Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı



Yüklə 1,1 Mb.
səhifə4/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   2   3   4   5   6   7   8   9   ...   114
SOS KONSP 2021

4. Sosiologiyanın funksiyaları
Sosiologiyanın funksiyaları müxtəlif müəlliflər tərəfindən az-çox fərqli şəkildə izah olunsa da, ümumi mövqelər üstünlük təşkil edir. Bu funksiyalar sosiologiyanın cəmiyyət həyatı ilə əlaqələrinin rəngarəngliyini daha aydın nümayiş etdirir. Elmi ədəbiyyatda adətən sosiologiyanın aşağıdakı üç funksiyasından bəhs edirlər:
1. İdrak funksiyası; 2. Praktik funksiya; 3. İdeoloji funksiya. Bizcə, sosiologiyanın metodoloji proqnozlaşdırma funksiyalarından da bəhs etmək üçün kifayət qədər əsas vardır.
1. İdrak funksiyası. Hər bir elm kimi sosiologiya da öz predmeti dairəsində insanların fəaliyyəti üçün zəngin idrak imkanları açır, sosial inkişafın qanunauyğunluqlarını, müxtəlif sosial hadisələrin dəyişilməsi meyllərini başa düşməkdə onlara kömək edir. Sosiologiya sosial inkişaf proseslərinin mənbələrini və mexanizmlərini aşkara çıxarmaqla bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı sahələrinin, tərəflərinin gələcək dəyişmə və təkamül perspektivlərini dərk etmək üçün ilkin şərtlər yaradır. Sosioloji biliyin müxtəlif səviyyələri bunu müəyyən etməyə çalışır ki, insanların sosial fəaliyyətində cəmiyyətin, müxtəlif sosial qrupların inkişaf tələbatları necə ifadə olunur, hansı konkret formalar məlum şəraitdə şəxsiyyətin, qrupun və cəmiyyətin mənafelərinin maksimum uyğunluğunu təmin etməyə imkan verir. Sosioloji nəzəriyyələr və konsepsiyalar səylə müasir dövrün aktual problemlərinə cavablar axtarır, heç bir xülyaya qapılmadan dünyanın sosial yeniləşməsinə kömək edə biləcək real yolları müəyyənləşdirməyə çalışır.
Sosioloji nəzəriyyələrlə sıx əlaqədə getdikcə təkmilləşən konkret sosioloji tədqiqatlar fərdlər, qruplar, birliklər və s. haqqında onların tələbatları, mənafeləri, sərvət yönümləri, davranış motivləri haqqında ilk məlumatlar əldə etməyə imkan verir. Belə tədqiqatlar elə bir informasiya bünövrəsi yaradır ki, ona əsaslanmaqla sosial gerçəkliyin sirlərinə daha dərindən nüfuz etmək mümkün olur. Konkret şəraitdə, konkret sahədə yeni meyllərin aşkara çıxarılması sosioloji nəzəriyyələrin xeyli zənginləşməsini təmin edir. Ümumi və xüsusi sosioloji nəzəriyyələr konkret sosial hadisələr, proseslər barəsindəki informasiyanı ümumiləşdirir, inkişaf qanunauyğunluqlarının elmi surətdə dərk olunmasına kömək göstərir. Həm rəsmi statistikanın məlumatlarını tamamlayan, dəqiqləşdirən obyektiv göstəriciləri, həm də müxtəlif sosial qrupların, təbəqələrin fəaliyyətinin məqsəd, niyyət və motivlərini əks etdirən subyektiv göstəriciləri birləşdirən empirik tədqiqatlar insan amilini daha da fəallaşdıran mexanizmin mahiyyətli cəhətlərini qavramağa kömək edir, kütləvi sosial proseslərin subyektiv məqamlarının həqiqi mənasını aşkara çıxarır. Bu inkişafın obyektiv meylləri ilə həmin meyllərin müxtəlif sosial qrupların şüurunda subyektiv inikası arasında uyğunsuzluğu görməyə, məlum sahədə artıq sosial problemin mövcudluğunu dərk etməyə istiqamətləndirir.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin