Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar


Sual 2.  ctimai qayda, ictimai t



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə29/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   25   26   27   28   29   30   31   32   ...   64

 

Sual 2.  ctimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati 

xətalar 

 

241 


 

 

Azərbaycan  Respublikası  Konstitusiyasının  12-ci  maddəsinin  1-ci  bəndinə  əsasən: 



nsan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  təmin  edilməsi  dövlətin  ali  məqsədi…″ 

kimi müəyyən edilmişdir. Konstitusiyamızın 24-80-cı maddələrinə müvafiq olaraq insan və 

vətəndaşların  konstitusiyon  hüquqlarının,  azadlıqlarının  və  vəzifələrinin  təmin  edilməsi 

Respublikamızda  ictmai  qaydanın  qorunması  və  ictimai  təhlükəsizliyin  təmin  edilməsi 

səviyyəsindən çox asılıdır. 

Polis haqqında″ Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən polisin 



fəaliyyətinin  əsas  istiqamətlərindən  biri  olan  ″ictimai  qaydanın  qorunması  və  ictimai 

təhlükəsizliyin  təmin  edilməsi″  bilavasitə  Respublikada  ictimai  qaydanın  qorunmasının  və 

ictimai  təhlükəsizliyin  təmin  edilməsinə  yönəldilmişdir.  Polisin  bu  fəaliyyət  istiqaməti 

ictimai  qayda,  ictimai  təhlükəsizlik  və  ictimai  mənəviyyat  əleyhinə  olan  inzibati  xətaların 

xəbərdar  edilməsinə  və  onların  qarşısının  alınmasına  xidmət  edir.  ctimai  qayda,  ictimai 

təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalara qarşı mübarizənin daha da 

gücləndirilməsi,  Respublikadakı  ictimai-siyasi  vəziyyətin  sabit  saxlanılması,  insan  və 

vətəndaşların  istirahəti  və  əməyi  üçün  normal  şəraitin  yaradılması  ″Polis  haqında″  Qanuna 

ə

sasən polis əməkdaşlarının vəzifələri kimi müəyyən edilmişdir. 



ctimai  qayda,  ictimai  təhlükəsizlik  və  ictimai  mənəviyyat  əleyhinə  olan  inzibati 

xətalar öz həcminə görə baş verən digər inzibati xətaların həcmindən daha çoxdur. 

ctimai  qayda,  ictimai  təhlükəsizlik  və  ictimai  mənəviyyat  əleyhinə  olan  inzibati 

xətalar Azərbaycan Respublikası  nzibati Xətalar Məcəlləsinin 22-ci fəslində ( XM, maddə 

296-309) göstərilmişdir. 

Bu  sualda  istifadə  edilən  ictimai  qayda,  ictimai  təhlükəsizlik  və  ictimai  mənəviyyat 

terminlərinə açıqlama vermək məqsədəmüvafiqdir. 

ctimai  qayda  –  sosial-hüquqi  kateqoriya  kimi,  sosial  normalara  (hüquq  normalarına, 

ə

xlaq  qaydalarına,  ümumqəbul  olunmuş  birgəyaşayış  qaydalarına  və  s.)  riayət  edilməsi 



nəticəsində  təsis  edilən  və  toxunulmazlığına  dövlət  və  cəmiyyətin  bütün  siyasi  sistemi 

tərəfindən təminat verilən ictimai münasibətlər sistemidir. 

Hüquq əbədiyyatlarında ictimai qaydaya həm geniş, həm də dar mənada baxılır.  

ctimai qayda geniş mənada cəmiyyətdə yaranan bütün iqtisadi və ictimai münasibətlər 

sistemini əhatə edir. 

Sosial  kateqoriya  kimi  ictimai  qaydanı  geniş  mənada,  yəni  bütün  sosial  əlaqələr  və 

münasibətlər  sistemini  qanunvericilikdə  və  hüquq  ədəbiyyatında  dar  mənada  olan  (xüsusi 

mənada)  ictimai  qaydadan  fərqləndirirlər.  ctimai  qayda  qısa  mənada  hüquq  normaları  və 

digər  sosial  normalarla  tənzimlənən  ictimai  münasibətlərin  bütün  sistemini  əhatə  etmir,  o 

yalnız ictimai həyatın müəyyən sahəsində yaranan hissəsini əhatə edir. 

ctimai  qayda  anlayışının  dar  mənada  dərk  edilməsi  zəruriyyəti  aşağıdakı  amillərlə 

şə

rtləndirilir: 



 bu və ya digər sosial sahədə yaranan ictimai münasibətlərin çox tərəfliliyi ilə; 

 müxtəlif  növlü  ictimai  münasibətləri  tənzimləyən  xüsusi  hüquqi  normaların 



mövcudluğu ilə; 

 hüquqi  kateqoriya  kimi  ictimai  qaydaya  qəsd  edən  hüquqpozmalara  görə 



qanunvericilik tərəfindən məsuliyyətin müəyyən edilməsi ilə; 

 ictimai qaydanın qorunması üzrə xüsusi funksiyaların və bu funksiyaları realizə edən 



orqanların mövcud olması ilə və s. 

 

242 


 

ctimai  qaydanın  dar  mənada,  yəni  xüsusi  (hüquqi)  mənada  anlayışı  haqqında 

qanunvericilikdə  və  xüsusi  hüquq  ədəbiyyatında  vahid  fikir  yoxdur.  ctimai  qaydanın  dar 

mənada  verilmiş  anlayışları  içərisində  müasir  dövr  üçün  daha  məqsədəuyğunu  aşağıdakını 

hesab etmək olar: 

  ctimai  qayda  dedikdə,  dövlət  orqanları  və  qeyri-hökümət  təşkilatlarının  fəaliyyəti, 

ə

halinin  əməyi  və  istirahəti  üçün  normal  şəraitin  və  ictimai  həyatın  əmin-amanlıq 



vəziyyətinin  təmin  edilməsi  məqsədi  daşıyan,  ictimai  yerlərdə  insanların  ünsiyyəti 

prosesində  yaranan,  cəmiyyətin  tələbatı  ilə  şərtləndirilən  və  sosial  normalarla  tənzimlənən 

ictimai münasibətlər sistemi kimi başa düşülür. 

ctimai qaydanın dar mənada belə anlayışı bir çox hüquq ədəbiyyatlarında və normativ 

aktlarda ümumiləşdirilərək işlədilir. 

ctimai qayda cəmiyyətin digər sahəsi olan ictimai təhlükəsizliklə sıx bağlıdır. 

ctimai  təhlükəsizlik  sahəsinə  insanların  həyatı  və  sağlamlığı,  onların  əmlakı  üçün 

yaranan  və  ya  yarana  biləcək  təhlükənin  qarşısının  alınması  və  ya  onların  qaldırılması  ilə 

bağlı olan ictimai münasibətlər aiddir. 

  ctimai təhlükəsizlik vətəndaşların və vəzifəli şəxslərin fəaliyyəti nəticəsində baş verə 

bilən  və  ətrafdakılar  üçün  yüksək  təhlükəli  olan  hadisə  və  vəziyyətlərdən  digər  insanların 

həyat  və  sağlamlığının  mühafizə  edilməsi,  binaların  və  qurğuların  dağıdılmasının  və  ya 

zədələnməsinin  qarşısının  alınması  məqsədi  ilə  dövlət  tərəfindən  müəyyən  edilmiş  xüsusi 

təşkilati-texniki qaydalara ciddi riayət edilməsinə əsaslanan münasibətlər sistemidir. 

  ctimai mənəviyyat cəmiyyətdə yaranmış baxışlar, adətlər, şərəf, ləyaqət, vətəndaşlıq 

vəzifələri haqqında normalar sistemi və davranış qaydalarıdır. 

Mənəviyyat ərəb sözü olub, insanın mənəvi keyfiyyət normaları deməkdir. Mənəviyyat 

həm də yüksək əxlaq deməkdir. 

ctimai  qayda  əleyhinə  olan  inzibati  xətalar  içərisində  daha  geniş  yayılmış  xırda 

xuliqanlıqdır.  

  Azərbaycan  Respublikasının  nzibati  Xətalar  Məcəlləsinin  296-cı  maddəsi:  «Xırda 

xuliqanlıq 

Xırda  xuliqanlıq,  yəni  ictimai  qaydanı  pozan  və  ya  fiziki  şəxslər  üzərində  zor  tətbiq 

olunması  ilə  və  ya  belə  zorun  tətbiq  edilməsi  hədəsi  ilə,  yaxud  özgənin  əmlakının  məhv 

edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə –  

şə

rti maliyyə vahidinin on beş mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilir, 



işin  hallarına  görə,  pozuntu  törədənin  şəxsiyyəti  nəzərə  alınmaqla  bu  tədbirlərin  tətbiqi 

kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.» 

Xırda  xuliqanlıq  ictimai  qaydaya  qəsd  edən  inzibati  xətadır.  O,  təqsirli  şəxsin 

mədəniyyət və dünyagörüşü səviyyəsinin aşağı olmasını, onun təkəbbürlüyünü, özündən razı 

olmasını,  onu  əhatə  edən  insanların  maraqlarına  laqeydliyini  və  əxlaq  qaydalarına  məhəl 

qoyulmamasını sübut edir. 

 Bu inzibati xətanın obyekti ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat 

sahələrində  yaranan  ictimai  münasibətlərdir.  Xətanın  bilavasitə  obyekti  isə  vətəndaşların 

ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Bu xətaların törədilməsi 

zamanı, hər bir halda, ictimai qaydaya, vətəndaşların şərəf və ləyaqətinə, onların normal iş 

şə

raitinə, istirahətinə, hüquq və qanuni maraqlarına ziyan vurulur. 



 

243 


 

 Obyektiv  cəhətdən  xırda  xuliqanlıq  ictimai  qaydanı  pozan  hərəkətlərlə  törədilir. 

Qanunvericilik  quruluşuna  görə  bu  maddədə  göstərilən  inzibati  xəta  formal  tərkiblidir. 

ctimai qaydanı pozan hərəkətlər: 

- fiziki şəxslər üzərində zor tətbiq olunması; 

- zorun tətbiq olunması hədəsi; 

- özgənin əmlakının məhv edilməsi; 

-özgənin əmlakının zədələnməsi ilə müşayiət edilməməlidir. 

Göstərilən hallardan biri olduqda,  araşdırılan əməl  Azərbaycan  Respublikası  Cinayət 

Məcəlləsinin 221-ci maddəsinə əsasən, xuliqanlığa görə cinayət məsuliyyətinə səbəb olur. 

Xırda  xuliqanlıq kimi  törədilən  hərəkətlərin  siyahısı qanunverici tərəfindən  müəyyən 

edilməyib. Fikrimizcə, burada müxtəlif hərəkətlər nəzərdə tutulub. Məsələn: ictimai yerlərdə 

nəlayiq söyüşlərin söyülməsi, vətəndaşlara təhqiramiz yanaşma, insan ləyaqətini alçaldan və 

ictimai  mənəviyyatı  təhqir  edən  sərxoş  vəziyyətdə  ictimai  yerlərə  gəlmə,  divarlar  üzərində 

nəlayiq söyüşlər yazma, gecə vaxtı vətəndaşların rahatlığını nümayişcəsinə pozma və s. 

Xırda xuliqanlıq ictimai həyatın istənilən sahəsində törədilə bilər: məişətdə, insanların 

olduğu yerdə, küçələrdə, mənzillərdə, meşədə və s. 

Adətən,  xırda  xuliqanlıq  bilavasitə  insanların  yanında  törədilir.  Belə  ki,  yalnız  belə 

şə

raitdə təqsirli şəxs cəmiyyətə olan öz hörmətsizliyini daha böyük həcmdə nümayiş etdirir. 



Lakin  əməlin  xəta  kimi  qiymətləndirilməsi  üçün  nümayişlik  (kütləvilik)  və  ya  insanların 

iştirakı əsas tövsifedici əlamət kimi çıxış edə bilməz. 

 Subyektiv tərəfdən xırda xuliqanlıq qəsdlə, adətən düzünə qəsdlə xarakterizə olunur. 

Təqsirkar  şəxs  başa  düşür  ki,  onun  hərəkətləri  hüquqaziddir.  O,  əvvəlcədən  görür  ki,  bu 

hərəkətlərin törədilməsi zamanı ictimai qayda və vətəndaşların rahatlığı pozulacaq və bunu 

da  arzu  edir.  Lakin  şəxs  inzibati  xəta  törədilməsini  bunu  arzu  etmirsə,  lakin  buna  şüurlu 

surətdə yol verirsə, xırda xuliqanlıq yanakı qəsdlə törədilir. 

 Xırda xuliqanlığın subyekti 16 yaşına çatmış, anlaqlı fiziki şəxsdir. 

Bu inzibati xətanın törədilməsinə görə şərti maliyyə vahidinin on beş mislindən iyirmi 

mislinədək  miqdarda  cərimə  edilir,  işin  hallarına  görə,  pozuntu törədənin şəxsiyyəti nəzərə 

alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs 

tətbiq edilir. 

Bu  inzibati  xəta  haqqında  işlərə  Azərbaycan  Respublikası  nzibati  Xətalar 

Məcəlləsinin  360-cı  maddəsinə  əsasən  rayon  (şəhər)  məhkəmələri  və  «Azərbaycan 

Respublikası  nzibati  Xətalar  Məcəlləsinin  təsdiq  edilməsi,  qüvvəyə  minməsi  və  bununla 

bağlı hüquqi tənzimləmə  məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq 

edilməsi barədə 29 avqust 2000-ci il tarixli Azərbaycan Respublikası Prezidenti Fərmanının 

3.3 bəndinə əsasən Azərbaycan Respublikasının Daxili  şlər Nazirliyi baxır. 



Azərbaycan  Respublikası  nzibati  Xətalar  Məcəlləsinin  22-ci  fəslinə  aid  olan 

xətalardan  biri  də  Azərbaycan  Respublikası  nzibati  Xətalar  Məcəlləsinin  298-ci 

maddəsində göstərilən: «Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və 

piketlərin təşkilinin və keçirilməsi qaydasının pozulması» adlanır. 

Həmin  norma  əsasında  «Yığıncaqların,  mitinqlərin,  nümayişlərin,  küçə 

yürüşlərinin  və  piketlərin  təşkili  və  keçirilməsinin  qanunvericiliklə  müəyyən  edilmiş 

qaydasının pozulmasına görə

xəbərdarlıq edilir və ya şərti maliyə vahidinin yeddi mislindən on üç mislinədə

miqdarda cərimə edilir.» 

 

244 


 

Azərbaycan  Respublikası  Konstitusiyasının  49-cu  maddəsinə  əsasən  insan  və 

vətəndaşların konstitusiyon hüquq və azadlıqlardan biri də “sərbəst toplaşmaq azadlığı”dır. 

Lakin  insan  və  vətəndaşların  konstitusiyon  azadlıqları  kortəbii  qaydada  yox,  sivil  və 

demokratik  ölkələrdə  olduğu  kimi  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  həyata 

keçirilməlidir.  Bu  baxımdan  Azərbaycan  Respublikası  Konstitusiyasının  49-cu  maddəsinin 

2-ci bəndinə əsasən “hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan 

xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri 

keçirmək, piketlər düzəltmək hüququ vardır”. 

Bu  hüququn  sivil  qaydada  və  demokratik  prinsiplər  əsasında  həyata  keçirilməsini 

təmin  emək  məqsədi  ilə  13  noyabr  1998-ci  il  tarixində  “Sərbəst  toplaşmaq  azadlığı 

haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  qəbul  edilmiş  və  Respublikamızda 

toplantıların təşkili və keçirilməsi mexanizmi müəyyən edilmişdir. 

nzibati  xətanın  bilavasitə  obyekti  ictimai  qayda,  ictimai  təhlükəsizlik, 

vətəndaşların hüquq və azadlıqları, eləcə də müəyyən edilmiş idarəçilik qaydalarıdır. 

nzibati  xətanın  obyektiv  tərəfi  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 

ğıncaqların,  mitinqlərin,  nümayişlərin,  küçə  yürüşlərinin  və  piketlərin  təşkili  və 

keçirilməsi qaydasının pozulmasıdır. 

Qüvvədə olan “Sərbəst  toplaşmaq  azadlığı  haqqında”  Azərbaycan  Respublikası 

Qanununun  2-ci  maddəsinə  əsasən,  toplantı  bir  neçə  şəxsin  xüsusi  məqsədlə  ictimai 

yerdə müvəqqəti toplaşması deməkdir. Toplantılar aşağıdakı formalarda keçirilə bilər: 

  yığıncaq  şəxslərin  hər  hansı  məsələni  birlikdə  müzakirə  etmək  və  həmin 



məsələyə dair qərar qəbul etmək məqsədilə toplaşmasıdır; 

  mitinq  toplanmış  şəxslərin  ümumi  fikirlərini  ifadə  etmək  və  (və  ya)  ümumi 



çağırışlar etmək, tələblər irəli sürmək üçün keçirilən kütləvi tədbirdir; 

  nümayiş  bir  qrup  şəxsin  ictimai  və  dövlət  həyatı  ilə  bağlı  məsələlərə  dair 



fikirlərinin ifadəsidir; 

  küçə yürüşü müəyyən marşrutla hərəkət edən bir qrup şəxsin ictimai və dövlət 



həyatı ilə bağlı məsələlərə dair fikirlərinin ifadəsidir; 

   piket  ictimai  və  dövlət  həyatı  ilə  bağlı  məsələlərə  dair  fikirlərini  ifadə  edən 



şə

xslərin  nümayişdə  iştirak  edənlərdən  daha  kiçik  bir  qrupunun  müəyyən  yerdə 

toplaşmasıdır. 

 “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-

ci  maddəsinin  1  hissəsinə  əsasən,  qeyd  olunan  tədbirlərin  keçirilməsi  üçün  onun 

təşkilatçısı  (təşkilatçıları)  5  gün əvvəl  rayon və ya şəhər  icra  hakimiyyəti orqanlarına 

yazılı məlumat verməlidir. 

Həmin məlumatda aşagıdakılar öz əksini tapmalıdır: 

- keçiriləcək tədbirin adı; 

- tədbirin məqsədi; 

- tədbirin keçiriləcəyi yer və vaxtı; 

- tədbirdə olacaq insanların (iştirakçıların) sayı; 

- tədbirin təşkilatçılarının adı, soyadı, atasının adı və ünvanı; 

- yazılı xəbərdarlığın təqdim edildiyi tarix; 

- tədbir küçə yürüşü formasında keçirilərsə, onun təklif olunan marşrutları və s. 

Barəsində  danışılan  tədbirlərin  iştirakçıları  yalnız  könüllü  şəxslər  olmalıdır. 

stənilən  vəzifəli  şəxs  tərəfindən  bu  tədbirlərin  keçirilməsinə  hansısa  şəxsin  məcburi 


 

245 


 

surətdə  gətirilməsi  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  309-cu  maddəsi  ilə 

tövsif olunmalıdır.  

nzibati xətanın subyekti  16  yaşına  çatmış,  anlaqlı  kütləvi tədbirdə iştirak  edə

şə

xslər və ya 18 yaşı olan tədbirin təşkilatçılarıdır. 



Subyektiv tərəfdən bu inzibati xəta qəsd forması ilə xarakterizə olunur. 

Bu inzibati xətanın törədilməsinə görə xəbərdarlıq və ya şərti maliyyə vahidinin yeddi 

mislindən on üç mislinədək miqdarda cərimə edilir. 

Bu növ inzibati xətaların baxılması Azərbaycan Respublikası Prezidentinin 29 avqust 

2000-ci  il  tarixli  ″Azərbaycan  Respublikası  nzibati  Xətalar  Məcəlləsinin  təsdiq  edilməsi, 

qüvvəyə  minməsi  və  bununla  bağlı  hüquqi  tənzimləmə  məsələləri  haqqında  Azərbaycan 

Respublikası  Qanununun  tətbiq  edilməsi  barədə″  Fərmanının  3.3-cü  bəndinə  əsasən, 

Azərbaycan Respubikasının Daxili  şlər Nazirliyinə həvalə edilib. 

ctimai  təhlükəsizlik  əleyhinə  qəsd  edən  inzibati  xətalardan  biri  də  yaşayış 

məntəqələrində  və  xüsusi  olaraq  ayrılmamış  yerlərdə,  yaxud  müəyyən  edilmiş  qaydaları 

pozmaqla  odlu  silahdan  atəş  açmadır.  Bu  norma  Azərbaycan  Respublikası  nzibati  Xətalar 

Məcəlləsinin 305-ci maddəsində qeyd olunmuşdur. 

Azərbaycan  Respublikası  nzibati  Xətalar  Məcəlləsinin  305-ci  maddəsi:  «Yaşayış 

məntəqələrində  və  xüsusi  olaraq  ayrılmamış  yerlərdə,  yaxud  müəyyən  edilmiş  qaydanı 

pozmaqla odlu silahdan atəş açma 

Yaşayış  məntəqələrində  və  xüsusi  olaraq  ayrılmamış  yerlərdə  və  ya  xüsusi  olaraq 

ayrılmış yerlərdə müəyyən edilmiş qaydanı pozmaqla odlu silahdan atəş açmağa görə –  

silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə, şərti maliyyə vahidinin 

on mislindən iyirmi mislinədək miqdarda cərimə edilir. 

Bu  maddə  ictimai  təhlükəsizliyin  təmin  edilməsi  məqsədilə  odlu  silahdan  istifadə 

qaydalarının  pozulmasına  görə  məsuliyyəti  müəyyən  edir.  Bu  maddənin  dispozisiyası 

blanket  xarakteri  daşıyır.  Hüquqpozmanın  xarakterini  müəyyən  etmək  üçün  müxtəlif 

şə

raitlərdə: müəssisələrin, idarələrin, təşkilatların mühafizəsi zamanı, təhsil müəssisələrində, 



iş  yerlərində,  kinofilmlərin  çəkilişlərində  və  s.  yerlərdə  silahdan  istifadə  qaydalarını 

nizamlayan normativ aktlara müraciət etmək lazımdır. 

Bu inzibati xətanın tərkibi üçün obyektiv tərəfin aşağıdakı hərəkətlərdən birinin olması 

vacibdir: 

a) yaşayış məntəqələrində odlu silahdan atəş açma; 

b) xüsusi olaraq ayrılmamış yerlərdə odlu silahdan atəş açma; 

v)  xüsusi  olaraq  ayrılmış  yerlərdə  müəyyən  edilmiş  qaydanı pozmaqla  odlu  silahdan 

atəş açma. 

«Xidməti  və  mülki  silah  haqqında»  Azərbaycan  Respublikası  Qanununun  2-ci 

maddəsinə  görə  odlu  silah  dedikdə,  barıtın  və  ya  digər  alışan  maddələrin  yanmasıdan 

yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi 

mexaniki zədələmək və ya sıradan cıxarmaq təyinatına malik olan silah başa düşülür. Onlara 

tüfəng  (yivsiz  lüləli  ov  tüfəngindən  başqa),  karabin,  tapanca  və  revolver,  avtomat  və 

pulemyot,  minaatan,  top,  qumbaraatan  və  kalibrindən  asılı  olaraq  digər  odlu  silahlar  aid 

edilir.  

Odlu silahın funksional təyinatını müəyyən edən əsas hissələri – lülə, zərbə, buraxılış, 

bağlayan  mexanizmlər  və  silahın  digər  hissələri  kompleksdə  atəş  açmaga  imkan  verdikdə 


 

246 


 

odlu silah kimi qəbul edilməlidir. Odlu silah həm sənaye, həm də kustar üsulla istehsal edilə 

bilər.  

Atəş  açmaq  üçün  xüsusi  ayrılmış  yerlər  dedikdə,  atəş  tirləri,  atəş  sahələri, 

ə

trafdakıların  təhlükəsizliyini  təmin  edən  şərtlərə  əməl  etməklə  D N-in  icazəsi  ilə  açılmış 



dövlət və ictimai təşkilatların atıcılıq stendləri, ov yerləri başa düşülür. 

Müəyyən  edilmiş  qaydanı  pozmaqla  odlu  silahdan  atəş  açma  dedikdə,  hər  hansı  bir 

konkret  yerdə  təhlükəsizlik  tələblərinə  riayət  etməməklə  odlu  silahdan  atəş  açma  başa 

düşülür.  Məsələn:  təlim  rəhbərinin  əmri  olmadan  və  ya  ″Azad″  komandasından  sonra  atəş 

açma;  hədəflər  olan  sahədə  adamlar,  maşınlar  və  heyvanlar  olduqda  atəş  açma;  nasaz 

silahdan və ya təhlükəli istiqamətlərdə atəş açma; silahın başqa şəxslərə verilməsi və s. başa 

düşülür. 

Nəzərə almaq lazımdır ki, pnevmatik silahlar, siqnal verən, idman-tikinti silahları, qaz 

tapançaları, siqnal raketlərini atan tapançalar, partlayan raketlər və digər imitasiya-pirotexnik 

və işıqlandırıcı vasitələr – odlu silaha aid edilmir. 

Bu  inzibati  xətanın  subyekti  16  yaşına  satmış,  anlaqlı,  fiziki  şəxsdir.  Xidməti 

vəzifələrini  yerinə  yetirməklə  əlaqədar  verilən  odlu  silah  və  ya  idarələrin,  təşkilatların 

müvəqqəti  istifadəsinə  verilən,  habelə  müəyyən  olunmuş  qaydaları  pozmaqla,  bu  silahdan 

istifadə edən və onlara sahib olan şəxslər ola bilər. 

16  yaşından  18  yaşına  qədər  olan  şəxslər  odlu  silahdan  istifadə  qaydalarını 

pozduqlarına görə ümumi əsaslarda inzibati məsuliyyət daşıyır. 

nzibati  xətanın  subyektiv  tərəfi  qəsd  və  ya  ehtiyatsızlıqla  xarakterizə  olunur. 

Təqsirkar  bilərəkdən  odlu  silahdan  istifadə  qaydalarını  pozur  və  bunları  arzu  edir.  Əməlin 

tövsif edilməsi üçün motiv və məqsəd əhəmiyyət kəsb etmir. 

Bu  inzibati  xətanın  tərkibi  hüquqazidd  əməlin  törədilməsi  nəticəsində  zərərli 

nəticələrin  yaranmasını  nəzərdə  tutmur.  Buna  görə  də,  zərərli  nəticələr  yaradan  həmin 

hərəkətlər onların ağırlıq dərəcəsindən asılı olaraq (şəxsiyyətə zərər vurma, mülkiyyətə zərər 

vurma və s.) Azərbaycan Respublikası CM-in müvafiq maddələri ilə tövsif olunmalıdır. 

Bu inzibati xətanın törədilməsinə görə silah və döyüş sursatı müsadirə edilməklə və ya 

edilməməklə şərti maliyyə vahidinin on mislindən iyirmi mislinədək miqdarda cərimə edilir. 

Yalnız təqsirli şəxsin  mülkiyyətində olan silah və döyüş sursatı müsadirə edilə bilər. 

Ə

sas  dolanacaq  mənbəyi  ov  olan  şəxslərin  odlu  silahı,  döyüş  sursatı  və  digər  ov  alətləri 



müsadirə edilə bilməz. 

Bu  inzibati  xəta  haqqında  protokol  polis  əməkdaşı  tərəfindən  tərtib  olunur.  şin 

baxılmasına qədər odlu silah və döyüş sursatının sayı və növü haqqında protokolda qeydlər 

edilir. Təqsirkar könüllü olaraq odlu silahı və sursatı təhvil verməkdən imtina etdikdə, polis 

ə

məkdaşı  şəxsi  axtarış,  fiziki  şəxsdə  olan  şeyləri  yoxlama  və  şeylərin  və  sənədlərin 



götürülməsi kimi müxtəlif tədbirlər keçirə bilər. 

Bu  inzibati  xəta  haqqında  işlərə  Azərbaycan  Respublikası  nzibati  Xətalar 

Məcəlləsinin  360-cı  maddəsinə  əsasən  rayon  (şəhər)  məhkəmələri  və  «Azərbaycan 

Respublikası  nzibati  Xətalar  Məcəlləsinin  təsdiq  edilməsi,  qüvvəyə  minməsi  və  bununla 

bağlı hüquqi tənzimləmə  məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq 

edilməsi  barədə  29  avqust  2000-ci  il  tarixli  Azərbaycan  Respublikası  Prezidentinin 

Fərmanının 3.3 bəndinə əsasən, Azərbaycan Respublikasının Daxili  şlər Nazirliyi baxır. 

ctimai  mənəviyyat  əleyhinə  olan  inzibati  xətalardan  biri  Azərbaycan  Respublikası 

nzibati Xətalar Məcəlləsinin 308-ci maddəsində göstərilmiş «Fahişəliklə məşğul olma»dır. 


 

247 


 

Azərbaycan  Respublikası  nzibati  Xətalar  Məcəlləsinin  308-ci  maddəsi:  «Fahişəliklə 

məşğul olma 

Fahişəliklə məşğul olmağa görə –  

şə

rti maliyyə vahidinin otuz beş mislindən qırx mislinədək miqdarda cərimə edilir.» 



Araşdırdığımız inzibati xətanın obyekti ictimai mənəviyyat, ictimai qayda və əhalinin 

sağlamlığıdır.  Fahişəliyin  ictimai  təhlükəliliyi  zöhrəvi  xəstəliklərin  və  ya  H V-in  (insanın 

immunçatışmamazlığı virusu) kütləvi yayılmasıdır. 

nzibati  xətanın  obyektiv  tərəfi  fahişəliklə  məşğul  olmaqdır.  Lakin  maddə  hansı 

hüquqazidd  hərəkətlərin  olduğunu  açıqlamır.  Maddənin  məzmunundan  belə  çıxır  ki, 

fahişəlik  cinsi  əlaqədə  olmaqdan  maddi  gəlir  götürülməsinə  yönəldilmiş  sistematik 

hərəkətlər kimi başa düşülür. Buna görə də, mükafatlandırmaya görə ayrılıqda bir dəfə cinsi 

ə

laqəyə girmə faktı şərhini verdiyimiz maddənin əlamətlərini yaratmır. 



Gəlir əldə etmək fahişəliyin əsas əlamətidir. Bununla yanaşı, hər bir fakta görə alınan 

mükafatın həcmi və növü tövsif üçün əhəmiyyət kəsb etmir. 

Maddi  mükafat  kimi  yalnız  milli  manat  və  xarici  valyuta  deyil  həmçinin,  maddi 

aləmin müxtəlif əşyaları da çıxış edə bilər (qiymətli əşyalar, spirtli içkilər və s.). 

Subyektiv tərəfdən bu inzibati xəta düzünə qəsdlə xarakterizə olunur, yəni təqsirli şəxs 

öz  hərəkətlərinin  hüquqazidd  olmasını  dərk  edir  və  bunları  törətməyi  arzulayır.  Bundan 

başqa, təqsirli şəxsdə dəqiq ifadə olunan məqsəd - maddi gəlirin əldə edilməsi mövcuddur.  

Maddi gəlirin alınması fahişəliyin əsas əlamətidir. Burada məqsəd təqsirli şəxsdə cinsi 

ə

laqəyə  girməmişdən  əvvəl  yaranır.  Buna  görə  də,  maddi  xeyir  götürülmədiyi  hallarda 



fahişəlik olmur. 

nzibati xətanın subyekti 16 yaşına çatmış anlaqlı, fiziki şəxslər ola bilər.  

nzibati  xətanın  törədilməsinə  görə  fahişəliklə  məşğul  olan  şəxslər  şərti  maliyyə 

vahidinin otuz beş mislindən qırx mislinədək miqdarda cərimə edilir. 

Bu  inzibati  xəta  haqqında  işlərə  «Azərbaycan  Respublikası  nzibati  Xətalar 

Məcəlləsinin  təsdiq  edilməsi,  qüvvəyə  minməsi  və  bununla  bağlı  hüquqi  tənzimləmə 

məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 29 avqust 

2000-ci  il  tarixli  Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanının  3.3  bəndinə  əsasən, 

Azərbaycan Respublikasının Daxili  şlər Nazirliyi baxır. 

kinci sualı yekunlaşdıraraq bir daha qeyd etmək istərdim ki: 

1. Xırda xuliqanlıq, yəni, ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq 

olunması  ilə  və  ya  belə  zorun  tətbiq  edilməsi  hədəsi  ilə,  yaxud  özgənin  əmlakının  məhv 

edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir.  

Bu inzibati xətanın törədilməsinə görə şərti maliyyə vahidinin on beş misilindən iyirmi 

mislinədək  miqdarda  cərimə  edilir,  işin  halarına  görə,  pozuntu  törədənin  şəxsiyyəti  nəzərə 

alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs 

tətbiq edilir. 

Bu  növ  inzibati  xətaların  baxılması  Azərbaycan  Respubikası  Daxili  şlər  Nazirliyinə 

və rayon (şəhər) məhkəmələrinə həvalə edilib 

2.  Müəyyən  edilmiş  qaydanı  pozmaqla  odlu  silahdan  atəş  açma  dedikdə  –  hər  bir 

konkret yerlə təhlükəsizlik tələblərinə riayət etməməklə odlu silahdan atə açma başa düşülür.  

Bu inzibati xətaya görə silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə 

şə

rti maliyyə vahidinin on mislindən iyirmi mislinədək miqdarda cərimə edilir. 



 

248 


 

Bu növ inzibati xətanın baxılması Azərbaycan Respublikasının Daxili  şlər Nazirliyinə 

və rayon (şəhər) məhkəmələrinə həvalə edilib. 

3. Fahişəlik – cinsi əlaqədə olmaqdan maddi gəlir götürülməsinə yönəlmiş mütəmadi 

hərəkətlər kimi başa düşülür. Buna görə də, mükafatlandırmaya görə ayrılıqda bir dəfə cinsi 

ə

laqəyə girmə faktı şərhini verdiyimiz inzibati xətanın tərkibini yaratmır. 



nzibati  xətanın  törədilməsinə  görə  fahişəliklə  məşğul  olan  şəxslər  şərti  maliyyə 

vahidinin otuz mislindən qırx mislinədək miqdarda cərimə edilir. 

Bu növ inzibati xətaların baxılması Azərbaycan Respublikası Daxili  şlər Nazirliyinə 

həvalə edilmişdir. 



Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin