Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə56/93
tarix20.11.2023
ölçüsü6,67 Mb.
#165405
1   ...   52   53   54   55   56   57   58   59   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

9. Yetərincə hazırlaşmamaq. 
Əksər insanlar məktəbdə oxumağı, yazmağı, 
hesablamağı, qrammatikanı öyrənirlər. Amma heç kimə dinləməyi öyrətmirlər. 
Statistika göstərir ki, biz vaxtın 32%-ni çıxış edənin çıxışına (televiziyada, 
salonda) və 21%-ni şəxsi söhbətlərdə qulaq asmağa sərf edirik. Beləliklə, 
vaxtımızdan 53%-i biz tamamilə hazır olmadığımız işə gedir. 
Auditoriyanı aldatmaq olmaz. 
Belə bir deyim var: 
"Bir neçə adamı həmişə və 
adamların hamısını hansısa müddətdə aldatmaq olar, amma hamını və həmişə 
aldatmaq olmaz!"
Onu dinləyicilər haqqında da demək olar. 
1. Auditoriya çətinlik çəkmədən sizi qiymətləndirə bilir. Dinləyicilər sizin 
jestlərinizi və üz ifadələrinizi izləyir, sizin səsinizin tonunu eşidir və sizin 
energetik səviyyənizi hiss edir. Sizinlə tanışlıqdan təxminən 2 dəqiqə sonra onlar 
sizə olan münasibətlərini müəyyənləşdirirlər. 
2. Auditoriya dərhal sizin dinləyicilərə münasibətlərinizi hiss edir. 
3. Auditoriya dərhal natiqin qeyri-səmimi olduğunu hiss edir. Bir başa görmə 
kontaktından qaçdıqda, səsiniz zəiflədikdə dinləyicilər başa düşür ki, siz onları 
aldatmağa cəhd edirsiniz. 
4. Siz çıxışa marağınızı itirən kimi dinləyici onu hiss edir. 
Natiqlik məharəti.
Digər adamlar qarşısında çıxış etməkdən daha xoş və özünə hörmət yaradan heç nə 
yoxdur. Siz öz ideyanızı ifadə etmək və sonra onların dinləyicilərə necə təsir 
etdiyini hiss etmək imkanı əldə edirsiniz. Uğurlu çıxışın verdiyi razılıq hissini 
qiymətləndirmək və ya təsvir etmək çətindir. Bundan başqa belə çıxış natiqin 
özünə qiymətini artırır. 


Yuxarıda qeyd olunanları təkrar-təkrar oxuyun, yazılanların natiqlik 
mədəniyyətinin zirvəsində olmuş və bu gün də olan insanların həyat 
təcrübəsində çətin sınaqlardan keçdiyini nəzərə alın və heç bir şübhə etmədən 

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin