D O TƏRƏF NDƏN TƏTB Q ED LƏN NZ BAT TƏNBEHLƏR
Qüvvədə olan inzibati xətalar qanunvericiliyinə müvafiq olaraq D O (polis) tərəfindən
aşağıdakı inzibati tənbehlər tətbiq edilə bilər:
-
xəbərdarlıq ( XM-nin 24-cü mad.);
-
inzibati cərimə ( XM-nin 25-ci mad.);
-
fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırlıması ( XM-nin 28-ci
mad.);
-
əcnəbiləri və ya vətəndaşlıgı olmayan şəxslərin Azərbaycan Respublikası
hüdudlarından kənara inzibati qaydada çıxartma ( XM-nin 29-cu mad.)
Azərbaycan Respublikası Prezidentinin ″Azərbaycan Respublikasının nzibati Xətalar
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə
227
məsələləri haqqında″ Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 29 avqust
2000-ci li tarixli Fərmanının 3-cü bəndinin 5-ci abzasında ″...həmin Məcəllənin 69-cu,
151.1-151.5-ci,152.1-152.3-cü, 153.1-153.5-ci, 154-cü, 155.1-155.3-cü, 156-168-ci, 221.2-
ci, 232-ci, 234-cü, 296-cı, 298-301-ci, 305-ci, 306-ci, 308-ci, 309-cu, 327-331-ci, 337-ci,
339-342-ci və 344-348-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə
Azərbaycan Respublikasının Daxili şlər Nazirliyi baxır...″ göstərilən inzibati xətalara görə
D O inzibati tənbehləri tətbiq etməyə səlahiyyətlidir.
Xəbərdarlıq səlahiyyətli polis əməkdaşı tərəfindən müəyyən olunmuş qaydada
hüquqazidd əməlin yolverilməzliyi barədə inzibatt xəta törətmiş şəxslərə edilən rəsmi
xəbərdaredici tədbirdir. Bu adətən az əhəmiyyətli inzibati xəta törətmiş şəxslərə qarşı tətbiq
edilir.
nzibati xətalar qanunvericiliyi ilə səlahiyyət verilmiş polis əməkdaşı tərəfindən
Azərbaycan Respublikasının nzibati Xətalar Məcəlləsinin 158.1-ci, 167-ci, 298-ci, 306-cı,
327.1-ci, 329-cu, 339.1-ci, 340-cı, 341-ci, 344-cü maddələrində nəzərdə tutulmuş inzibati
xətalara görə xəbərdarlıq kimi inzibati tənbeh tətbiq oluna bilər.
Xəbərdarlıq yazılı formada və xüsusi qərarla tərtib olunduqda müəyyən hüquqi
nəticələrin yaranmasına səbəb olur. Polisin təcrübəsində geniş tətbiq olunan şifahi
xəbərdarlıq (irad tutma) inzibati tənbeh növü sayılmır. O inandırma metoduna aiddir.
nzibati cərimə səlahiyyətli polis əməkdaşı tərəfindən təyin edilən və təqsirkar şəxsdən
dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir.
Azərbaycan Respublikasının nzibati Xətalar Məcəlləsinin 69-cu, 151.1-151.4-cü,
152.1-152.3-cü, 153.1-153.5-ci, 154-cü, 155.1-155.3-cü, 156-168-ci, 221.2-ci, 222-ci, 232-
ci, 234-cü, 296-cı, 298-ci, 301-ci, 305-ci, 308-ci, 309-cu, 327-331-ci, 337-ci, 339-342-ci,
344-348-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə səlahiyyətli
polis əməkdaşları təqsirkar şəxslərə inzibati cəriməni tətbiq edə bilər.
Fiziki şəxsin ona verilmiş xüsusi hüququnun (nəqliyyat vasitələrini idarə etmə
hüququnun) məhdudlaşdırılması inzibati tənbeh kimi nəqliyyat vasitələrindən istifadə
qaydasını kobud şəkildə və ya müntəzəm pozmağa görə iki aydan iki ilədək müddətə tətbiq
edilə bilər.
D O tərəfindən bu növ inzibati tənbehin tətbiq edliməsinin əsas xüsusiyyətləri
aşağıdakılardan ibarətdir:
1.
Bu inzibati tənbeh növünün tətbiq edilməsi yalnız Azərbaycan Respublikasının
XM-nin 151.5-ci maddəsində ″Bu Məcəllənin 151.2, 151.3 və 151.4-cü maddələrində
nəzərdə tutulmuş xətalar il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə,
yəni 10 və daha çox cərimə balı toplanmasına görə″ nəzərdə tutulmuşdur.
2.
Azərbaycan Respublikasının XM-nin 151.5-ci maddəsinin sanksiyasını ″... fiziki
şə
xslərin nəqliyyat vasitələrini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır...″
nəzərə alaraq qeyd etmək olar ki, bu növ inzibati tənbeh D O tərəfindən tətbiq edildikdə
həmin tənbehin təsir müddəti yalnız iki aydan bir ilə qədər ola bilər. Burada minimal
müddət (iki ay) XM-in 28.1-ci maddəsində nəzərdə tutulmuşdur.
3.
Nəqiyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması barədə qərar
qəbul etmiş səlahiyyətli vəzifəli şəxs göstərilən hüququn məhdudlaşdırılması müddətini,
təyin edilmiş müddətin azı yarısı keçdikdən sonra nəqliyyat vasitələrini idarə etmə hüququ
məhdudlaşdırılmış şəxsin işlədiyi və ya oxuduğu müəssisənin, idarənin, təşkilatın vəsatəti ilə
azalda bilər ( XM-nin 455.5-ci mad).
228
Nəqliyyat vasitələrini sərxoş halda idarəeətmə halları istisna olmaqla, nəqliyyat
vasitələrindən əlilliyi ilə əlaqədar istifadə edən şəxslərin nəqliyyat vasitələrini idarəetə
hüququ məhdudlaşdırıla bilməz ( XM-in 28.2-ci maddəsi)
Ə
cnəbilərin və ya vətəndaşlıgı olmayan şəxslərin Azərbaycan Respublikası
hüdudlarından kənara inzibati qaydada çıxartma inzibati tənbeh növü Azərbaycan
Respublikasının XM-nin 300-cü, 330-cu və 337-ci maddələrində nəzərdə tutulmuş inzibati
xətaların törədilməsinə görə D O tərəfindən tətbiq edilir.
nzibati xətalar qanunvericiliyinə əsasən, D O-nun (polisin) digər səlahiyyətli orqan və
ya vəzifəli şəxsləri müvafiq inzibati tənbeh növlərini tətbiq etməklə yanaşı inzibati tənbeh
tətbiq etmə haqqında qərarları da icra etmək səlahiyyətinə malikdirlər. Məsələn: D O (polis)
inzibati həbs, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti
olmuş predmetin ödənişlə alınması və ya müsadirəsi, eləcə də əcnəbilərin və ya vətəndaşlıgı
olmayan şəxslərin Azərbaycan Respublikası hüdudlarından kənara inzibati qaydada çıxartma
növündə tənbehlərin tətbiqi haqqında qərarları icra etmək səlahiyyətinə malikdir.
N Ə T C Ə
Bu günkü mühazirəmizə yekun olaraq deyə bilərik ki, onun açıqlanması nəticəsində
sizlər fəaliyyətinizdə həm nəzəri, həm də təcrübi cəhətdən böyük əhəmiyyət kəsb edəcək
biliklər əldə etdiniz.
Mühazirənin birinci sualının köməkliyi ilə inzibati tənbehlərin anlayışı, onların tətbiq
edilməsinin məqsədi, əhəmiyyəti və inzibati tənbehlərin inzibati məcburetmə tədbirlərinin
digər növlərindən hansı xüsusiyyətlərinə görə fərqlənməsi barədə nəzəri biliklər əldə etdiniz.
kinci sual vasitəsi ilə inzibati tənbehlərin sistemi, növləri və onların hər birinin
hüquqi xarakteristikası haqqında nəzəri müddəalar təhlil edildi.
Mühazirənin üçüncü sualında isə inzibati tənbehlərin tətbiq edliməsinin ümumi
qaydası açıqlanmışdır. Onu da qeyd etmək istərdim ki, inzibati tənbeh növləri çoxluq təşkil
etdiyi və onlar səlahiyyətli orqanların (vəzifəli şəxslərin) geniş dairəsi tərəfindən tətbiq
edildiyi üçün, mövzumuzun köməkliyi ilə inzibati tənbeh növlərindən hansılarının D O
(polis) və onların vəzifəli şəxsləri tərəfindən tətbiq edildiyini öyrəndik.
Ə
ldə etdiyiniz nəzəri biliklərin insan və vətəndaş hüquq və azadlıqlarının təmin
edilməsində, ictimai qaydanın qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində və
cinayətkarlığa qarşı mübarizədə sizə böyük köməkliyi olacaqdır.
Mövzu № 13: ″Ayrı-ayrı inzibati xəta növlərinə görə inzibati məsuliyyət″
P L A N :
G R Ş
1.
Əhalinin sağlamlığı, mülkiyyət əleyhinə və təbiətdən istifadə qaydaları əleyhinə olan
inzibati xətalar.
2.
ctimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalar.
3.
darəçilik qaydaları əleyhinə olan inzibati xətalar.
4.
nzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər).
229
NƏT CƏ
Ə
D Ə B Y Y A T:
1.
Azərbaycan Respublikasının Konstitusiyası.
2.
″Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq
qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında″ Azərbaycan Respublikası
Prezidentinin Fərmanı. 09 avqust 1994-cü il.
3.
″ nsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi tədbirləri haqqında″
Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 22 fevral 1998-ci il.
4.
Azərbaycan Respublikasının nzibati Xətalar Məcəlləsi. Bakı, 2000.
5.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Bakı 2000.
6.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Bakı 2000.
7.
˝Ovçuluq haqqında˝ Azərbaycan Respublikasının Qanunu. 14 may 2004-cü il.
8.
″Heyvanlar aləmi haqqında″Azərbaycan Respublikasının Qanunu. 04 iyun 1999-
cu il.
9.
″Balıqçılıq haqqında″ Azərbaycan Respubikasının Qanunu. 27 mart 1998-ci il.
10.
″Xidməti və mülki silah haqqında″ Azərbaycan Respublikasının Qanunu. 30
dekabr 1997-ci il.
11.
″Yaşayış yeri və olduğu yer haqqında″ Azərbaycan Respublikasının Qanunu. 04
aprel 1996-cı il.
12.
Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli Fərmanı ilə
təsdiq edilmiş ″Yerli icra hakimiyyəti haqqında Əsasnamə″.
13.
Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 1997-ci il tarixli Fərmanı ilə
təsdiq edilmiş ″Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi
üzrə komissiyalar haqqında Əsasnamə″.
14.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin kommentariyası. F.Səməndərovun
redaktəsi ilə. Bakı, 2001-ci il.
15.
A.Abdullayev, F.Nağıyev. “ nzibati hüquq”. Dərslik. Bakı, 2008.
16.
E.Abdullayev. ″ nzibati hüquq″. Dərslik. Bakı, 2007.
17.
V. Abışov, A. smayılov, R. Nəcəfquliyev. ″ nzibati hüquq″ II hissə. Dərs vəsaiti.
Bakı, 2006.
18.
E.Abdullayev. ″Vətəndaşların inzibati məsuliyyəti″. Dərs vəsaiti. B.,1992.
19.
″ nzibati hüquq″ (sxemlərdə). Dərs vəsaiti. AR D N-in Polis Akademiyası. Bakı,
2002.
20.
E.M.Kozlov, L.L.Popov. ″Administrativnoe pravo″ Dərslik.M., 2000.
21.
D.N.Baxrax. ″Administrativnoe pravo Rossii″. Dərslik. M., 2000.
22.
V.R.Kisin. ″Administrativnoe pravonaruşenie: ponətie, sostav, kvalifikaüiə″. Dərs
vəsaiti. Moskva, 1991.
23.
A.M.Staxov. "Administrativnaə otvetstvennostğ”. Dərs vəsaiti. Moskva, 2004
230
G R Ş
Barəsində danışılacaq mövzu öz aktuallığı baxımından mühüm əhəmiyyətə malikdir.
Çünki 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minən XM-in xüsusi hissəsinin quruluşu
mühafizə olunan obyektlərin sosial mahiyyəti baxımından sistemləşdirilmişdir.
Mühazirənin birinci sualında əhalinin sağlamlığı, mülkiyyət əleyhinə və təbiətdən
istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında təhlillər aparılacaqdır. Bu sual
açıqlanarkən mülkiyyətlə bağlı talamanın ayrı-ayrı növlərinin hüquqi xarakteristikası
veriləcəkdir.
Mühazirənin ikinci sualı üzrə ictimai qayda, ictimai təhlükəsizlik və ictimai
mənəviyyat əleyhinə olan inzibati xətalar haqqında qanunvericiliyinin ayrı-ayrı müddəaları
şə
rh olunacaq.
Mühazirənin üçüncü saulında idarəcilik qaydaları ilə bağlı inzibati xətalar müzakirə
olunacaq və bu növ cinayət əməllərindən fərqləri ğöstəriləcəkdir.
Yekun olaraq mühazirənin dördüncü sualında inzibati xətalar haqqında işlərə baxmaq
səlahiyyəti olan orqanlar haqqında danışılıcaq.
Sual 1. Əhalinin sağlamlığı, mülkiyyət və təbiətdən istifadə qaydaları əleyhinə olan inzibati
xətalar
Ə
halinin sağlamlığı əleyhinə olan inzibati xətalar
Ə
halinin sağlamlığı, sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı
qaydaları əleyhinə olan inzibati xətalar Azərbaycan Respublikası XM-in VII fəslini (61–68-
3-cü maddələri) əhatə edir.
Ə
halinin sağlamlığına birbaşa təsir edən amillər içərisində narkotiklərlə bağlı xətalar
mühüm yer tutur. Respublikada mövcud şəraitin real təhlili göstərir ki, son illər narkotiklərlə
bağlı hüquqpozmalar artmışdır. Bu hüquqpozmalarla mübarizədə təcrübədə ən çox istifadə
edilən normalardan biri Azərbaycan Respublikası nzibati Xətalar Məcəlləsinin 68-1-ci
maddəsidir: «Narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının istehlakı,
narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının, prekursorların satış
məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması,
daşınması və ya göndərilməsi
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla
narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının istehlakına, narkotik
vasitələrin, psixotrop maddələrin və onların analoqlarının satış məqsədi olmadan şəxsi
istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya
göndərilməsinə, habelə narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz
hazırlanmasında və ya emalında istifadə etmək məqsədilə prekursorların satış məqsədi
olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına,
daşınmasına və ya göndərilməsinə görə-
şə
rti maliyyə vahidinin on beş mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilir,
işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi
kifayət sayılmadıqda isə on beş günədək müddətə inzibati həbs tətbiq edilir.
231
Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya
göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri, onların
analoqlarını və ya prekursorları könüllü surətdə təhvil verən şəxs bu qeyddə nəzərdə tutulan
hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir.»
Şə
rh olunan inzibati xətanın bilavasitə əsas obyekti əhalinin sağlamlığı ilə baglı olan
ictimai münasibətlərdir.
Qeyd olunmalıdır ki, bu inzibati xətanın törədilməsi nəticəsində dövlət, bələdiyyə və
özəl sektorda olan infrastrukturların normal fəaliyyətinin pozulması mümkündür. Məhz bu
səbəbdən də şərh olunan inzibati xətanın əlavə obyekti qismində ictimai təhlükəsizlik və
yuxarıda qeyd olunan infrastrukturların normal fəaliyyəti çıxış edir.
Barəsində danışılan inzibati xətanın predmetini narkotik vasitələr, psixotrop maddələr
və onların prekursorları təşkil edir.
Şə
rh olunan maddə blanket dispoziyalıdır. Bu normanın şərh edilməsi üçün narkotik
vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə əlaqədar yaranan
ictimai münasibətlərin tənzimlənməsi, bu sahədə dövlət orqanlarının, fiziki və hüquqi
şə
xslərin hüquq və vəzifələrinin müəyyən edilməsi məqsədi ilə 28 iyun 2005-ci il tarixdə
qəbul edilmiş «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların
dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununa diqqət yetirmək lazımdır.
Qanuna görə:
- narkotik vasitələr – BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid
Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-
ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı
mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq
olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların
preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir;
- psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli «Psixotrop maddələr haqqında»
Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz
dövriyyəsinə qarşı
mübarizə haqqında»
Konvensiyasında,
habelə
Azərbaycan
Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii
mənşəli maddələr, onların preparatlarıdır;
- prekursorlar – narkotik vəsitələrin və psixotrop maddələrin hazırlanması məqsədi ilə
istifadə edilən kimyəvi maddələr və onların duzları, habelə Azərbaycan Respublikasının
qanunvericiliyi ilə yuxarıda göstərilən kateqoriyalara aid edilmiş və idxalına, ixracına, tranzit
nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan kimyəvi maddələr və
onların duzlarıdır.
Obyektiv tərəfdən bu inzibati xəta fəal hərəkətlə (istehlak, hazırlama, əldə etmə,
daşıma və ya göndərmə) və ya hərəkətsizliklə (saxlama) törədilir.
Bu inzibati xəta qanunvericilik quruluşuna görə formal tərkiblidir. Belə ki,
dispozisiyada göstərilən hərəkətlərdən birinin Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla törədilməsi inzibati xətanın
başa çatmış hesab edilməsinə əsas verir:
- narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının istehlakı;
- narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının satış
məqsədi olmadan istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması
daşınması və ya göndərilməsi;
232
- narkotik vasitə lə rin və ya psixotrop maddə lə rin qanunsuz hazırlanmasında və
ya emalında istifadə etmə k mə qsə di ilə prekursorların satış mə qsə di olmadan şə xsi
istehlak miqdarında hazırlanması, ə ldə edilmə si, saxlanması, daş ınması və ya
göndə rilmə si;
Narkotik vasitə lə rin və psixotrop maddə lə rin qanunsuz istehlakı dedikdə ,
qanunvericiliklə müə yyə n edilmiş qaydaları pozmaqla tibbi göstə riş ə sasında hə kimin
tə yinatı olmadan Azə rbaycan Respublikasının qanunvericiliyi ilə nə zarə t edilə n
narkotik vasitə lə rin və psixotrop maddə lə rin qə bul edilmə si baş a düş ülür.
Narkotik vasitə lə rin və psixotrop maddə lə rin qanunsuz hazırlanması dedikdə ,
hə yata keçirilmə si üsulundan asılı olmayaraq qanunvericiliklə müə yyə n edilmiş
qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitə lə rin və
psixotrop maddə lə rin bilavasitə hazırlanmasına, yə ni narkotik vasitə lə rin və psixotrop
maddə lə rin istehsalına, emalına, saflaş dırılmasına və ya bir narkotik vasitə nin, yaxud
psixotrop maddə nin digə r narkotik vasitə yə və ya psixotrop maddə yə çevirilmə si yolu
ilə narkotik vasitə lə rin və psixotrop maddə lə rin alınmasına, yaxud onların tə sirinin
güclə ndirilmə sinə tə rkibində narkotik maddə lə r olan bitkilə rin kultivasiyasına,
narkotik vasitə lə rin və psixotrop maddə lə rin alınmasına yönə dilmiş hə rə kə tlə r baş a
düş ürülür.
Narkotik vasitə lə rin, psixotrop maddə lə rin və onların prekursorlarının qanunsuz
ə
ldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə
müə yyə n edilmiş qaydaları pozmaqla narkotik vasitə lə rin, psixotrop maddə lə rin və
onların prekursorlarının alınmasına, hə diyyə və ya qarş ılıqlı hesablaş ma vasitə si kimi
qə bul edilmə sinə , baş qa mallara və əş yalara də yiş dirilmə sinə , mə nimsə nilmə sinə və ya
hə r hansı digə r üsulla onlara yiyə lə nmə yə yönə ldilmiş bütün hə rə kə tlə r baş a düş ülür.
Narkotik vasitə lə rin və psixotrop maddə lə rin qanunsuz daş ınması və ya
göndə rilmə si dedikdə , hə yata keçirilmə si üsulundan asılı olmayaraq qanunvericiliklə
müə yyə n edilmiş qaydaları pozmaqla narkotik vasitə lə rin və psixotrop maddə lə rin
şə
Dostları ilə paylaş: |