, qarşılıqlı əlaqə və münasibətlərində yeni, maraqlı cəhətlər meydana gəlir, tədricən inkişaf edir və sabit meylə çevrilir. Kütləvi informasiya vasitələrinin rolunun artması ictimai-siyasi həyatımızda getdikcə dərinləşən demokratikləşmənin mühüm göstəricilərindən biridir. Lakin nəzərdən qaçırmaq olmaz ki, həm siyasi partiyaların, müxtəlif təşkilatların, həm də kütləvi informasiya vasitələrinin fəaliyyəti Konstitusiya prinsiplərinə, qanunçuluğa əsaslanmalıdır. Ümummilli, ümumdövlət maraqları onların fəaliyyətində həmişə önəmli yer tutmalıdır.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin