Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə30/93
tarix20.11.2023
ölçüsü6,67 Mb.
#165405
1   ...   26   27   28   29   30   31   32   33   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

Ərizənin dil xüsusiyyətləri.
Ərizə dövlət dilində yazılır. Ərizə düşünülmüş şəkildə yazılmalı, fikir aydın 
olmalıdır. Ərizəçi öz istəyini anlaşıqlı şəkildə bildirməlidir. Müasir ərizələrdə heç 
bir yaltaqlıq ifadə edən, şikayət etdiyi adamın şəxsiyyətini təhqir edən söz və 
ifadəyə yol vermək olmaz. Habelə müraciət etdiyi vəzifəli şəxs üçün “alicənab, 
əlahəzrət” və s. kimi sözlər işlətmək də lüzumsuzdur. 
8. Ərizə nümunələri: 
Nümunələr Tikiş fabrikinin direktoru V.Ömərova Qadın platformaları sexinin 
mühəndisi Səmayə Əkrəm qızı Rəhimovadan ƏRİZƏ 15 fevral 2015-ci il 
tarixindən məni növbəti məzuniyyətə buraxmağınızı xahiş edirəm.
İmza: S.Rəhimova
9. Tərcümeyi-hal 
. Bu sözün əvəzinə, bəzən “avtobioqrafiya” da işlədilir. Tərcümeyi-hal ərəbcə 
“tərçi” ( geri çevirmə, döndərmə, təkraretmə) və “hal” (surət, vəziyyət) sözlərinin 
birləşməsindən ibarətdir. Avtobioqrafiya isə avto (öz, özü) + bio (həyat) + qrafiya 
(yazıram) deməkdir. Fikrimizcə, avtobioqrafiya sözü tərcümeyi-hal sözünə 
nisbətən daha uyğundur. Avtobioqrafiya şəxsin öz əli ilə yazdığı tərcümeyi-haldır. 
Bioqrafiya isə kiminsə tərcümeyi-halının başqası tərəfindən yazılmış formasıdır. 
Avtobioqrafiya – müəllifin öz həyatını özünün təsvir etməsidir. Avtobioqrafiya – 
həm ədəbi janr, həm də rəsmi sənədə aiddir. Memuar ədəbiyyatı əslində 
avtobioqrafik xarakterdə olur. Adətən, böyük sərkərdələr (məs: G.K.Jukov, 
Anfilov və başqaları), yazıçılar (C.Məmməd-quluzadə, A.Şaiq, M.F.Axundov və 
b.) avtobioqrafiyalarda tarixi hadisələri bədii fikirlərin içərisində verir. Məsələn, 
C.Məmmədquluzadə yazır: «Anadan olmuşam Naxçıvan şəhərində, Araz çayının 
beş-altı verstliyində və Culfa qəsəbəsinin 40 verstlik fasiləsində… Nə vaxt anadan 
olmuşam? Vallah bilmirəm, çünki bu barədə heç bir sənədim və yazım yoxdur. 
Yəni nə odur ki, mənim təvəllüdüm barəsində olan yazını mən itirmişəm, xeyr, 


mən onu deyirəm ki, mənim dünyaya gəlməyimi heç kəs yazı ilə bir yanda qeyd 
etməyib… Bununla bərabər, bir neçə işarələrlə duya bilirəm ki, indi yəni hicrətin 
min üç yüz qırx altıncı ilində mənim yaşım gərək ki, ya əlli altı ola, ya əlli yeddi 
ola, ya bəlkə əlli səkkiz ola». 12 Buna bənzər və daha bədii şəkildə Abdulla Şaiq 
öz avtobioqrafiyasında anadan olmasını belə göstərir: «Qardaşım Abdullanın 
ölümü ata-anasının qəlbini dərin hüzn və kədər içində buraxmışdı. Onlara ancaq 
yaxın zamanda dünyaya gələcək yeni övlad ümidi təsəlli verirdi. Hamı səbirsizliklə 
onun yolunu gözləyirdi. O yolu gözlənilən çağa mən idim. 1881-ci ildə fevral 
ayının 12-də (yeni hesab ilə 24-də) Tiflis şəhərində doqquz aylıq uzun bir səfərdən 
tək yox, özüm ilə bərabər bir yoldaş da gətirmişdim. Ölən qardaşımın sönən 
çırağını yandırmış olduğumdan onun adını mənə qoydular. Mən də, mənim ilə əkiz 
tay olan bacım Mərziyə də ataanamızın qəlbindən dərdi, kədəri silib, yerinə sevinc 
və 
şənlik qığılcımı saçdıq. Ailəmiz yenidən şənləndi». Xatirə – 
avtobioqrafiyalardan əlavə, bir də şəxsiyyət haqqında avtobioqrafiyalar da vardır 
ki, onlar qismən hüquqi sənəd xarakterində olur. Hər hansı bir adam işə qəbul 
ediləndə və başqa hallarda onun haqqında toplanan sənədlər içərisində 
avtobioqrafiya əsas yer tutur. Doğrudur, kadr uçotuna dair şəxsi vərəqdə bioqrafik 
məlumatlar olur. Amma avtobioqrafiya şəxsən, əllə yazıldığı üçün daha 
əhəmiyyətlidir. Avtobioqrafiyada müəllif özünün keçdiyi həyat yolunu əks 
etdirməklə bərabər, ata və anası, yaxın ailə üzvləri haqqında da məlumat verir. 
Tərcümeyi-hal ictimai həyatın müxtəlif sahələrində istifadə edilən əməli yazı 
növüdür. Müxtəlif mənalarda – orta və ali ixtisas məktəblərinə qəbul olunarkən, işə 
girərkən, hər hansı ictimai, siyasi təşkilata üzv olarkən, rəhbər vəzifəyə irəli 
çəkilərkən, mükafata təqdim olunarkən şəxsin özü haqqında ətraflı məlumat 
verilməsi məqsədilə yazılır. 

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin