1. Təşkil olunmuş və təşkil olunmamış (spontan) nitq.
2. Nitq prosesində natiqin qarşısında duran əsas vəzifələr.
3. Nitqə başlama və bitirmə prosesində əsas məqamlar.
4. Nitqə hazırlıq prosesinin prinsipləri.
5. Natiqin mənəvi-psixoloji hazırlığı. Dinləyicilərlə göz təması.
Təşkil olunmuş nitq.
Təşkil olunmuş nitq deyəndə monoloji nitq nəzərdə tutulur.
Adından məlum olduğu kimi, əvvəlcədən planlaşdırılmış, nəzərdə tutulmuş nitqdir.
Bu nitq üçün hazırlaşmaq,
plan tutmaq, ədəbiyyat oxumaq, mövzunun əhatə
edilməsi, fikrin ardıcıllığına nail olmaq üçün qeydlər aparmaq, ifadə olunacaq
məzmunu
dərk etmək, onun dinləyiciyə daha yaxşı çata bilməsi üçün münasib
sözlər seçmək, cümlələr qurmaq, müvafiq söyləmə tərzi – intonasiyanı
müəyyənləşdirmək və s. lazım gəlir. Məlumatı səthi, lüğət ehtiyatı zəif olan
adamlar qabaqcadan hazırlaşmadan auditoriya qarşısında çıxış etməkdə, danışıq
prosesində qurmaq istədikləri cümlələri tamamlamaqda, zəruri sayılan
sözləri
seçməkdə çətinlik çəkirlər. Bu zaman lüzumsuz fasilələrə yol verilir. Belə
fasilələrdən can qurtarmaq üçün danışan çox zaman mətləbə heç bir dəxli olmayan
tüfeyli söz və ifadələr (məsələn, demək olar ki, deməli, əsasən, əsas etibarilə, necə
deyərlər, söz məsəli, zaddı, adı nədi, adın sən de, əgər belə demək mümkünsə və
s.) işlətməyə məcbur olur ki, bu da nitqin qırılmasına, diqqətin yayınmasına səbəb
olur. Natiq belə bir vəziyyətlə qarşılaşmamaq üçün söyləyəcəyi fikri qeydlər
şəklində yazıya köçürməli, sonra onu şifahi şəkildə ifadə etməlidir. Bu cür təşkil
olunmuş nitqdə aşağıdakılar nəzərə alınmalıdır: a) söhbətə maraqlı, cəlbedici,
yığcam
giriş verə bilmək; b) məzmun ilə bağlı faktlar, misallar, nümunələr
toplamaq, onları nitqdə məqamına görə işlətmək; c) nitqin məzmununu yazmaq; ç)
nitqi yaddaşına köçürmək, dəfələrlə məşq edib,
söyləmək; d) mövzunu
dinləyicilərin qarşısında şərh etmək.
Nitqin ikinci forması
spontan
, yəni xüsusi hazırlıq olmadan, bədahətən, sərbəst
söylənilən nitqdir. Bu, danışıqda bir növ improvizasiyadır. Bəzən belə iti, yeyin,
tez, hazır, qabaqcadan düşünülməmiş nitqə ekspromt da deyilir.
Adamlar öz
gündəlik fəaliyyətində rəy söyləmək, məlumat vermək, münasibət bildirmək,
müəyyən məsələni izah etmək, aydınlaşdırmaq və s. formalarda danışmağa cəlb
olunurlar. Belə nitq təşkil olunmuş nitqlə müqayisədə xeyli çətindir.
Burada
danışan ani vaxt ərzində fikirlərini cəmləşdirməli, nədən danışacağını, nələri qeyd
edəcəyini, hansı faktı gətirəcəyini, mülahizələrini nə cür əsaslandıracağını, həmin
məzmunu vermək üçün hansı formanı seçəcəyini, yəni nitqinə necə başlayacağını,
fikrinin daha aydın, daha təsirli olması üçün hansı söz və ifadələri, cümlələri
işlədəcəyini, nitqin intonasiyasını və s. özü üçün müəyyənləşdirməlidir. Spontan
nitqdə
dil vahidləri, faktlar sərbəst şəkildə, dilin təbii axını nəticəsində yaranır,
onlardan ən yararlısı, asanı işlənilir. Nitqin bu şəklində məzmun və forma, demək
olar ki, eyni zamanda, paralel şəkildə yaradılır. Spontan nitqdə danışanın həyat
təcrübəsi, dünyagörüşü,
zəngin müşahidələri, təbiətinin coşqun və rəvanlığı, fikri
istedadı və hazırcavablığı böyük əhəmiyyət kəsb edir.
Danışan və yazan şəxs öz fikirlərinin ifadəsində dil vasitələrindən məqsədəuyğun
ifadə edirsə, onun nitqi aydın, dəqiq, məntiqi, təsirli, zəngin, 120 düzgün olacaqdır.
Nitq fəaliyyətində dil normalarının və məqsədəuyğunluq normasının ittifaqı nitqdə
aşağıdakı üslubi keyfiyyətləri yaradır: düzgünlük, dəqiqlik, aydınlıq, məntiqilik,
ardıcıllıq, ifadəlilik, məqamlıq, ahəngdarlıq. Məhz bu keyfiyyətlərə malik olmaqla
dil öz funksiyasını (anlaşma, məlumat vermək və təsir göstərmək) lazımi
səviyyədə, üslubi meyarlara uyğun şəkildə yerinə yetirə bilər”.
Natiq
(Latın dilindən. orator, orare - "danışmaq") - nitq söyləyən, nitqlə danışan,
eyni zamanda
nitq söyləmək, danışmaq hədiyyə edən biri.
Müəyyən bir nəticə və dinləyicilərə istənilən təsiri əldə etmək üçün mahir nitq
quruluşu və kütləvi nitqidir
Dostları ilə paylaş: