etmək faydalıdır: 1. Başlıq: Tərcümeyi-hal 2. Adı, soyadı və atasının adı 3.
Doğuldğu il, ay, gün, yer 4. Məktəbəqədər dövr 5. Məktəb dövrü 6.
Tələbəlik
dövrü 7. Universitetdə apardığı ictimai vəzifə 8. Nailiyyətləri (mükafatları,
təltifləri) 9. Ailə üzvləri haqqında qısa məlumat 10. Tərcümeyi-halın yazılma tarixi
11. Tərcümeyi-halı yazanın şəxsi imzası.
Nümunə TƏRCÜMEYİ-HAL
Mən, Vasif Vaqif oğlu Hacıyev 1987-ci il aprel ayının 1-də Bakı şəhərinin
Nərimanov rayonunda ziyalı ailəsində anadan olmuşam. İncəsənət Gimnaziyasını
bitirmişəm. 2013-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq
İqtisadi Münasibətlər fakültəsində oxuyuram. Atam, Vaqif Famil oğlu Hacıyev
1957-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuşdur,
özəl bankda
işləyir. Anam, Fatimə Bilal qızı Hacıyeva 1962-cı ildə Qəbələ rayonunun Vəndam
kəndində anadan olmuşdur, evdar qadındır. İmza: V.Hacıyev 03.04.15.
11. Xasiyyətnamə.
“Xasiyyət” (ərəb) və “namə” (fars) sözlərinin birləşməsindən əmələ gəlib, hər
hansı bir şəxsin ictimai və əmək fəaliyyətini, kollektivdəki yerini təsvir edən rəsmi
sənəd və ya xarakteristikadır. Xasiyyətnamənin işlənmə dairəsi genişdir. İşə,
rəhbər vəzifəyə seçildikdə və ya dövlət orqanları tərəfindən tələb olunduqda hər
hansı şəxs haqqında xasiyyətnamə verilir. Belə xasiyyətnamə əməli yazı növü kimi
rəsmi üslubda yazılır. Əvvəlki xasiyyətnamələrdə şəxsin partiyalılığı, partiya
cəzası olması, siyasi dəyanəti xasiyyətnamədə mütləq öz əksini tapmalı idi. Buna
görə də xasiyyətnaməni partiya təşkilatı katibi də imzalamalı idi.
Xasiyyətnamə
belə bir cümlə ilə qurtarırdı: «Siyasi cəhətdən dəyanətlidir (dəyanətli deyil)».
Müasir xasiyyətnamələr daha demokratik, daha sadədir. Xasiyyətnaməni yalnız
müəssisə rəhbəri və həmkarlar təşkilatının sədri imzalayır. Böyük müəssisələrdə
xasiyyətnaməni şöbə müdiri tərtib edir. Xasiyyətnamədə aşağıdakılar öz əksini
tapmalıdır:
şəxsin təvəllüdü; vəzifəsi; milliyyəti; ailə vəziyyəti;
idarə və
müəssisədəki əmək fəaliyyəti; stajı; əxlaqimənəvi keyfiyyəti; öz vəzifəsinə
münasibəti. Xasiyyətnamə
rəsmi sənəd olduğu üçün o, rəsmi üslubda yazılmalı,
xasiyyətnamə alan adamın müsbət və mənfi cəhətləri rəsmi dillə ifadə olunmalıdır.
Heç bir emosional ifadəyə, bənzətmələrə yol vermək olmaz (Məsələn, Zalım oğlu
səhərdən axşama qədər dəzgah arxasında yoruldum demədən işləyir – kimi
cümlələr xasiyyətnamə üçün yolverilməzdir).
12.
Xasiyyətnamənin yazılmasına verilən tələblər:
Xasiyyətnamənin yazılmasına verilən tələblər aşağıdakılardır:
1.
Dövlət sənədi kimi xasiyyətnaməni idarə rəhbəri verir.
2.
Xasiyyətnamədə bu və ya digər şəxsin ictimai fəaliyyəti, əxlaqı və siyasi
keyfiyyətləri obyektiv şəkildə ardıcıl sadalanır.
3.
Xasiyyətnamədə kimə, kimdən və haraya təqdim olunması göstərilir.
4.
Dövlət əhəmiyyətli bəzi xasiyyətnamələr müzakirə olunur.
5.
Xasiyyətnamələr vahid formada yazılır.
6.
Xasiyyətnamənin həcmi 1-2 səhifədən artıq olmur.
7.
Xasiyyətnaməni ən azı iki məsul şəxs imzalayır və müəssisənin möhürü vurulur.
13.
Xasiyyətnamə nümunəsi.
Həmkarlar komitəsinin sədri: «Fidan» EİB-də təmir sexinin təmirçisi,
azərbaycanlı,
orta təhsilli, bitərəf, 1970-ci ildə anadan olmuş Vəli Həmid oğlu
Əliyev barədə İSTEHSALAT XASİYYƏTNAMƏSİ Vəli Həmid oğlu Əliyev
1988-ci ildən indiyədək «Fidan» EİB-də təmir sexində işləyir. İşlədiyi müddətdə
özünü yaxşı mütəxəssis kimi göstərmişdir. Peşəsini çox sevir. Bir sıra
səmərələşdirici təkliflərin müəllifidir. Yüksək peşə ustalığı və mənəvi keyfiyyətləri
nəzərə alınaraq xarici ölkələrə, xüsusilə Türkiyəyə işləmək üçün ezam edilmişdir.
Vicdanlı və keyfiyyətli işinə görə mükafatlandırılmışdır. V. Əliyev birliyin ictimai
həyatında fəal iştirak edir. İş yoldaşları arasında hörmət qazanmışdır. Xoşrəftar,
təvazökar, insandır. İstehsalat xasiyyətnaməsi «Fidan» EİB
Həmkarlar Komitəsinin
iclasında müzakirə və təsdiq edilmişdir. Xasiyyətnamə tələb olunan yerə təqdim
edilmək üçün verilir. «Fidan» EİB-in direktoru:
Dostları ilə paylaş: