Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə28/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   24   25   26   27   28   29   30   31   ...   64

xsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və 

psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və ya digə

yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 

 Bu  inzibati  xəta  subyektiv  tərəfdən  qəsdlə  xarakterizə  edilir.  Belə  ki,  təqsirkar 

dispozisiyada sadalanan əməlləri törətdiyini dərk edir və onları törətməyi arzu edir.  

Ə

məlin  tövsifedici  əlaməti  kimi  «…  satış  məqsədi  olmadan  …»  çıxış  edir. 



Qanunvericinin iradəsinə görə şəxs xeyir və ya mənfəət götürmədən narkotik vasitələri, 

psixotrop  maddələri  və  onların  analoqların  istifadə  etmək  məqsədilə  şəxsi  istehlak 

miqdarında  hazırlamalı,  əldə  etməli,  saxlamalı,  daşımalı  və  ya  göndərməlıdir.  Əks 

halda  təqsirkar  şəxsin  əməli  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  234.2-ci 

maddəsi ilə tövsif olunmalı və cinayət məsuliyyəti yaranmalıdır. 

  nzibati  xətanın  subyekti  kimi  16  yaşına  çatmış,  anlaqlı  Azərbaycan 

Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşğı olmayan şəxslər ola bilər. 

Qanunverici  maddənin  qeyd  hissəsini  yaratmaqla  profilaktik  fəaliyyəti  həyata 

keçirmişdir. Qeyddə narkotik vasitələrin, psixotrop maddələrin, onların analoqlarının 

və  ya  prekursoların  qanunsuz  dövriyyəsinə  görə inzibati  məsuliyyətdən azad  etmənin 

ə

sasları öz əksini tapmışdır. Əgəşəxs şərh olunan inzibati xətanın predmetini könüllü 



 

233 


 

surətdə hakimiyyət nümayəndələrinə təhvil verərsə, bu halda o, inzibati məsuliyyətdə

azad edilir.  

Təqsirkar şəxslər bu inzibati xətanın törədilməsinə görə şərti maliyyə vahidinin on beş 

mislindən  iyirmi  beş  mislinədək  miqdarda  cərimə  edilir və  ya  işin  hallarına  görə və  xətanı 

törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə on beş 

günədək müddətə inzibati həbs tətbiq edilir. 

Bu  inzibati  xəta  haqqında  iş  üzrə  prosessual  sənədlərin  toplanmasını  daxili  işlər 

orqanları  həyata  keçirir,  işlərin  baxılması  isə  Azərbaycan  Respublikasının  nzibati  Xətalar 

Məcəlləsinin 360-cı maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinə həvalə edilmişdir.  

 

Mülkiyyət əleyhinə olan inzibati xətalar 



 

Azərbaycan  Respublikası  Konstitusiyası  ilə  insan  və  vətəndaşlara  verilmiş  əsas 

hüquqlardan biri də mülkiyyət hüququdur.  nsan və vətəndaş hüquqlarının və azadlıqlarının 

təmin  edilməsi  məqsədi  ilə  Konstitusiyamızın  13-cü  maddəsinin  1-ci  bəndinə  əsasən, 

Azərbaycan  Respublikasında  mülkiyyət  toxunulmaz  kimi  müəyyən  edilmiş  və  dövlət 

tərəfindən müdafiə olunur. 

 Mülkiyyətin  mühafizəsi  dövlətin  mühafizəedici  funksiyalarından  biridir  və  dövlətin 

bu funksiyası hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilir. Mülkiyyətin mühafizəsi 

dövlətin  sərəncamında  olan  cinayət-hüquqi,  inzibati-hüquqi  və  mülki-hüquqi  vasitələrin 

köməkliyi ilə həyata keçirilir. Mülkiyyətin mühafizəsinin həyata keçirilməsi xalqın rifahının 

yüksəldilməsinə xidmət edir. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  13-cü  maddəsinin  2-ci  bəndinə  əsasən, 

mülkiyyətin üç növü dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti müəyyən 

edilmişdir.  Konstitusiyanın  29-cu  maddəsinin  2-ci  bəndinə  əsasən,  mülkiyyətin  heç  bir 

növünə  üstünlük  verilmir  və  mülkiyyət  hüququ,  o  cümlədən  də  xüsusi  mülkiyyət  hüququ 

qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət 

hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan 

istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 

Mülkiyyət  cəmiyyətin  iqtisadi  özülünü  təşkil  edən  mühüm  iqtisadi  və  hüquqi 

kateqoriyadır.  Maddi  nemətlərə  sahiblik,  onlardan  istifadə  və  onların  barəsində  sərəncam 

verməklə  əlaqədar  yaranan  ictimai  münasibətlərdən  ibarət  olan  mülkiyyət  münasibətləri 

hüquqla tənzimlənərək, hüquqi forma kəsb edir və konkret mülkiyyətçinin öz əmlakı barədə 

sahiblik,  istifadə  və  sərəncamvermə  səlahiyyətini  əks  etdirən  hüquq  münasibətinə  çevrilir. 

Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi  mülkiyyətin  bütün  formalarının  bərabərliyini 

və  mülkiyyət  hüququnun  bütün  subyektlərinin  hüquq  və  mənafelərinin  eyni  dərəcədə 

mühafizə  edildiyini  təsbit  edir.  Ona  görə  də  Respublikamızın  yeni  inzibati  xətalar 

qanunvericiliyində  keçmiş  sovet  inzibati  hüquqpozmalar  qanunvericiliyindən  fərqli  olaraq, 

bütün mülkiyyət formalarının bərabər inzibati hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. 

Mülkiyyət  formalarının  inzibati-hüquqi  mühafizəsi  öz  əksini  ″Polis  haqqında″ 

Azərbaycan  Respublikası  Qanununun  3-cü  maddəsinin  9-cu  bəndində  ″şəxsiyyəti,  insan 

hüquq  və  azadlıqların  və  mülkiyyəti  hüquqazidd  əməllərdən  qorumaq″  polisin  əsas 

vəzifələrindən biri kimi müəyyən edilmişdir. 

nsan və vətəndaşların Konstitusiya ilə müəyyən edilmiş mülkiyyət hüquqlarının təmin 

edilməsi, onların pozulmasının qarşısının alınması və pozulmuş hüquqlarının bərpa edilməsi 



 

234 


 

məqsədi  ilə  Azərbaycan  Respublikasının  nzibati  Xətalar  Məcəlləsinin  8-ci  fəslində 

mülkiyyət əleyhinə olan inzibati xətaların dairəsi müəyyən edilmişdir. 

Mülkiyyət əleyhinə olan inzibati xətalara aşağıdakılar aiddir: 

- xırda talama ( XM, maddə 69); 

-  meşə  fondu  torpaqlarının  özbaşına  tutulması  və  ya  həmin  torpaqlardan  qanunsuz 

istifadə edilməsi ( XM, maddə 70); 

- xüsusi razılıq (lisenziya) olmadan yerin təkindən istifadə etmə ( XM, maddə 71); 

- su obyektləri üzərində mülkiyyət hüququnun pozulması ( XM, maddə 72); 

- heyvanlar aləmi obyektlərindən özbaşına istifadə etmə ( XM, maddə 73) 

-  tarix  və  mədəniyyət  abidələrinin  qorunması  və  onlardan  istifadə  qaydalarının 

pozulması ( XM, m.74); 

- təsərrüfat əkinlərinin korlanması ( XM, m.75). 

Azərbaycan  Respublikası  nzibati  Xətalar  Məcəlləsinin  bu  fəslində  olan  inzibati 

xətaların: 

obyekti  bir  qayda  olaraq  mülkiyyət  münasibətləridir.  Hüquqi  mənada  mülkiyyət 

münasibəti  mülkiyyətçi  tərəfindən  öz  əmlakına  sahib  olma,  ondan  istifadə  etmə  və  onun 

üzərində sərəncamvermə hüququna malik olma kimi başa düşülür; 

obyektiv tərəfi əsasən, aktiv və passiv hərəkətlərlə törədilir. Qanunvericilik quruluşuna 

görə mülkiyyət əleyhinə olan inzibati xətalar əsasən maddi tərkiblidir; 

subyekti 16 yaşına çatmış, anlaqlı, fiziki şəxslər, vəzifəli şəxslər, hüquqi şəxslərdir; 

subyektiv  tərəfi  qəsd  və  ehtiyatsızlıq  üzündən  törədilir.  Burada  məqsəd  tamah  ola 

bilər. 

Bu növ xətaların törədilməsinə görə xəbərdarlıq, inzibati cərimə və inzibati həbs kimi 



inzibati tənbehlər tətbiq edilir. 

Mülkiyyət  əleyhinə  olan  inzibati  xətaların  baxılması  Azərbaycan  Respublikasının 

rayon  (şəhər)  məhkəmələrinə,  Azərbaycan  Respublikasının  Daxili  şlər  Nazirliyinə, 

Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  yanında  Meliorasiya  və  Su  Təsərrüfatı 

Komitəsinə,  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinə, 

Azərbaycan  Respublikasının  Mədəniyyət  Nazirliyinə  və  Azərbaycan  Respublikasının  Kənd 

Təsərrüfatı Nazirliyinə həvalə edilib. 

 Mülkiyyət  əleyhinə  olan  inzibati  xətalar  içərisində  tez-tez  rast  gəlinəni  Azərbaycan 

Respublikasının  nzibati  Xətalar  Məcəlləsinin  69-cu  maddəsində  göstərilmiş  ″Xırda 

talama″dır. 

Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə 

və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - 

şə

rti maliyyə vahidinin otuz beş mislindən qırx mislinədək miqdarda cərimə edilir və 



ya  işin  hallarına  görə,  xətanı  törədənin  şəxsiyyəti  nəzərə  alınmaqla,  bu  tədbirlərin  tətbiqi 

kifayət sayılmadıqda isə on beş günədək müddətdə inzibati həbs tətbiq edilir. 

Qeyd:  Talanmış  əmlakın  dəyəri  şərti  maliyyə  vahidinin  otuz  mislindən  yuxarı 

olmadıqda, bu xırda talama hesab edilir. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  13-cü  maddəsində  qeyd  edilir  ki, 

Azərbaycan  Respublikasında  mülkiyyət  toxunulmazdır  və  dövlət  tərəfindən  müdafiə  edilir. 

Konstitusiyamızın  bu  müddəası  mülkiyyətin  növlərinin  hər  birinə  (dövlət,  xüsusi  və 

bələdiyyə mülkiyyətinə) eyni həcmdə aid edilir. 



 

235 


 

 Fikrimizcə, xırda talama dedikdə, özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və 

ə

vəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və 



(və ya) özünün və ya başqa şəxslərin xeyrinə keçirmə kimi başa düşülür. 

 Bu  inzibati  xətanın  obyekti  mülkiyyətçi  ilə  mülkiyyət  arasında  yaranan  mülkiyyət 

münasibətləridir.  Maddi  nemətlərə  sahiblik,  onlardan  istifadə  və  onların  barəsində 

sərəncamvermə  ilə  əlaqədar  yaranan  ictimai  münasibətlərdən  ibarət  olan  mülkiyyət 

münasibətləri hüquqla tənzimlənərək, hüquqi forma kəsb edir və konkret mülkiyyətçinin öz 

ə

mlakı  barədə  sahiblik,  istifadə  və  sərəncamvermə  səlahiyyətini  əks  etdirən  hüquq 



münasibətinə çevrilir. Mülkiyyət münasibətləri mülki hüquq normaları ilə nizamlanır. Lakin 

araşdırdığımız  halda  onların  mühafizəsi  isə  inzibati  hüquq  normalarının  vasitəsi  ilə  təmin 

olunur. 

Araşdırdığımız  maddənin  təsiri  altına  düşən  xırda  talamada  oğru  başqasının 

mülkiyyəti  hesabına  əmək  (əziyyət)  sərf  etmədən  varlanır,  talanmış  əmlak  üzərində 

sərəncamvermə məkanını əldə edir, yəni ondan istifadə edir (bağışlayır, satır və s.). 

Talama o vaxt xırda talama sayılır ki, talanmış əmlakın dəyəri şərti maliyyə vahidinin 

otuz  mislindən  yuxarı  olmasın,  əks  halda  həmin  əməllər  cinayət  məsuliyyətinə  səbəb  ola 

bilər  (məsələn,  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  177-ci  maddəsi:  ″Oğurluq″, 

178-ci  maddəsi:  ″Dələduzluq″,  179-cu  maddəsi:  ″Mənimsəmə  və  israf  etmə″,  179.2.3-cü 

maddəsi: ″…şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə…″).  

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  135.2-ci  maddəsinə  əsasən,  əmlak 

istənilən  əşyaların  və  qeyri-maddi  əmlak  nemətlərin  toplusudur.  Əşyalara  yalnız  fiziki 

obyektlər deyil, habelə pul və qiymətli kağızlar da aiddir (MM, maddə 135.1). 

Talanmış  əmlakın  dəyəri  dövlət  tərəfindən  tənzimlənirsə,  dövlət  tənzimləmə 

qiymətləri  tətbiq  edilir.  Digər  hallarda  isə  talanmış  əmlakın  dəyəri  bazar  qiymətinə  əsasən 

qiymətləndirilir.  Göstərilən  qaydada  qiymətləndirmə  mümkün  olmadıqda,  Azərbaycan 

Respublikası  XM-in  392-ci  və  405-ci  maddələrinə  əsasən,  talanmış  əmlakın  qiyməti 

ekspertin rəyi əsasında müəyyən edilir. 

 Bu  inzibati  xətanın  obyektiv  tərəfi  aktiv  hərəkətlərlə  həyata  keçirilir.  Xırda  talama 

yalnız  XM-in 69-cu maddəsində nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi ilə törədilə 

bilər.    Bu  hərəkətlər  sırasına  oğurlama,  mənimsəmə,  israfçılıq,  qulluq  mövqeyindən  sui-

istifadə və dələduzluq aiddir. 

Oğurluq özgənin əmlakını gizli olaraq talamadır (CM, maddə 177.1). 

Özgənin əmlakı dedikdə, fərdi şəxslərin, vəzifəli şəxslərin, dövlət, ictimai, bələdiyyə 

və digər təşkilatların sərəncamında olan əmlak başa düşülür. 

Mənimsəmə  inanılıb  tapşırılmış  əmlakın,  maddi  qiymətli  şeylərin  ayrılması, 

götürülməsi  və  onun  üzərində  qanunsuz  sahibliyi  müəyyən  etmək  yolu  ilə  özünün  və  ya 

digər şəxslərin mülkiyyətinə verilməsində ifadə olunur. 

sraf  etmə  dedikdə,  təqsirkara  müəyyən  səlahiyyətləri  həyata  keçirmək  üçün  etibar 

edilmiş  əmlakın  sərf  edilməsi,  satılması,  istehlak  edilməsi,  müxtəlif  formalarda 

özgəninkiləşdirilməsi (başqa şəxslərə bağışlama, vermə) başa düşülür. 

Qulluq  mövqeyindən  sui-istifadə  etmə  zamanı  əmlak  vəzifəli  şəxsin  mülkiyyətində 

olmur, o, qanunsuz sərəncamlardan və saxta sənədlərdən istifadə etməklə ona yiyələnir. 

Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını 

ə

lə keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi başa düşülür (CM, maddə 178.1). 



 

236 


 

Bu maddə qanunvericilik quruluşuna görə  maddi tərkiblidir, yəni burada hüquqazidd 

ə

məl, ziyanlı nəticə və səbəbli əlaqə mövcuddur. 



 Bu inzibati xətanın subyekti 16 yaşına çatmış, anlaqlı fiziki şəxs və ya vəzifəli şəxs 

ola bilər. 

 Subyektiv  tərəfdən  araşdırılan  inzibati  xəta  düzünə  qəsdlə,  tamah  motivi  ilə  və 

qanunsuz  varlanma  məqsədi  ilə  xarakterizə  olunur.  Təqsirkar,  maddədə  sadalanan  formada 

xırda talama etdikdə öz əmlinin hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini 

qabaqcadan görmüş və bunları arzu etmiş olur. 

Bu inzibati xətanın törədilməsinə görə şərti maliyyə vahidinin otuz beş mislindən qırx 

mislinədək  miqdarda  cərimə  edilir  və  ya  işin  hallarına  görə  xətanı  törədənin  şəxsiyyəti 

nəzərə  alınmaqla,  bu  tədbirlərin  tətbiqi  kifayət  sayılmadıqda  isə  ona  beş  günədək  müddətə 

inzibati həbs tətbiq edilir. 

Xırda talama haqqında olan işlərin baxılması Daxili  şlər Nazirliyinə və rayon (şəhər) 

məhkəmələrinə həvalə edilmişdir.  şin hallarına görə inzibati tənbeh kimi inzibati cərimənin 

tətbiqi məqsədəuyğundursa, onda işin baxılmasını D N həyata keçirir.  şin hallarına görə və 

xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, inzibati cərimənin tətbiqi kifayət sayılmadıqda, 

rayon (şəhər) məhkəmələri işin materiallarına baxaraq on beş günədək müddətə inzibati həbs 

tətbiq edə bilər. 

 

Təbiətdən istifadə qaydaları əleyhinə olan inzibati xətalar 

 

Son  dövrlər  bütün  bəşəriyyəti  narahat  edən  ekoloji  problemlərə  Azərbaycan 



Respublikasında da böyük diqqət yetirilir və onların həlli üçün hərtərəfli tədbirlər görülür. 

XXI  əsr  bütün  dünyada  ekologiya,  sabit  inkişaf,  sağlamlıq  əsri  kimi  elan  edilib. 

Məlumdur ki, Azərbaycanın sabit inkişafı ekoloji problemlərin həllindən də çox asılıdır. Bu 

məqsədlə Azərbaycan Respublikasında son dövrdə xeyli sayda ekologiyaya aid, o cümlədən 

təbiəti  mühafizə  sahəsində  müxtəlif  tədbirlər  görülmüş,  bir  sıra  qanunlar qəbul  edilmiş,  bu 

sahə ilə baglı beynəlxalq normativ hüquqi aktlar ratifikasiya edilmişdir. 

Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə əsasən:  

I. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. 



II.  Hər  kəsin  ətraf  mühitin  əsl  vəziyyəti  haqqında  məlumat  toplamaq  və  ekoloji 

hüquqpozma  ilə  əlaqədar  onun  sağlamlığına  və  əmlakına  vurulmuş  zərərin  əvəzini  almaq 

hüququ vardır″. 

Bu hüquqla yanaşı Azərbaycan Respublikası vətəndaşlarının ətraf mühitin qorunması 

kimi də vəzifəsi müəyyən edilmişdir. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  78-ci  maddəsinə  əsasən:  ″Ətraf  mühitin 

qorunması hər bir şəxsin borcudur″. 

Bunlarla  yanaşı  Azərbaycan  Respublikasının  Cinayət  və 

nzibati  Xətalar 

məcəllələrində ekologiya, ekoloji təhlükəsizlik və təbiətdən istifadə qaydaları əleyhinə olan 

müxtəlif hüquqpozmalara görə məsuliyyət nəzərdə tutan normalar mövcuddur. 

Azərbaycan  Respublikası  nzibati  Xətalar  Məcəlləsinin  ″Ətraf  mühitin  mühafizəsi, 

təbiətdən  istifadə  və  ekoloji  təhlükəsizlik  qaydaları  əleyhinə  olan  inzibati  xətalar″  adlı  IX 

fəslində (76-113 maddələrdə) müxtəlif növ inzibati xətalar göstərilmişdir. 

Praktikada  ən  çox  rast  gələn  xətalardan  biri  XM-in  111-ci  maddəsində  göstərilən 

inzibati xətadır. 



 

237 


 

 Beləliklə,  Azərbaycan  Respublikası  nzibati  Xətalar  Məcəlləsinin  111-ci  maddəsi: 

Balıq ehtiyatlarının mühafizəsi və ov qaydalarının pozulması″. 



111.1. Balıq ehtiyatlarının mühafizə qaydalarının pozulmasına görə –  

inzibati  xətanın  törədilməsində  alət  və  ya  inzibati  xətanın  bilavasitə  obyekti  olmuş 

predmetlər  müsadirə  edilməklə  və  ya  edilməməklə,  şərti  maliyyə  vahidi  məbləğinin  yeddi 

yüz əlli mislindən min yeddi yüz əlli  mislinədək miqdarda cərimə edilir. 

111.2.  Ov  qaydalarının  kobud  şəkildə  pozulmasına  (lazımi  icazə  olmadan  və  ya 

qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş müddətlərdə, qadağan edilmiş alətlərlə və 

ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə -  

inzibati  xətanın  törədilməsində  alət  və  ya  inzibati  xətanın  bilavasitə  obyekti  olmuş 

predmetlər  müsadirə  edilməklə  və  ya  edilməməklə  şərti  maliyyə  vahidi  məbləğinin  min 

mislindən iki min  mislinədək miqdarda cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov 

hüququ məhdudlaşdırılır. 

Bu  maddənin  məqsədi  ətraf  mühitin  əsas  komponenti  kimi  faunanın  (heyvanlar 

aləminin)  mühafizəsinin  və  heyvanlar  aləmindən  istifadə  qaydasının  təmin  edilməsindən 

ibarətdir. 

Texniki-hüquqi cəhətdən bu maddə iki hissədən ibarətdir: 

1. balıq ehtiyatlarının mühafizəsi; 

2.  ov  qaydalarının  kobud  şəkildə  pozulması  (lazımi  icazə  olmadan  və  ya  qadağan 

edilmiş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər 

ov qaydalarının müntəzəm pozulması. 

Bu  maddədə  nəzərdə  tutulmuş  iki  inzibati  xətanın  tərkibi  xətanın  predmetinə  və 

obyektiv tərəfinə görə bir-birindən fərqlənir, lakin xətanın subyektinə və subyektiv tərəfinə 

görə eynidirlər. 

Azərbaycan  Respublikası  nzibati  Xətalar  Məcəlləsinin  111.1-ci  maddəsi:  ″Balıq 

ehtiyatlarının  mühafizə  qaydalarının  pozulmasına  görə…″  adlanır,  onun  xüsusi  obyekti 

təbiətdən  istifadə  edilməsi  ilə  əlaqədar  yaranan  ictimai  münasibətlərdir.  Növlü  obyekt  isə 

balıq ehtiyatlarının mühafizəsi qaydalarını təşkil edən ictimai münasibətlərdir. 

Balıq  ehtiyatlarının  qorunması  qaydalarını  əks  etdirən  normativ-hüquqi  aktlara 

aşağıdakıları aid etmək olar: 

1.

 Azərbaycan Respublikasının Su Məcəlləsi;  



2.

 ″Azərbaycan  Respublikasının  ″Balıqçılıq  haqqında″  27  mart  1998-ci  il  tarixli 

Qanunu; 

3.

 ″Heyvanlar aləmi haqqında″ 4 iyun 1999-cu il tarixli Qanununu; 



4.

 ″Ətraf mühitin mühafizəsi haqqında″ 8 iyun 1999-cu il tarixli Qanunu; 

5.

 «Ovçuluq haqqında» 20 aprel 2004-cü il tarixli Azərbaycan Respublikası Qanunu; 



6.

 «Ovçuluq  haqqında  Azərbaycan  Respublikası  Qanununun  tətbiq  edilməsi  barədə 

Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli Fərmanı; 

7.

 ″Qiymətli  balıq  növlərinin  və  digər  su  heyvanlarının  həvəskar  və  idman  ovunun 



təşkil ediməsi üzrə fəaliyyətin lisenziyalaşdırılması haqqında″ Əsasnamə; 

8.

 «Balıqçılıq və ovçuluq təsərrufatlarının ehtiyacları üçün su obyektlərindən istifadə 



Qaydaları».  (Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  8  may  2000-ci  il  tarixli  82 

nömrəli Qərarı ilə təsdiq edilmişdir); 

9.

 «Heyvanlar  aləmi  obyektlərinin  və  onların  əldə  edilməsi  həmçinin  dövlət  uçotuna 



alınması,  heyvanlar  aləmi  obyektlərinin  dövlət  kadastırının  aparılması  və  heyvanlar  aləmi 

 

238 


 

obyektlərinin dövlət monitorinqinin həyata keçirilməsi Qaydaları» (Azərbaycan Respublikası 

Nazirlər Kabinetinin 3 may 2001-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmişdir); 

10.


  «Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydalarının və 

Ovçuluq  təsərrüfatları  haqqında  Əsasnamənin  təsdiq  edilməsi  haqqında»  (Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin 10 nömrəli 27 yanvar 2005-ci il tarixli Qərarı.  

Təhlil  edilən inzibati  xətanın obyektiv tərəfi aktiv hərəkətlərlə  (balıqların kürütökmə 

yerlərində  müvafiq  icazə  olmadan  bənd  çəkmək,  radioaktiv,  zəhərli-kimyəvi  maddələrlə 

sututarlarını  çirkləndirmək  və  zibilləndirmək)  və  hərəkətsizliklə  (şəxs  üzərinə  qoyulmuş 

vəzifələrini icra etmir) ifadə oluna bilər. 

Qanunvericilik quruluşuna görə bu maddə formal tərkiblidir, lakin balıq ehtiyatlarının 

mühafizəsi  qaydalarının  pozulması  müəyyən  dərəcədə  ziyanın  vurulması  ilə  də  müşayiət 

edilə bilər. 

Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  257-ci  maddəsində:  ″Balıq 

ehtiyatlarının qorunması qaydalarını pozma″ğa görə məsuliyyət yalnız körpülərin, bəndlərin 

tikintisi,  partlayış  işlərinin  və  ya  digər  işlərin  həyata  keçirilməsi,  habelə  suburaxıcı 

qurğuların istismarı balıq ehtiyatlarının qorunması qaydalarını pozmaqla törədildikdə və bu 

ə

məllər balıqların və ya digər su heyvanlarının kütləvi məhvinə səbəb olduqda yaranır. 



Cinayət Məcəlləsinin 257-ci maddəsinin dispozisiyasında göstərilən ″… balıqların və 

ya digər su heyvanlarının kütləvi məhvi…″ dedikdə, müəyyən ərazidə, su hövzəsində bir və 

ya bir neçə heyvan növünün konkret zaman ərzində olan orta təbii statistik göstəricilərdən üç 

dəfə və ya daha artıq dərəcədə qırılması başa düşülür. 

Azərbaycan Respublikası  XM-in 111.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta 

formal  tərkibli  olsa  da,  burada  müəyyən  ziyanın  vurulması  da  ehtimal  olunur.  Törədilən 

ə

məlin  inzibati  xəta  və  ya  cinayət  əməli  kimi  qiymətləndirilməsi  üçün  gərək  hər  iki 



hüquqpozmanın obyektiv tərəfini xarakterizə edən bütün əlamətlər nəzərə alınmalıdır. 

Bu inzibati xətanın subyektiv tərəfi təqsirin qəsd və ehtiyatsızlıq formasında ola bilər, 

yəni  şəxs  balıq  ehtiyatlarının  mühafizəsi  qaydalarını  pozarkən,  öz  əməlinin  hüquqazidd 

xarakterini  dərk  etmiş,  onun  zərərli  nəticələrini  qabaqcadan  görmüş,  belə  nəticələrin  baş 

verməsinə şüurlu surətdə yol vermişdir və ya bu nəticələrin baş verməsini qabaqcadan görə 

bilməli və görməli olduğu halda, onları görməmişdir. 

nzibati xətanın subyekti 16 yaşına çatmış, anlaqlı fiziki şəxslər və vəzifəli şəxslər ola 

bilər.  Bu  şəxslər  öz  xidməti  vəzifələrinə  görə  və  ya  həyata  keçirdiyi  funksiyalara  görə 

özünün  istehsal  fəaliyyəti  nəticəsində  balıq  ehtiyatlarının  mühafizəsi  üzrə  müvafiq 

tədbirlərin görülməsi vəzifələrini həyata keçirməlidirlər. 

Bu  inzibati  xətanın  törədilməsinə  görə  inzibati  xətanın  törədilməsində  alət  və  ya 

inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə, 

şə

rti maliyyə vahidinin on beş mislindən otuz beş mislinədək miqdarda cərimə edilir. 



Adı  çəkilən  inzibati  xəta  haqqında  işlərə  Azərbaycan  Respublikası  nzibati  Xətalar 

Məcəlləsinin  360-cı  maddəsinə  əsasən  rayon  (şəhər)  məhkəmələri  və  «Azərbaycan 

Respublikasının  nzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla 

bağlı hüquqi tənzimləmə  məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq 

edilməsi  barədə  29  avqust  2000-ci  il  tarixli  Azərbaycan  Respublikası  Prezidentinin 

Fərmanının 3.13  bəndinə  əsasən  Azərbaycan  Respublikasının Ekologiya  və  Təbii Sərvətlər 

Nazirliyi baxır. 


 

239 


 

 Azərbaycan  Respublikası  nzibati  Xətalar  Məcəlləsinin  111.2-ci  maddəsi:  ″Ov 

qaydalarının  kobud  şəkildə  pozulmasına  (lazımi  icazə  olmadan  və  ya  qadağan  edilmiş 

yerlərdə,  yaxud  qadağan  edilmiş  müddətlərdə,  qadağan  edilmiş  alətlərlə  və  ya  üsullarla  ov 

edilməsinə),  habelə  digər  ov  qaydalarının  müntəzəm  pozulmasına  görə  …»  inzibati 

məsuliyyət nəzərdə tutur.  

Şə

rh  olunan  maddənin  məqsədi  Azərbaycan  Respublikasında  heyvanlar  aləminin 



obyektlərini müxtəlif ictimai-təhlükəli qəsdlərdən qorumaqdır. 

 Bu  inzibati  xətanın  obyektini  heyvanlar  aləminin  mühafizəsi  və  ondan  istifadə 

edilməsi, habelə ətraf təbii mühitin ayrılmaz tərkib elementi kimi vəhşi heyvanların genetik 

fondunun qorunması sahəsində yaranan ictimai münasibətlər təşkil edir. 

nzibati  xətanın  predmeti  qismində  Azərbaycan  Respublikasının  bütün  ərazisində,  o 

cümlədən  Xəzər  dənizinin  (gölünün)  Azərbaycan  Respublikasına  mənsub olan  bölməsində, 

quruda,  suda,  torpaqda  və  havada  təbii  olaraq,  sərbəst  şəraitdə  daimi,  müvəqqəti  və  köçəri 

yaşayan vəhşi heyvanlar çıxış edir. Həşəratlar bu inzibati xətanın predmeti ola bilməz. 

 Bu  inzibati  xətanın  obyektiv  tərəfi  ov  qaydalarının  kobud  şəkildə  pozulmasına  və 

digər ov qaydalarının müntəzəm pozulmasına yönəlmiş hərəkətlər təşkil edir. 

Ov qaydalarının kobud şəkildə pozulması aşağıdakı hərəkətlərdən ibarətdir: 

- lazımi icazə olmadan ov edilməsi; 

- qadağan edilmiş yerlərdə ov etmə; 

- qadağan edilmiş müddətlərdə ov etmə; 

- qadağan edilmiş alətlərlə ov etmə. 

- qadağan edilmiş üsullarla ov etmə. 

«Ovçuluq  haqqında»  Azərbaycan  Respublikasının  Qanununun  1.0.1-ci  maddəsinə 

ə

sasən,  ovçuluq  –  quruda  və  suda  təbii  sərbəstlik  və  yarım  sərbəst  şəraitində  daimi, 



müvəqqəti  və  köçəri  yaşayan,  habelə  təsərrüfat  subyektləri  tərəfindən  yetişdirilib  ov 

yerlərinə  buraxılan  suda-quruda  yaşayanların,  xəzdərililərin,  sürünənlərin,  quşların  və 

məməlilərin, yəni vəhşi heyvanların izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə 

fəaliyyət növüdür. 

Ovçuluq fəaliyyəti «Ovçuluq haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə 

tutulmuş  qaydada  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi 

tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. 

Ovçuluq  fəaliyyəti  ödənişlidir.  Bu  fəaliyyət  ovçuluq  bileti  və  ov  etmək  üçün  verilən 

icazə əsasında həyata keçirilir. 

Qadağan  edilmiş  alət  və  üsullarla  heyvanları  şikəst  edən,  onlara  əziyyət  verən 

mexaniki  qurğular,  tələlər,  torlar,  vəhşi  heyvanların  və  quşların  səslərini  çıxaran  elektron 

cihazlar, onların kütləvi şəkildə tutulmasına səbəb olan tələ tipli çalalar, zərərli qazlardan və 

kimyəvi maddələrdən istifadə və s. aid olunur. 

Ov yerlərində ov silahları, ov itləri, ovçu quşları və başqa ov vasitələri ilə olmanın özü 

də ov etmə kimi qiymətləndirilir. 

  nzibati xətanın subyektiv tərəfi qəsd və ehiyatsızlıq formasında ifadə oluna bilər. 

  nzibati xətanın subyekti 16 yaşına çatmış anlaqlı fiziki şəxsdir. 

Şə

rh  olunan  inzibati  xətanın  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  258-ci 



maddəsində  ″Qanunsuz  ov  etmə″də  göstərilən  cinayətdən  fərqləndirici  əlamətləri  ″xeyli″ 

(şərti maliyyə vahidinin 400 mislindən 1000 mislinədək) və ″külli miqdar″da (şərti maliyyə 



 

240 


 

vahidinin  1000  mislindən  artıq)  ziyan  vurma,  eləcə  də,  digər  tövsifedici  əlamətlərinin 

olmasıdır. 

Bu  inzibati  xəta  haqqında  işlərə  Azərbaycan  Respublikasının  nzibati  Xətalar 

Məcəlləsinin  360-cı  maddəsinə  əsasən  rayon  (şəhər)  məhkəmələri  və  «Azərbaycan 

Respublikası  nzibati  Xətalar  Məcəlləsinin  təsdiq  edilməsi,  qüvvəyə  minməsi  və  bununla 

bağlı hüquqi tənzimləmə  məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq 

edilməsi  barədə  29  avqust  2000-ci  il  tarixli  Azərbaycan  Respublikası  Prezidentinin 

Fərmanının 3.7-ci və 3.13 bəndlərinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii 

Sərvətlər Nazirliyi baxır. 

nzibati xətanın törədilməsinə görə, inzibati xətanın törədilməsində alət və ya inzibati 

xətanın  bilavasitə  obyekti  olmuş  predmetlər  müsadirə  edilməklə  və  ya  edilməməklə  şərti 

maliyyə vahidinin iyirmi mislindən qırx mislinədək miqdarda cərimə edilir, yaxud altı aydan 

iki ilədək müddətə ov huququ məhdudlaşdırılır. 

Birinci sualı yekunlaşdıraraq bir daha qeyd etmək istərdim ki: 

1. Xırda talama dedikdə, özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz 

olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və (və ya) 

özünün və ya başqa şəxslərin xeyrinə keçirmə kimi başa düşülür. 

Talama  o  vaxt  xırda  talama  sayılır  ki,  talanmış  əmlakın  dəyəri  şərti  maliyyə  vahidi 

məbləğinin  (1.1  manat)  otuz  mislindən  yuxarı  olmasın,  əks  halda  həmin  əməllər  cinayət 

məsuliyyətinə səbəb ola bilər. 

Bu  inzibati  xətanın  törədilməsinə  görə  şərti  maliyyə  vahidi  məbləğinin  otuz  beş 

mislindən qırx mislinədək miqdarda cərimə edilir və ya işin hallarına görə xətanı törədənin 

şə

xsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə ona beş günədək 



müddətə inzibati həbs tətbiq edilir. 

Xırda talama haqqında olan işlərin baxılması daxili işlər orqanlarına və rayon (şəhər) 

məhkəmələrinə həvalə edilmişdir. 

Azərbaycan  Respublikasının  nzibati  Xətalar  Məcəlləsinin  111.1  maddəsi:  ″Balıq 

ehtiyatlarının  mühafizə  qaydalarının  pozulmasına  görə  inzibati  xətanın  törədilməsində  alət 

və  ya  inzibati  xətanın  bilavasitə  obyekti  olmuş  predmetlər  müsadirə  edilməklə  və  ya 

edilməməklə,  şərti  maliyyə  vahidi  məbləğinin  on  beş  mislindən  otuz  beş  mislinədək 

miqdarda cərimə edilir.″ 

Bu inzibati xəta haqqında işlərə rayon (şəhər) məhkəmələri (Azərbaycan Respublikası 

XM, m.360) və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. 

Azərbaycan  Respublikasının  nzibati  Xətalar  Məcəlləsinin  111.2-ci  maddəsi:  ″Ov 

qaydalarının kobud surətdə pozulması (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, 

yaxud  qadağan  edilmiş  müddətlərdə,  qadağan  edilmiş  alətlərlə  və  üsullarla  ov  edilməsinə), 

habelə  digər  ov  qaydalarının  müntəzəm  pozulmasına  görə  inzibati  xətanın  törədilməsində 

alət  və  ya  inzibati  xətanın  bilavasitə  obyekti  olmuş  predmetlər  müsadirə  edilməklə  və  ya 

edilməməklə,  şərti  maliyyə  vahidinin  iyirmi  mislindən  qırx  mislinədək  miqdarda  cərimə 

edilir, yaxud altı aydan iki ilədək müddətə ov huququ məhdudlaşdırılır.  

Bu  növ  inzibati  xətalar  haqqında  işlərin  baxılması  rayon  (şəhər)  məhkəmələrinə  və 

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilmişdir. 


Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin