Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə25/93
tarix20.11.2023
ölçüsü6,67 Mb.
#165405
1   ...   21   22   23   24   25   26   27   28   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

İnternet texnologiyalarının
belə möcüzəsinə düzgün, intizamlı yanaşmaqla hər 
hansı fayda əldə etmək və həyatını yüngülləşdirmək olar. Yadda saxlamaq lazımdır 
ki, həddən artıq yüksək dozada qəbul olunan hər hansı dərman belə zəhərə çevrilə 
bilər. Buna görə də biz sosial şəbəkələrdən yalnız ən yaxşını mənimsəməyi və 
“Çıxış” düyməsini vaxtında seçməyi öyrənməliyik. Bu baxımdan sosial 
şəbəkələrdə işləməklə bağlı bir sıra tövsiyələri təqdim etmək mümkündür. 
İnformasiyan 
qeyd etmək lazımdır. Bütün bunlar gəncləri yeni həyat situasiyaları ilə üz-üzə 
qoyan əsas şərtlərdəndir. Bu cür dəyişikliklər və çevrilmələr onların həm zövqünə 
və dünyaya münasibətinə, həm də müasir cəmiyyətdə asudə vaxtını keçirməsinə 
təsir edir. 
 
 
Qısaltma və simvollardan istifadə.
Günlük həyatda qarşımıza onlarca simvol çıxır. Bəziləri şəkil etibarı ilə nə 
olduğunu tam olaraq anlatsa da, bəziləri də bilinməyən biri üçün heç bir 
məna ifadə etmir. Bəs siz, məşhur bir simvol gördüyünüz zaman onun necə 
yarandığını ya da hansı anlamı ehtiva etdiyini heç düşündünüzmü?
Bu siyahımızda, demək olar hər gün qarşılaşdığımız simvolların necə ortaya 
çıxdıqlarına baxacağıq.
1-Tik
Anketdə, sənəddə və ya başqa bir yerdə bir şeyi təsdiqləmək üçün tik 
işarəsini istifadə edirik. Bu simvol, Romalılar tərəfindən ilk dəfə istifadə edilib 
və ‘doğru’ mənasını verən “veritas” sözünün qısaltması olaraq V hərfi kimi 
yazılırdı. Mürəkkəbli qələmlərin istifadəsi ilə işarəni anlamaq çətinləşdi və 
buna görə V-nin bir ucu qısaldıldı. Beləliklə, bu gün istifadə etdiyimiz tik 
işarəsi ortaya çıxdı.


2- Təkrar emal
Təkrar emal simvolu ilk dəfə 1970-dəki Dünya Günü-ndə ortaya çıxmışdır. 3 
ox, gələcək nəsillər üçün istifadə edilməməli olan bərpa olunmayan enerji 
mənbələrini təmsil edir. Yaşıl isə təbiətin rəngidir.
4- Komanda nişanı


Apple noutbuklarının klaviaturasında olan komanda düyməsinin simvolu 
əslində unikal deyil. Bu simvol uzun illərdir İsveçrədəki yol nişanələrində, 
məşhur yerləri bildirmək üçün istifadə edilmişdir.
5- Müəllif hüquqları simvolu
Müəllif hüquqlarını bildirən ilk simvollar 1670-ci ildə istifadəyə başlanmışdır. 
1800-cü illərin başında Amerikada insanlar, müəllif hüquqları simvolunun 
yanına ad, tarix kimi bir çox yazı yazmaqda israr edirdilər. Son olaraq isə bir 
dairənin içindəki C hərfi simvol olaraq qəbul edildi.
6- @ İşarəsi
Bu simvolun qaynağı hələ də olduqca müəmmalıdır. Bəzi qaynaqlar simvolun 
latınca ön söz anlamına gələn “haec praepositio”dan gəldiyini söyləsə də bu 
dəqiq bir məlumat deyil. Ayrıca simvol, 16. əsrdə bir amfora anlamına gəlirdi 
və ağırlıq vahidi olaraq istifadə edilirdi. @ işarəsi İngilis mətbəələrindən 
kompüter klaviaturasına daşındı. 1980-lərdə kiçik bir quyruğu olduğu üçün 
işarətə rus dilində “it” deyilmişdir.


7- Bölmə simvolu
Adətən kitablarda fəsilləri göstərmək üçün istifadə olunan bu işarə Latın 
“signum sectiōnis”dən gələn iki S hərfindən əmələ gəlir. Latınca mənası 
“bölüm işarəsi” deməkdir.
9- USB Simvolu
USB simvolu, Poseidonun gücünü aldığı üç uclu mızraqdan bəhrələnmişdir. 
Yumru baş bağlanılan kompüteri, üç fərqli uc, istifadənin universallığını 
təmsil edir.


10- Nömrə Simvolu
İnternetin hər yerində gördüyümüz bu simvol, orta əsr latın ədəbiyyatında ilk 
dəfə görülmüşdür. İşarə bir toqquşmanı təmsil edir və Cum Deo (Tanrı ilə) 
anlamına gəlməkdədir.

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin