Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı


Sosial-siyasi və humanitar elmlər sistemində sosiologiyanın yeri



Yüklə 1,1 Mb.
səhifə7/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   2   3   4   5   6   7   8   9   10   ...   114
SOS KONSP 2021

Sosial-siyasi və humanitar elmlər sistemində sosiologiyanın yeri


Müasir elmi biliklər sistemində həm diferensiasiya, həm də inteqrasiya meylini müşahidə etmək mümkündür: bir tərəfdən insan fikrinin təbiət və cəmiyyətin inkişaf proseslərinə daha dərindən nüfuz etməsi ilə əlaqədar olaraq, elmlərin diferensiasiyası, ayrılması, əlahiddələşməsi prosesi gedir, biliklərin detallaşması, alimlərin ixtisaslaşması zərurətə çevrilir. Digər tərəfdən isə elmlərin inteqrasiyası, onların qarşılıqlı təsirinin genişlənməsi və dərinləşməsi prosesi baş verir, nəticədə ümumiləşdirici məqamların əhəmiyyəti artır, onları əks etdirmək zərurəti yaranır.
Sosiologiyanın təşəkkülü və inkişafında həmin meyllər spesifik şəkildə təzahür etmişdir. Bir tərəfdən sosioloji biliyin diferensiasiyası getmiş, yeni istiqamətlər meydana gəl-işdir. Bu istiqamətlərdən hər-birini müəyyən şərtiliklə elm adlandırmaq olar: əməyin sosiologiyası, elmin sosiologiyası, ailənin və nikahın sosiologiyası, beynəlxalq münasibətlərin sosiologiyası və s. Digər tərəfdən isə bütün xüsusi (sahə) sosioloji nəzəriyyələr ümumsosioloji nəzəriyyəyə istinad edir: empirik sosial tədqiqatlar isə hər iki səviyyədə olan nəzəriyyələrə əsaslanır. Bu inteqrasiya meylini çox qabarıq şəkildə nümayiş etdirir. Elmi biliyin inteqrasiya meyli sosiologiyanın sosial-siyasi və humanitar elmlərlə, habelə dəqiq elmlər və təbiət elmləri ilə əlaqələrinin möhkəmlənməsində öz ifadəsini tapır. Sosial-siyasi və humanitar elmlər sistemində sosiologiyanın xüsusi yeri aşağıdakı səbəblərlə izah oluna bilər.
Birincisi, sosiologiya cəmiyyət, onun hadisə və prosesləri haqqında elm olduğuna görə həmin elmlər üçün ümumi nəzəri əsas kimi çıxış edə bilir. Söhbət ilk növbədə ümum-sosioloji və xüsusi sosioloji nəzəriyyələrdən gedir.
İkincisi, sosial-siyasi və humanitar elmlər cəmiyyətin, insanın həyat fəaliyyətinin müxtəlif tərəflərini öyrəndiyinə görə həmişə sosial aspekti özündə əks etdirməli olur.
Üçüncüsü, insanın, sosial qrupların, birliklərin fəaliyyətini öyrənmək texnikası və metodikası, sosial ölçmə metodları və s. sosiologiyanın hüdudlarını keçir, digər sosial-siyasi və humanitar elmlərdə tətbiq olunur.
Dördüncüsü, sosiologiya ilə digər elmlərin qovşağında həyata keçirilən sosial tədqiqatlar sistemi təşəkkül tapmışdır: sosial-iqtisadi, sosial-siyasi, sosial-demoqrafik və s. tədqiqatlar.
Sosiologiyanın sosial-siyasi və humanitar elmlər sistemində ümumi yer tutması onun fəlsəfı elmə çevrilməsi demək deyildir. Sosial sistemlərin fəaliyyət və inkişaf qanuna-uyğunluqlarını, həmin qanunauyğunluqların müxtəlif səviyyələrdə təzahür mexanizmlərini aşkara çıxaran sosiologiya cəmiyyəti, onun müxtəlif strukturlarını, konkret həyat fəaliyyəti üsullarını və formalarını başa düşmək üçün hədsiz idrak imkanları yaradır. Sosiologiyanın xüsusi ictimai fənlərə münasibəti baxımından vəziyyəti, məsələn, ümumi biologiyanın xüsusi bioloji bilik sahələrinə (anatomiya, fıziologiya, morfologiya, sistematika və s.) münasibəti baxımından vəziyyətinə bənzəyir. Ümumi biologiyanın vəziyyəti onu «biologiyanın fəlsəfəsi» kimi səciyyələndirməyə əsas vermədiyi kimi, sosiologiyanın da ümumi mövqeyi onu fəlsəfi elm kimi təqdim etməyə əsas vermir. Sosiologiyanın müxtəlif sosial-siyasi və humanitar elmlərlə əlaqəsi eyni səviyyəli və eyni miqyaslı deyildir. Bu əlaqə bəzən gücü, çoxcəhətli və intensivdir, bəzən isə nisbətən zəif və qeyri-intensivdir.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin