Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə30/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   26   27   28   29   30   31   32   33   ...   64

 

 

Sual 3.  darəçilik qaydaları əleyhinə olan inzibati xətalar 

 

Dövlətin vəzifə və funksiyalarının həyata keçirilməsində böyük rol dövlət orqanlarına 

məxsusdur. Bu orqanların fəaliyyəti demokratiyanın təkmilləşdirilməsi və inkişaf etdirilməsi, 

qanunçuluğun,  hüquq  qaydalarının  və  əmək  intizamının  möhkəmləndirilməsi  ilə  qırılmaz 

surətdə bağlıdır. 

darəçilik  qaydaları  əleyhinə  olan  inzibati  xətalar  (Azərbaycan  Respublikası  nzibati 

Xətalar Məcəlləsinin 23-cü fəsli, maddələr 310-348) idarə, müəssisə və təşkilatların normal 

idarəçilik  fəaliyyətini,  intizamı  və  müəyyən  olunmuş  qaydaları  pozur,  vəzifəli  şəxslərin 

üzərinə  qoyulmuş  vəzifələri  yerinə  yetirməyə  maneçilik  törədir,  hökumətin  nüfuzunu 

zəiflədir, vətəndaşların hüquq və maraqlarının pozulmasına səbəb olur. 

darəçilik qaydaları əleyhinə olan inzibati xətaların xüsusi obyekti  idarəçilik fəaliyyəti 

və dövlət intizamıdır. 

Obyektiv  tərəfdən  bu  xətaların  çoxu  aktiv  hərəkətlərlə  edilir.  Məsələn:  şəxsiyyət 

vəsiqəsinin qəsdən korlanması və s. 

darəçilik  qaydaları  əleyhinə  olan  inzibati  xətalar  formal  tərkiblidir,  yəni  onların 

bitmiş  hesab  edilməsi  üçün  hüquqazidd  hərəkətlərin  edilməsinin  müəyyənləşdirilməsi 

kifayətdir və heç bir zərərli nəticələrin yaranması tələb edilmir. 

Subyektiv tərəfdən bu xətalar bir qayda olaraq qəsdən törədilir. 

darəçilik  qaydaları  əleyhinə  olan  inzibati  xətaların  subyekti  16  yaşına  çatmış  fiziki, 

anlaqlı  şəxslərdir.  Bu  xətaların  bəziləri  yalnız  xüsusi  subyekt  tərəfindən  törədilə  bilər. 

Məsələn,  ″Vəzifəli  şəxslər  tərəfindən  fiziki  şəxsləri  qeydiyyata  almaqdan  əsassız  imtina 

edilməsinə…″ ( XM, maddə 327.2). 

  darəçilik  qaydaları  əleyhinə  olan  və  praktikada  daha  çox  rast  gəlinən  inzibati 

xətalardan  biri  Azərbaycan  Respublikası  nzibati  Xətalar  Məcəlləsinin  310-cu  maddəsində 

göstərilmişdir: ″Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama 

310.1.  Polis  işçisi  və  ya  hərbi  qulluqçu  ictimai  qaydanın  mühafizə  vəzifələrini  icra 

edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə -   

fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda 

cərimə  edilir  və  ya  işin  halları  və  pozuntu  törədənin  şəxsiyyəti  nəzərə  alınmaqla,  bu 

tədbirlərin  tətbiqi  kifayət  hesab  edilmədikdə  on  beş  günədək  müddətə  inzibati  həbs  tətbiq 

olunur. 

310.2.  Hərbi  qulluqçu  dövlət  sərhədini  mühafizə  vəzifələrini  icra  edərkən,  onun 

qanuni tələblərinə qəsdən tabe olmamağa görə –  


 

249 


 

fiziki  şəxslər  şərti  maliyyə  vahidinin  iyirmi  mislindən  otuz  mislinədək  miqdarda 

cərimə  edilir  və  ya  işin  halları  və  pozuntu  törədənin  şəxsiyyəti  nəzərə  alınmaqla,  bu 

tədbirlərin  tətbiqi  kifayət  hesab  edilmədikdə  on  beş  günədək  müddətə  inzibati  həbs  tətbiq 

olunur. 

 Bu  inzibati  xətanın  obyekti  idarəçilik  qaydaları  və  dövlət  orqanlarının  (vəzifəli 

şə

xslərin)  normal  fəaliyyətidir.  Bilavasitə  obyekt  kimi  ictimai  qaydanın  mühafizəsi  üzrə 



xidməti vəzifələrini icra edən polis işçisinin və ya hərbi qulluqçunun normal fəaliyyətidir. 

Azərbaycan  Respublikası  ″Polis  haqqında″  Qanununun  1-ci  maddəsinə  əsasən,  polis 

ə

məkdaşı  polis  orqanlarında  müəyyən  vəzifə  tutan  və  bu  Qanunla  müəyyənləşdirilmiş 



səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. 

Polis  haqqında″  Qanununun  3-cü  maddəsinin  2-ci  həssəsinin  1-ci  bəndinə  əsasən, 



polisin əsas vəzifələrindən biri kimi ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin 

etmək göstərilmişdir. 

Polis  haqqında″  Qanununun  14-cü  maddəsində  göstərilmiş  ictimai  qaydanın 



qorunması  və  ictimai  təhlükəsizliyin  təmin  edilməsi  sahəsində  polis  əməkdaşının vəzifələri 

bilavasitə D N-nin kadrlarında sıravi və rəis heyəti əməkdaşları tərəfindən yerinə yetirilir. 

Adı  çəkilən  xətanın  qanunverici  tərəfindən  XM-də  yaradılmasının  məqsədi  ″Polis 

haqqında″  Qanununun  7-ci  maddəsində  nəzərdə  tutulan  müddəaların  arzuolunan  səviyyədə 

realizəsidir. 

Hərbi  qulluqçular  dedikdə,  Azərbaycan  Respublikası  D N-in  Daxili  Qoşunlarının 

sıravi, çavuş və zabit heyətindən olan şəxslər başa düşülür.  ctimai qaydanın mühafizəsi üzrə 

vəzifələrini  icra  edərkən,  onlar  qanunçuluğun  təmin  edilməsi  üçün  vətəndaşlara  və  vəzifəli 

şə

xslərə icrası məcburi olan sərəncamlar verə bilər və lazımi tələblər irəli sürə bilərlər. 



Polis əməkdaşının və hərbi qulluqçunun tələbi ayrı-ayrı istiqamətlərdə hərəkət etmək 

(məsələn,  kütləvi  tədbirlərin  keçirilməsi  zamanı)  və  ya  müəyyən  təhlükəsizlik  tədbirlərinə 

riayət  edilməsində  (məsələn,  ayrı-ayrı  istiqamətlərdə  hərəkətin  bağlanması  zamanı)  ifadə 

oluna  bilər.  Polis  əməkdaşının  və  hərbi  qulluqçunun  vətəndaşdan  şəxsiyyəti  təsdiq  edən 

sənədi  təqdim  etmək  tələbinin  məqsədi  hüquqazidd  davranışın  qarşısının  alınması  və 

xəbərdar edilməsidir. 

 Obyektiv  tərəfdən  bu  inzibati  xəta  hərəkətsizliklə  ifadə  olunur.  Onu  da  qeyd  etmək 

lazımdır  ki,  XM-in  310-cu  maddəsi  üzrə  məsuliyyət  yalnız  hərəkətsizliyə  görə  yaranır  və 

ə

gər təqsirli şəxsin əməllərində zorun tətbiq edilməsi və ya aktiv müqavimətin göstərilməsi 



mövcuddursa, əməl Azərbaycan Respublikası CM-in 315-ci maddəsi ilə tövsif edilməlidir. 

Obyektiv tərəfin tövsifedici əlaməti polis işçisi və hərbi qulluqçunun tələbinin ictimai 

qaydanın  mühafizəsi  ilə  əlaqədar  olmasını  nəzərdə  tutur.  Qeyd  etdiyimiz  tələblər  isə  öz 

növbəsində  ″Polis  haqqında″  Qanunun  17  və  18-ci  maddələrində  göstərilən  hüquqların 

həyata keçirilməsi ilə əlaqəli olmalıdır. 

Polis  əməkdaşı  və  ya  hərbi  qulluqçu  tərəfindən  dəfələrlə  təkrar  edilən  tələblərin 

məcburi icra edilməsindən imtina edildikdə, yaxud təqsirkar ictimai qaydanı mühafizə edən 

orqan  və  şəxslərə  kobud  hörmətsizlik  edildikdə  təhlili  aparılan  maddə  ilə  məsuliyyət 

yaranacaqdır.  Polis  əməkdaşının və  ya  hərbi  qulluqçunun tələbləri  dəfələrlə  təkrar  edilməli 

və  inadlı  formada  ifadə  olunmalıdır.  Təqsirli  şəxsin  onları  yerinə  yetirməkdən  boyun 

qaçırması isə jestlərlə, susmaqla və s. hərəkətlərlə qəti surətdə olmalıdır. 

Polis  əməkdaşı  və  ya  hərbi  qulluqçunun  tələbləri  qanuni  olduqda,  yəni  qanunun 

müddəalarına əsaslanmaqla və onlar tərəfindən ictimai qaydanın mühafizəsi üzrə vəzifələrin 


 

250 


 

yerinə yetirilməsi zaman irəli sürüldükdə, təqsirkar  XM-in 310-cu maddəsi ilə məsuliyyətə 

cəlb edilir. Buna görə polis əməkdaşı və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi üzrə 

vəzifələri icra etmədiyi zaman və ya göstəriş hər hansı qanuni fəaliyyətin icrası ilə əlaqədar 

verilmədiyi hallarda bu norma tətbiq edilmir. 

Polis əməkdaşının və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizəsi üzrə vəzifələri 

yerinə  yetirməsini  müəyyən  edilmiş  geyim  forması,  döş  nişanlarının  olması  və  müvafiq 

vəsiqənin təqdim edilməsi sübut edir. 

Qeyd  etmək  lazımdır  ki,  əgər  təqsirkarın  əməli  polis  əməkdaşı  və  ya  hərbi  qulluqçu 

tərəfindən  ictimai  qayda  pozulduğu  və  ya  hüquqazidd  davranış  xəbərdar  edildiyi  halda 

edilmişsə,  bu  hərəkətlər  XM-in  310-cu  maddəsi  ilə  tövsif  olunur.  Bəzən  qəsdən  tabe 

olmama ictimai qayda pozulduqdan sonra baş verir. Əgər bütün bu hərəkətlər faktiki olaraq 

inzibati xətanın tərkibini yaradırsa, onda  XM-ə müvafiq olaraq məsuliyyət yaranır.  

nzibati xəta təqsirkar qəsdən tabe olmadığı andan bitmiş hesab edilir. 

Qəsdən tabe olmamanı, ictimai qaydanın mühafizəsi üzrə xidməti vəzifələri icra edən 

polis  əməkdaşına  və  hərbi  qulluqçuya  müqavimət  göstərməkdən  fərqləndirmək  lazımdır. 

ctimai  qaydanın  mühafizəsi  üzrə  vəzifələrini  icra  edən  polis  əməkdaşına  və  ya  hərbi 

qulluqçuya  qarşı  müqavimət  göstərmə  tabe  olmamaqdan  aktiv  fiziki  əks  təsir  etməklə 

fərqlənir. Bu hərəkətlər zorakılıqla və zorun tətbiqi hədəsi ilə müşayiət edilir. 

ctimai qaydanın mühafizəsi üzrə xidməti vəzifələri icra edən polis əməkdaşına və ya 

hərbi  qulluqçuya  müqavimət  göstərməyə  görə  təqsirkarın  əmələ  CM-in  315-ci  maddəsi  ilə 

tövsif olunmalıdır. 

  nzibati  xətanın  subyekti  16  yaşına  çatmış,  anlaqlı  fiziki  şəxslər  hesab  edilir.  16 

yaşından 18 yaşına qədər olan şəxslər tərəfindən bu inzibati xəta törədildikdə, icraat ümumi 

qaydada aparılır. 

 Subyektiv  tərəfdən  bu  inzibati  xəta  yalnız  düzünə  qəsdlə  törədildikdə  inzibati 

məsuliyyət  yaranır.  Təqsirkar  dərk  edir  ki,  o,  ictimai  qaydanın  mühafizəsi  üzrə  qanuni 

fəaliyyəti  həyata  keçirən  polis  əməkdaşına  və  ya  hərbi  qulluqçuya  qəsdən  tabe  olmur  və 

qəsdən tabe olmamağı arzu edir. 

Polis  əməkdaşına  və  ya  hərbi  qulluqçunun  qanuni  tələblərinə  qəsdən  tabe  olmama 

kimi  inzibati  xətaya    Azərbaycan  Respublikası  nzibati  Xətalar  Məcəlləsinin  360-cu 

maddəsinə əsasən yalnız rayon (şəhər) məhkəmələrində baxılır. 



Azərbaycan Respublikası  nzibati Xətalar Məcəlləsinin 314-cü maddəsi ilə billə-

bilə  yalan  izahat  və  ya  rəy  verməyə  görə  inzibati  məsuliyyətmüəyyən  olunmuşdur. 

Həmin maddədə deyilir: 





nzibati xətalar haqqında işlər üzrə icraat zamanı şahidin, zərər çəkmiş şəxsin, 



mütəxəssisin  billə-bilə  yalan  izahat  verməsinə  və  ya  ekspertin  billə-bilə  yalan  rə

verməsinə,  yaxud  tərcüməçinin  billə-bilə  yanlış  tərcümə  etməsinə  və  ya  məhkəmə  və 

digər orqanların qərarlarının icrası üzrə icraat zamanı billə-bilə səhv tərcümə etməsinə 

görə

xəbərdarlıq edilir və ya şərti maliyə vahidinin on beş mislindən iyirmi mislinədə

miqdarda cərimə edilir″″″″ 

Bu inzibati xətanın obyekti inzibati xətalar haqqında işlər üzrə icraatı aparmaq 

səlahiyyəti  olan  orqanın  (vəzifəli  şəxslərin)  normal  fəaliyyəti  və  işin  həllində  şəxsi 

marağı olan şəxslərin (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və 

zərər çəkmiş şəxs) hüquqlarıdır. 

 

251 


 

Azərbaycan  Respublikası  nzibati  Xətalar  Məcəlləsinin  377-ci  maddəsinin 

məzmunundan  aydın  olur  ki,  şahid  hakimin,  səlahiyyətli  orqanın  (vəzifəli  şəxsin) 

çağırışına  əsasən,  inzibati  xətalar  haqqında  işlər  üzrə  icraata  çağırılarkən  vaxtında 

gəlməli, inzibati xəta ilə bağlı ona məlum olan məlumatı verməlidir. O, protokola daxil 

edilmiş  izahatını  imzası  ilə  təsdiq  etməyə  və  verilən  suallara  düzgün  və  doğru  cavab 

verməyə borcludur.   

 Azərbaycan  Respublikası  Konstitusiyasının  66-cı  və  Azərbaycan  Respublikası 

nzibati Xətalar Məcəlləsinin 377-ci maddəsinə görəşahidin özünə, həyat yoldaşına və 

yaxın  qohumlarına  qarşı  izahat  verməmək,  tərcüməçinin  köməyindən  pulsuz  istifadə 

etmək,  izahatının  doğru  yazılması  barədə  protokola  müvafiq  qeydlər  etmək  hüququ 

vardır.  

Azərbaycan Respublikası  nzibati Xətalar Məcəlləsinin 372-ci maddəsinə əsasən, 

zərər  səkmiş  şəxs  inzibati  xəta  nəticəsində  mənəvi,  fiziki  və  ya  maddi  zərər  dəymiş 

şə

xsdir.  O,  inzibati  xəta  haqqında  iş  üzrə  bütün  materiallarla  tanış  olmaq,  izahat 



vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, hüquqi yardımdan istifadə 

etmək, iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququna malikdir. 

nzibati xətalar haqqında işlər üzrə icraatda zərər çəkmiş şəxs iştirak etməlidir. 

Zərər  çəkmiş  şəxsin  iştirakı  olmadan  işə  yalnız  o  hallarda  baxıla  bilər  ki,  işə 

baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya 

işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatə

rədd edilmiş olsun.  

Zərər  səkmiş  şəxs  hakimin,  səlahiyyətli      orqanın  (vəzifəli  şəxsin)  çagırışı  ilə 

göstərilən  vaxtda  gəlməyə,  doğru  izahatlar  verməyə,  iş  üzrə  ona  məlum  olan 

məlumatları bildirməyə və müvafiq suallara cavab verməlidir.  

Mütəxəssis inzibati xətalar haqqında işlərin nəticəsində şəxsən marağı olmayan, 

sübutların  aşkar  edilməsində,  götürülməsində  və  rəsmiləşdirilməsində,  habelə  texniki 

vasitələrin tətbiq edilməsində köməğöstərilməsi üçün xüsusi biliyə malik olan şəxsdir. 

O,  hakimin  və  ya  səlahiyyətli  orqanın  (vəzifəli  şəxsin)  çağırışına  əsasən,  müəyyə

edilmiş vaxtda gəlməli, sübutların aşkarlanması üçün müvafiq hərəkətləri etməli və bu 

hərəkətlərin məzmun və nəticəsini müvafiq protokolda öz imzası ilə təsdiq etməlidir. 

Ekspert  elm,  incəsənət,  texnika  və  ya  sənət  sahəsində  məsələlərin  izahı  üçün 

ekspertizanın aparılması və ekspert rəyinin verilməsi üçün kifayət qədər xüsusi biliyə 

malik  olan  və  icraatın  nəticəsində  şəxsən  marağı  olmayan  şəxsdir.  O,  səlahiyyətli 

orqanın  (vəzifəli  şəxsin)  və  ya  hakimin  müvafiq  çağırışına  əsasən  vaxtında  gəlməli, 

tədqiq olunmalı obyekt və materialları tam və hərtərəfli tədqiq etməli, eləcə də qoyulan 

suallar üzrə əsaslı rəy verməlidir. 

Tərcüməçi inzibati xətalar haqqında işlərin nəticəsində şəxsən marağı olmayan, 

yetkinlik yaşına çatmış və tərcümə üçün zəruri olan dilləri biləşəxsdir. O, səlahiyyətli 

orqanın  (vəzifəli  şəxsin)  və  ya  hakimin  müvafiq  çağırışına  əsasən  vaxtında  gəlməli, 

təqdim  olunan  mətni  tam  və  dəqiq  tərcümə  etməyə  borcludur.  Tərcüməçi  mətnin 

düzgün tərcümə edilməsini öz imzası ilə təsdiq etməlidir. 

Təhlil olunan inzibati xətanın obyektiv tərəfi icraat zamanı şahidin, zərər çəkmiş 

şə

xsin,  mütəxəssisin  bilə-bilə  yalan  izahat  və  yaxud  ekspertin  bilə-bilə  yalan  rə



verməsi, yaxud tərcüməçinin bilə-bilə yalan tərcümə etməsində ifadə oluna bilər. 

 

252 


 

Bu inzibati xətanın subyekti qismində dispozisiyada sadalanan subyektlərdən biri 

və ya bir neçəsi ola bilər.  

Subyektiv  tərəfdən  bu  inzibati  xəta  birbaşa  qəsdlə  xarakterizə  olunur. 

Fikrimizcə,  qanunverici  subyektiv  tərəfin  əsas  ünsürü  kimi,  təqsirin  növü  olan  qəsdi 

normanın  dispozisiyasında  məfhum  baxımından  nöqsanlı  istifadə  etmişdir.  Belə  ki, 

«qəsdən» məhfumun əvəzinə «bilə-bilə» məfhumundan istifadə olunmuşdur.   

Bilə-bilə  yalan  izahat  və  ya  rəy  vermə  haqqında  iş  üzrə  icraatı  Azərbaycan 

Respublikasının  nzibati  Xətalar  Məcəlləsinin  360-cı  maddəsinə  əsasən,  rayon  (şəhər) 

məhkəmələri apara bilər. 

Bu  inzibati  xətanın  törədilməsinə  görə  xəbərdarlıq  edilir  və  ya  şərti  maliyə 

vahidinin on beş mislindən iyirmi mislinədək miqdarda cərimə edilir. 

 

Azərbaycan  Respublikası 

nzibati  Xətalar  Məcəlləsinin  329-cu  maddəsi 



″Şə


xsiyyət  vəsiqəsi olmadan  və ya  yaşayış  yeri üzrə  qeydiyyatdan  keçmədən  yaşama» 

adlanır″″″″.  

Bu  maddədə  deyilir:  ″″″″Vətəndaşın  bir  aydan  artıq  müddətdə  şəxsiyyət  vəsiqəsi 

olmadan  yaşamasına,  habelə  həmin  müddət  ərzində  yaşayış  yeri  üzrə  qeydiyyatdan 

keçmədən yaşamasına görə

xəbərdarlıq  edilir  və  ya  şərti  maliyə  vahidinin  üç  mislindən  beş  mislinədə

miqdarda cərimə edilir″″″″

Təhlil  olunan  inzibati  xətanın  obyekti  qanunvericiliklə  müəyyən  edilmiş 

idarəcilik qaydası və Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarıdır. 

nzibati xətanın obyektiv tərəfi aşagıdakı əməllərdə ifadə olunur: 

- vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşaması; 

-  vətəndaşın  bir  aydan  artıq  müddətdə  yaşayış  yeri  üzrə  qeydiyyat  keçmədə

yaşaması; 

-  vətəndaşın  bir  aydan  artıq  müddətdə  şəxsiyyət  vəsiqəsi  olmadan  yaşadığı  yer 

üzrə qeydiyyat keçmədən yaşaması. 

Azərbaycan  Respublikasının  «Azərbaycan  Respublikası  vətəndaşının  şəxsiyyə

vəsiqəsi  haqqında»  Qanununun  1-ci  maddəsinə  əsasən,  Azərbaycan  Respublikasının 

ə

razisində  Azərbaycan  Respublikası  vətəndaşının  şəxsiyyətini  təsdiq  edən  sənəd  – 



Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir.  

Şə

xsiyyət vəsiqəsinin növləri aşagıdakılardır: 



- 16 yaşına çatanadək vətəndaşa veriləşəxsiyyət vəsiqəsi; 

- 16 yaşına çatdıqdan sonra vətəndaşa veriləşəxsiyyət vəsiqəsi. 

Azərbaycan  Respublikası  vətəndaşının  şəxsiyyət  vəsiqəsinin  növündən  asılı 

Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin