Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli, qalalı dağlar.
Metafor
– bədii təsvir vasitəsi olub
köçürmə
anlamındadır. Metaforda müəyyən
əşyanın əlaməti müqayisə əsasında digər əşyanın üzərinə köçürülür.
Məsələn,
təbiət oyandı
metafordur, burada insana aid olan əlamət təbiətin üzərinə
köçürülmüşdür. Metafor təşbehə bənzəsə də, aralarında fərq vardır. Təşbehdə
həm bənzəyən, həm də bənzədilən işlənilir:
Buludlar insan kimi göz yaşı tökdü.
Bu
nümunədə təbiət bənzəyən, insan bənzədilən olduğu üçün təşbehdir. Metaforda
bənzəyən göstərilir, bənzədilənin isə adı çəkilmir, yalnız əlaməti nəzərə
çatdırılır:
Buludlar göz yaşı tökdü.
Dostları ilə paylaş: