Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə9/93
tarix20.11.2023
ölçüsü6,67 Mb.
#165405
1   ...   5   6   7   8   9   10   11   12   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

NİTQİN ORİJİNALLIĞI.
Özünəməxsusluğu ilə seçilən, bir sıra məziyyətləri ilə 
fərqlənən nitq orijinal sayılır. Təbii ki, belə nitq bir konfransda, iclasda, toplantıda 
yalnız bir və ya iki nəfərdə alına bilər. Nitqin orijinallığı özünü nədə göstərir? 1) 
Şifahi nitqdə başqalarından seçilən fərdi, bəzi hallarda tələffüz tərzində. Natiq 
cümlələrdəki ayrı-ayrı sözləri, məqamında ayrı-ayrı hecaları, məntiqi vurğunu çox 
aydın diksiya ilə tələffüz edir, söz və qrammatik formalarda orfoepik normaları 
tam gözləyir, ucadan, lakin aramla, tələsmədən danışır, intonasiya çalarlarından, 
sözlərin avazlanmasından məzmuna uyğun bacarıqla bəhrələnir. 2) Mövzu ilə 
əlaqədar sitatlardan, poetik-üslubi ifadələrdən, aforizmlərdən, atalar sözləri, zərb-
məsəllərdən bacarıqla istifadə olunmasında. Natiq fikirlərini aydın, ifadəli və 


maraqlı çatdırmaq üçün az işlədilən, lakin münasib formalardan yararlanmaqla 
nitqini orijinal qurur.
NİTQİN MƏNTİQLİYİ.
Obyektiv gerçəkliyi doğru, dürüst əks etdirən hökm, 
fikir məntiqə əsaslandığı üçün məntiqi nitq adlanır. Məntiqə əsaslanaraq mülahizə 
və mühakimələrini düzgün və konkret ifadə edən natiqin nitqi kommunikativ 
keyfiyyət kimi dəqiq olur, yəni məzmun insan təfəkkürünün məhsulu kimi 
meydana gəlir. Məntiqilik şifahi xalq ədəbiyyatı 119 nümunələrində - əfsanə, nağıl, 
qaravəlli və təmsillərdə şüurlu olaraq pozulur, söz və ifadələrin semantikası 
bilərəkdən şişirdilir, ya da kiçildilir. Məs: Yeddi gün, yeddi gecə yol getdi; 
Koroğlu yeddi qazan plovu yedi; Qırx gün, qırx gecə yatdı; Dərələrdən sel kimi, 
təpələrdən yel kimi keçdi; Göydən üç alma düşdü; Uçan xalçaya mindi; Sehirli 
papağı geyib görünməz oldu; Yeddi başlı əjdahanın canını aldı; Zümrüd quşunun 
qanadına minib qaranlıq dünyadan çıxdı və s. Məntiqilik nitqin ən mühüm 
keyfiyyətidir. Elmi informasiya məntiqə əsaslanır, insanlar onu dərk etməkdə 
çətinlik çəksələr də, fikrin düzgünlüyü və həqiqiliyi kimlərdəsə şübhə doğurmur.

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin