Cavabı beynində formalaşdırmaq;
Cavabı ifadə etmək;
Cavabı yoxlamaq (müəllimin təhlilinə əsaslanaraq).
Auditoriyada verilən suallar əhatəli araşdırılmış mövzudur. Alimlər sual vermək
üsulları ilə tələbənin uğuru və davranışı arasındakı əlaqəni tədqiq etməyə daha
çox yönəlmişlər. Nəticələr aşağıdakı kimidir:
Dərsdə sual verilərək aparılan təlim tələbələrə sual verilmədən aparılan
təlimdən daha səmərəlidir.
Tələbələr dərs zamanı cavablandırdıqları suallardan ibarət imtahanlarda
daha yüksək, rastlaşmadıqları sualların daxil edildiyi imtahanlarda isə daha zəif
nəticələr göstərirlər.
Dərsin izahı zamanı soruşulan şifahi suallar yazılı suallarla müqayisədə
öyrənməni daha da asanlaşdırır.
Şagirdlərin diqqətini dərsin əsas məqamlarına yönəldən suallar digər
suallarla müqayisədə anlamanı daha çox sürətləndirir.
Sualların yeri və zamanı
Dərsdə çox sual verməklə mövzunu öyrənmək arasında birbaşa əlaqə var.
Mövzunu oxumadan və dərsə başlamazdan öncə sual diqqətli və ya mövzu ilə
maraqlanan tələbələr üçün daha səmərəlidir.
Nisbətən zəif tələbələr dərsdən əvvəl onlardan soruşulan sualları cavablandırmağa
kömək edəcək materiala fokuslanmağa daha meyillidirlər.
Təəssüflər olsun ki, suallar vermək, tənqidi düşünmək mövzusunda hamı həmfikir
olsa da, bunu həyata keçirməyə maneə yaradan cəmiyyətdə yaşayırıq.
Böyüyəndə öyrənəcəksən!
Hələ o mövzuya çatmamışıq!
...............................................
Tələbələr tərəfindən verilən bu və ya digər sualları belə cavablandırdıqca tənqidi
fikirlərini ifadə edə bilməyən və sualların cavabı üçün kənarda fərqli yollar
axtaran gənclər yetişdiririk. Birlikdə yaşamağı öyrətmək və tənqiqdi düşüncəni
inkişaf etdirmək üçün auditoriyada verilən sualları geniş müzakirə etməliyik.
Dostları ilə paylaş: