23.
Əmr
24.
«Əmr»
ərəb sözü olub, bir işin görülməsi üçün verilən hökm və göstərişi
özündə ehtiva edən sənəddir. Aşağıdakı mənalarda işlədilir: Əmr etmək – bir işin
görülməsini hökmlə tapşırmaq, buyurmaq. Əmr vermək – sərəncam yazmaq, nəşr
etmək, elan etmək. Yazılı sənəd kimi, əsasən, hökumət orqanlarının, idarə,
müəssisə, təşkilat və s. rəhbərlərinin rəsmi sərəncamı hesab edilir.
Hərbi
Komissarlığın əmri, universitet rektorunun əmri, işə qəbuletmə,
işdən azadetmə,
müəyyən işi tapşırma, komissiya yaratma, tədbir keçirmə,
kitabça nəşrini
təsdiqetmə və s.
29 A. Əmrin mahiyyəti – Nazirliklərin, baş idarələrin, yerli idarəetmə orqanlarının,
onların şöbə və idarə rəhbərlərinin, habelə birliklərin, müəssisə, təşkilatların
rəhbərlərinin idarəetmə aktı. Hüquqi təbiətinə görə əmr müəyyən ictimai
münasibətləri nizama salan hüquq normaları aktıdır. Bəzi hallarda müəssisə rəhbəri
əmr verərkən həmkarlar təşkilatının razılığını almalı,
əmri hüquqşünasla
razılaşdırmalıdır. Əmr imzalandığı andan qüvvəyə minir.
B.
Əmrin məzmunu – Hüquqi akt olaraq əmrlər çoxməzmunlu olur. İşə qəbul
etmək, işdən azad etmək, töhmət vermək, təşəkkür etmək, iş rejimində dəyişiklik
etmək, idarə və müəssisənin daxilində struktur dəyişiklikləri etmək və s. bu kimi
məsələlər müəssisə rəhbərinin əmri ilə hüquqi qüvvəyə minir. Əmrlər xüsusi
formada verilir. Vərəqin birinci sətrində əmr verilən müəssisənin adı qeyd edilir.
İkinci sətirdə “əmr” sözü yazılır. Üçüncü sətirdə sol tərəfdən əmrin verildiyi tarix,
sağ tərəfdə isə əmrin verildiyi şəhərin adı yazılır. Aşağıda əmrin verilmə səbəbi və
məqsədi göstərilir. Ondan aşağıdakı sətirdə vərəqin ortasında «ƏMR EDİRƏM»
sözləri yazılır. Sonra isə əmrin məzmunu verilir. Əgər əmr müəyyən şəxsə və ya
şəxslərə aiddirsə, onda şəxsin (şəxslərin) adı, atasının adı və soyadı əvvəlcə qeyd
edilir. Onun qаrsışında isə əmrin ona aid hissəsi verilir. Əmrin aşağı
hissəsində
əmrin əsası verilir. Sonra əmri verən məsul şəxsin vəzifəsi, titulu, adı və soyadı
göstərilir. Rəhbər imzasından sonra əmri hazırlayan və əmri verməyə razılıq
vermiş şəxsin imzası verilir. Əmrin icrası ilə bağlı olan, yəni əmrlə əlaqəsi olan
qurumlara göndərilməsi haqqında qeydlə tamamlanır. C. Əmrin dil xüsusiyyəti –
Əmrlər ədəbi dildə verilir. Onların dili rəsmi olur.
Orada heç bir subyektiv
münasibət bildirən söz və ifadəyə yol verilmir.
25.
Əmrlərin hazırlanması və tətbiq edilməsi:
Əmr, bir qayda olaraq, şərh və sərəncam hissələrindən ibarət olur. Şərh hissəsində
əmr verilməsi üçün əsas götürülən faktlar ifadə edilir, sərəncam hissəsində isə
görülməli tədbirlər sadalanır. Əmrin sərəncam hissəsi mətn qaydalarından «əmr
edirəm» sözləri ilə başlanır. Nəzərdə tutulan fikirlər ərəb rəqəmləri ilə nömrələnən
bəndlər üzrə yerləşdirilir. Hər bənd struktur bölməsinin konkret icrasının və ya
vəzifəli şəxsin adının və soyadının göstərilməsi ilə başlanır. Əmrin mətni əlaqədar
struktur bölmələri lazımi hallarda isə tabelikdə
olan əlaqədar təşkilatlarla
razılaşdırılır. Əmrin layihəsinin son variantına ancaq əmri imzalayan və tarix
qoyan təşkilat rəhbəri düzəlişlər edə bilər. Əmri hazırlayarkən icraçı onun struktur
bölmələrə və tabelikdə olan təşkilatlara göndərilmək zərurətini və əmrin tirajını
müəyyən edir. Ünvan sahiblərinin siyahısı həmin əmrin son vərəqinin əks tərəfində
çap olunur və ya müstəqil sənəd kimi əlavə edilir ( tiraj böyük olduqda). Əmrlər
təqvim ili boyunca nömrələnir və müvafiq kitabda qeydə alınır