Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə62/93
tarix20.11.2023
ölçüsü6,67 Mb.
#165405
1   ...   58   59   60   61   62   63   64   65   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

Nemətsə də gözəl şeir,
Şair olan qəm də yeyir,
Ömrü keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nədir, deyir,
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən!
Dünən mənə öz əlində
Gül gətirən bir gəlin də
Gözlərində min bir sual 


Heykəl kimi dayandı lal. 
O bəxtəvər gözəlin də 
Mən oxudum gözlərindən: 
Şair, nə tez qocaldın sən?
Ovçuluğa meyil saldım,
Gecə-gündüz çöldə qaldım. 
Dağ başından enib düzə 
Bir ox kimi süzə-süzə 
Neçə ceyran nişan aldım, 
Cavab gəldi güllələrdən: 
Şair, nə tez qocaldın sən!
Bəzən uca, bəzən asta,
Ötür sazım min sim üstə.
Andı yalan, eşqi yalan.
Dostluğu da rüşvət olan, 
Ürək yıxan bir iblis də 
Üzəvari deyir hərdən: 
Şair, nə tez qocaldın sən!
Saç ağardı, ancaq ürək,
Alovludur əvvəlki tək.
Saç ağardı, ancaq nə qəm,
Əlimdədir hələ qələm.
Bilirəm ki, deməyəcək,
Bir sevgilim, bir də vətən:
Şair, nə tez qocaldın sən!
Bu misralardan sonra söz deməyə, ahəngdarlıqdan danışmağa heç bir natiqin haqqı 
yoxdur. Bu, əsl istedadın, sənətkarın, şair-natiqin qələbəsi və bu qələbənin 
təntənəsidir. Əsl natiq ustalıq nümayiş etdirərkən, nitqində bu cəhətləri hökmən 
nəzərə almalıdır. Doğrudur, bu nəsr dili ilə çox çətindir. Lakin bacarıqlı natiq bu 
cəhətlərdən məharətlə istifadə edir. 
Ulu öndərimiz Heydər Əliyev öz nitqində bu cəhətləri layiqincə işlətmişdir. 
«Heydər Əliyevin nitqləri auditoriyanın marağına, səviyyəsinə, dərketmə imkanına 
müvafiq gəlir -auditoriya ilə natiq arasında demək olar ki, hər dəqiqə psixoloji 
kontakt olur. Bunu aşağıdakı amillər təmin edir: 

çıxışın bütünlüklə auditoriyanı bilavasitə maraqlandıran faktlar, hadisələr, 
konkret məlumat və misallar üzərində qurulması; 

çıxışda həmin auditoriya üçün əhəmiyyətli mülahizələrin irəli sürülməsi; 

natiqin ümumən Azərbaycan cəmiyyətini narahat edən ən aktual məsələlərə, 
problemlərə toxunması, mövcud mülahizələrə analitik bir aydınlıq gətirməsi; 



auditoriya ilə polemikaya, fikir mübadiləsinə, əgər buna ehtiyac varsa, 
girilməsi və onun marağının nəzərə alınması; 

auditoriyanın anlayacağı sözlər, ifadələr, cumlələr işlədilməsi və s. 

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin