Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı


MÖVZU № 2. NƏZƏRİ VƏ TƏTBİQİ SOSİOLOGİYA



Yüklə 1,1 Mb.
səhifə3/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   2   3   4   5   6   7   8   9   ...   114
SOS KONSP 2021

MÖVZU № 2. NƏZƏRİ VƏ TƏTBİQİ SOSİOLOGİYA

PLAN:

  1. Sosiologiyanın funksiyaları

  2. Sosial-siyasi və humanitar elmlər sistemində sosiologiyanın yeri


Nəzəri və tətbiqi sosiologiya
Sosiologiya bir elm kimi müxtəlif xarakterli vəzifələri yerinə yetirir. Bu vəzifələrin xarakteri nəzəri və tətbiqi sosiologiyanı fərqləndirməyə əsas verir. Belə fərqləndirmə şərti xarakter daşıyır, çünki nəzəri sosiologiya praktik vəzifələrin, tətbiqi sosiologiya isə nəzəri, elmi vəzifələrin həllindən kənarda qalmır.
Nəzəri sosiologiya sosial proseslərin qanunauyğunluqlarını aşkara çıxarır. Nəzəri tədqiqatlar həmin qanunları daha adekvat əks etdirdikdə qiymətlidir. Nəzəri sosiologiya sosial gerçəklik barəsində biliklərin formalaşması, sosial inkişaf proseslərinin izahı və dərk olunması, sosioloji tədqiqatların metodologiyası və metodlarının işlənib hazırlanması ilə bağlı olan elmi problemləri həll edir. İşlənib hazırlanan nəzəriyyələr, konsepsiyalar iki başlıca suala cavab verməlidir: nə dərk olunur və necə dərk olunur?
Tətbiqi sosiologiya konkret şəraitdə mütərəqqi sosial dəyişmələrin həyata keçirilməsinə istiqamətlənmiş, elmi cəhətdən kifayət qədər əsaslandırılmış proqnozlar, tövsiyələr işləyib hazırlayır. Başqa sözlə, tətbiqi sosiologiya elə problemləri öyrənir ki, onlar sosial gerçəkliyin yenidən qurulması ilə, sosial proseslərə məqsədyönlü təsir göstərməyin yollarını, vasitələrini araşdırmaqla bağlıdır. Tətbiqi sosiologiya cəmiyyətin qarşıya qoyduğu praktik vəzifələrin həlli üçün vasitələr axtarmalı, nəzəri sosiologiyanın üzə çıxardığı qanunlardan maksimum səmərəli istifadə etmək yollarını müəyyənləşdirməlidir. Bu sosiologiya əslində insan fəaliyyətinin praktik sahələrini bilavasitə öyrənir və «nə üçün?» sualına cavab verir: sosial inkişaf üçün, sosial münasibətlərin və sosial idarəetmənin təkmilləşdirilməsi üçün, şəxsiyyətin ahəngdar inkişafı, onun qabiliyyətlərinin daha tam reallaşdırılması üçün və s.
Tətbiqi sosiologiya real sosial effekt əldə etməyə istiqamətlənmişdir. ABŞ-da tətbiqi sosiologiyanı həm də «problem baxımından istiqamətlənmiş elm», «müştəriyə istiqamətlənmiş tətbiqi sosial elm» adlandırırlar.
Tətbiqi sosiologiyanın tarixi kökləri Aleksis de Tokvillin (1805-1859), Emil Dürkheymin (1858-1917), Albion Budberi Smollun (1854-1926) əsərlərinə gedib çıxır. Hazırda tətbiqi sosioloqların sayı durmadan artır. Onlar həm universitetlərdə və kolleclərdə, həm də xüsusi biznes sahəsində, dövlət və hökumət orqanlarında, müxtəlif təşkilatlarda çalışırlar. Adətən hansı metodlara üstünlük verməsindən asılı olaraq tətbiqi sosiologiyada iki başlıca istiqamət ayırd edilir: sosial mühəndislik və klinik sosiologiya. Mühəndis-sosioloq çox zaman kiçik miqyaslı sorğular, çöl eksperimentləri aparır, kiçik birliklərin (məsələn, istehsal briqadalarının) sosial cəhətdən yenidən qurulması layihələrini işləyib hazırlayır, planlaşdırma ilə, dizaynla məşğul olur. Klinik sosiologiya sahəsində çalışan mütəxəssis isə diaqnoz qoymalı, alternativ təklif etməli, «terapevtik» tədbirlər hazırlamalı və bunları reallaşdırmaq üçün məsləhətlər verməlidir. Bir qayda olaraq hər iki qəbildən olan mütəxəssislər sıx əlaqə saxlayır, öz səylərini birləşdirməyə çalışırlar.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin