Ədəbiyyat
Abdullayev A.S. Nitq mədəniyyəti və natiqlik sənəti. Bakı.1981
Abdullayev N.Ə. Orfoepiya və orfoqrafiya təlimi məsələləri. Bakı.1985
Azərbaycan nitq mədəniyyəti problemləri. Bakı. 1988
Əliyev K. Natiqlik sənəti. Bakı. 1994
Ə. Əfəndizadə Orfoqrafiya-orfoepiya-qrammatika lüğəti. Bakı. 1983
N. Abdullayev. “Nitq mədəniyyətinin əsasları”. Bakı 2013
T.Əbdülhəsənli, S.Zülfüqarlı, A.Rzai. “Azərbaycan dili və nitq mədəniyyəti” . Bakı, 2014.
T.Əbdülhəsəmli, A.Hüseynova, M.Əmrahova. “İşgüzar yazışmalar” (dərs vəsaiti) Bakı 2018
MÖVZU 5
Dilin lüğət tərkibindəki leksik layların kommunikasiya prosesində yeri.
Sintaktik əlaqələr və söz birləşmələrinin nitqdə rolu.
V Mühazirənin
PLAN
Ədəbi dilin leksik norması
Kommunikasiya prosesində qrammatik normanın rolu
Leksik normada əsas prinsip işlədilən sözlərin mənaca aydınlığıdır. Nitqin anlaşıqlı olması üçün sözlərin mənası danışana da, dinləyənə də tam məlum olmalıdır. Danışan öz nitqində alınma sözlərə və ya dialektizmlərə çox yer verərsə, onların mənası, əlbəttə, bütün dinləyicilərə eyni dərəcədə anlaşıqlı ola bilməz. Kitablarda, lüğətlərdə müxtəlif yazı məxəzlərində sözləri, adətən, bir variantda görürük. Amma xalq danışıq dilində və dialektlərdə ədəbi dildə oxuduqlarımızın variantları da mövcuddur: “asan” əvəzinə, “asand”, “hasan”; “ev” əvəzinə “əv”, “öy”, “öv”; “pendir” əvəzinə “penir”, “pəndir”; “deyil” əvəzinə “dəyil”, “degil”, “döyül”; “pəncərə” əvəzinə “pencərə”; “ayaq” əvəzinə “əyağ”; “bıçaq” əvəzinə “pıçax”; “hökümət” əvəzinə “hökmət”; “təcrübə” əvəzinə “təcürbə”; “indi” əvəzinə “hindi”; “telefon” əvəzinə “telfun”; “şəkil” əvəzinə “şikil”; “əlbəttə” əvəzinə “həlbət, həlbətdə”; “yenə” əvəzinə “genə” və s. Azərbaycan dilinin ədəbi dilinin lüğət tərkibi zəngin olduğuna görə burada ümumxalq danışıq dilinə, yaxud dialekt və şivələrə məxsus sözlərlə yanaşı, alınma sözlərə - bir tərəfdən ərəb-fars mənşəli, digər tərəfdən isə XIX əsrdən başlayaraq (M.B.Nadimin, Q.zakirin, M.F.Axundovun əsərlərində, H.Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qzəetində və s.) rus dilindən və rus dili vasitəsilə dünya dillərindən alınmış çoxliu söz və ifadələrə rast gəlirik.
Deməli, dilimizin lüğət tərkibi milli mənşəli və alınma sözlərdən ibarətdir. Milli mənşəli sözlərdə orfoqrafik normalar onların bir variantı tələffüzü üzrə sabitləşməyə doğru getmişdir. Leksik normalarda anlayış və mənimsəmə qanunları özünü göstərir. Anlayış qanunu öz sözlərimizə, mənimsəmə qanunu isə alınma sözlərə aiddir. Leksik-semantik normanın keyfiyyəti istər danışıq dilindən gəlmiş milli sözlərdə, istərsə də alınmalarda özünü qabarıq göstərir. Milli mənşəli sözlərdə orfoqrafik normlar onların bir variantlı olmasını şərtləndirir.
Dilimziin lüğət tərkibində lə sözlərə rast gəlirik ki, onlar qədim tarixə malik deyildir. Onlar, deyək ki, əlli il bundan əvvəl dilimizdə olmamışdır, etrmin kimi də başqa dillərdən alınmamışdır. Dilimizdə özləşmə meyilli kimimeydana çıxan bu sözlər sözyaratma hesabınadır. Alınma sözlərin dilə gətirilməsi əeyhinə yönəlmiş bu proses alınmalar üçün qarşılıq tapmağı nəzərdə tutur. Özləşmə, əsasən, söz sənətkarlarının xalq dilinə və türkiyə türkcəsinə müraciəti əsasında qarşılığı milli dilimizdə olmayan, oxşarlıq əsasında sözyaratma prosesidir. Bir qismi keçən əsrin 70-ci illərindən sonra rus dilindən alınmaların kalka üsulu ilə düzəlmiş variantlarıdır ki, bura çimərlik, duracaq, əyləc, yelçəkər, sərinkeş, toxsoran, soyuducu, dabankeş, açıqca və s. kimi sözlər daxildir. Bu tip sözlərin rus dilindəki qarşılığının hesabına yaranmasını məktəblilər və tələbələr bilməsələr də, orta və yaşlı nəsil yaxşı xatırlayır. Amma hərbiləşmə (militarizm), köçkün (emiqrant), yetərsay (kvorum), çağdaş (müasir), yüzillik (əsr), durum (vəziyyət), özəlləşmə (xüsusiləşmə), soyqırım (genosid), soyad (familiya) və s. kimi sözlərin işlənməsində paralellik olsa da, saxlanc, dönəm,q aynaq, bölgə, öndər, soykökü, istilikölçən, bilgisayar, cangüdən, duyum, toplum, bağımsız və s. kimi işlənən leksik vahidlər xalqımzıın müstəqillik qazanması sayəsində, özləşmə nəticəsində dilimizdə sabitləşməkdədir.
Deməli, dildə yalnız uyğun qarşılığı olmayan sözlərin hazır şəkildə alınıb işlədilməsi zəruridir. Lakin dildə uyğun qarşılıq olduqda, yaxud onu düzəltmək mümkün olarsa, mənbə dildəkinə uyğun yaradılmalıdır.
Elmi əsərlərin yaradılması anlayışların terminlərlə ifadəsini zəruri edir. Elmi terminlər sisteminin yaradılması böyük əhəmiyyət daşıyır. Terminlilik elmi üsluba xasdır. Lakin bədii və publisitik üslublarda dar ixtisas sözlərinə çox yer verilməsi qüsur sayılır. Şifahi nitqdə isə şərait və məqamından asılı olaraq (dərsdə, məşğələdə, mühazirə və ya məruzədə) terminlərə müraciət olunur. Hər bir söz müəyyən semantikaya (mənaya) malik olduğu üçün onun düzgün, yerində işlədilməsi, məsələn, “ayağım büdrəyib yerə düşdüm” cümləsində “düşdüm” sözü yerində işlədilməmişdir, “yıxıldım” deyilməli idi.
Deməli, söz öz yerində işlənmirsə, fikir öz düzgün ifadəsini tapmır, nitq mədəniyyətinin tələbi pozulur.
Leksik normanın pozulması aşağıdakı hallarda özünü göstərir.
1. Nitqdə yerli dialekt və şivəyə məxsus dil vahidlərinə yer verilməsi. Xalqın böyük hissəsi canlı danışıq dilində danışsa da, müəyyən qismi ya dialekt şəraitində yaşadığına görə, ya da uşaqlıq illərində ailəsinin, yaxud yaşayış yerinin danışıq tərzinin təsiri altında dialekt danışığına meyilli olur. Onların danışığında əgər, asanlıqla, yenə, dərman, manat, şəkil, nə üçün, olacağıq, o qədər, lap az, sən demə, tamam, qaldırmaq əvəzinə əyərrəri, hasannıxnan, genə, dərmən, manıt, şikil, nöş, olacoux, oxartannan, cıqqana, deməynən, eyzan, qalxızmağ kimi dialekt tələffüzlü sözlər işlənir.
Dilaektizmlərin ədəbi bədii dildə işlədilməsinə yol verilir. Paytaxtdan uzaq bölgələrdən, xüsusən ucqar dağ kəndlərindən bəhs edən bədii əsərlərdə yerli koloriti saxlamaq xatirinə yazıçı dialekt leksikasına müəyyən qədər yer verir və təbillik qüçün belə sözlərə müraciət edir. Bədii səərdə yerli, məhəlli sözlərin məqsədəuyğunluq tələbinə görə obrazların nitqində işlədilməsi zəruridir. Dislektizmlər dil qanunları əsasında yaransa da, onların hamısının ədəbi dilimizdə işlənməsi ümmkün deyildir. ədəbi dil seçmə və əvəzetmə yolu ilə yarandığından müxtəlif bölgələrdəki dialektizmlərin hamısı bura daxil ola bilməz. Dialekt sözləri bədii üslubda nə qədər zəruri sayılsa da, onlar elmi və publisistik üslublarda işlənmir, nəsr əsərlərində yazıçının öz dilində, təhkiyə dilində yer alması da arzuolunmazdır. Nəzm əsərləri isə yüksək üslubda yazıldığından şairlər belə sözlərə bilərəkdən müraciət etmirlər. Ümumiyyətlə, dialekt, şivə sözləri fikrin hamı tərəfindən asanlıqla qavranılmasına maneçilik törədir. ədəbi dildə yazıb oxuyan, dil vasitələrinə norma kimi yanaşan oxucular buna ədəbilikdən kənar nitq vahidləri kimi yanaşırlar. Məsələn: “Çoban quzuların saytalından bir neçəsini ayırdı”. “Maşın keçalata çatanda sürətini azaltdı” – cümlələrindənki saytal, keçalat sözləri hər oxucuya və ya dinləyiciyə aydın olmadığından dilin təmizliyinə ziyan gətiri, onu korlayır.
2. Leksik normanı pozan ikinci cəhət alınma sözlərin lüzumsuz işlədilməsidir. Bəzi hallarda şifahi və yazılı nitqdə ehtiyac olmadan mənası çətin, anlaşılmayan alınma sözlərdən istifadə nəticəsində mövzunun məzmununda nəzərdə tutulan fikir oxucu və dinləyiciyə qaranlıq qalır. “köçürülmək” əvəzinə, “evakuasiya edilmək”, “baxış keçirmək” əvəzinə “monitorinq keçirmək”, “nüfuz” əvəzinə “prestij”, “vəzif\” əvəzinə “missiya” sözlərinin işlənməsinə doğrudanmı böyük ehtiyac vardır? Kütləvi informasiya vasitələrində, mətbuat səhifələrində, müxtəlif elm sahələrində yazılmış əsərlərdə öz əksini tapan alınma sözlər həddən artıq çoxdur və onlara gün ərzində az qala hər yerdə rast gəlirik. Son illər alınma sözlər dilimizə iki istiqamətdən – türk və rus dilləri vasitəsilə dünyanın bütün dillərindən siyasi, iqtisadi, elmi və digər sahələr üzrə keçir. Sahə üzrə alınmalar daha çoxdur və onlar danışıq dilində az işlənsə də, bədii üskub istisna olmaqla digər üslublarda bol-bol istifadə olunur: rassionalizm, abbreviatür, respondent, dispozisiya, monitorinq, prestij, akkumilyasiya, orator və s.
3. Leksik normanı pozan amillər içərisində terminlər də müəyyən yer tutur. Lakin terminlər öz sahəsində işləndikdə zərurət sayılsa da, bədii üsllubda, yaxud adi danışıqda, çıxışlarda, elmi mövzuadan kənarda anlaşılmazlıq törədir. Son illərdə türk dilinə aid, yaxud türk dilinin təsiri ilə yaranan söz və terminlər təkcə texniki və elmi ədəbiyyatda deyil, bütün sahələrdə, hətta danışıq dilində də işləklik qazanmışdır: dəstək, bilgi, öncül, durum, anlam, bölgə, öncə, olay, yetərsay, özəl, önəmli, yaşam, tanıtım, təpki, öndər, çağdaş, dönəm, yüzillik və s. Onlarla, yüzlərlə söz məna, səslənmə, tələffüz baxımından münasib və ruhumuza yaxın olduğu üçün çox tezliklə və asanlıqla ünsiyyət vasitəsinə çevrilmişdir. Dilimizdə kalka yolu ilə yaranmış sözlər də çoxalmaqdadır. Kalka üsulu dedikdə sözün milli, anlayışın uzun illər gəlmə dilə aid olması nəzərdə tutulur. Deməli, başqa dildən gəlmiş anlayışı dilimizin milli bazasından istifadə edəərk adlandırırıq. Bura açıqca, dabankeş, əyləc, soyad, soyuducu, sərinkeş, tozsoran, yelçəkər və s. kimi sözlər daxildir.
4. Nitqin təmizliyini pozan amillər içərisində tüfeyli sözlərin də müəyyəm qədər rolu var. Nitq zamanı cümlələr arasında əlaqə yaratmaq, yaxud işlədilməli olan zəruri sözü düzgün tapmayan şəxs boşluğu doldurmaq, fikrə “körpü salmaq istəyəndə ya yersiz fasilələr edir, ya da mövzu ilə əlaqəsi olmayan ara söz və ya cümlə tipli söz birləşmələri (deməli, zaddı, şey, adı nədir, hansı ki, baxanda baxıb görürük ki, canım sənə desin və s.) işlətmək məcburiyyətində qalır. 5.Elmi üslubda işlədilməsi məqbul sayılmayan söz qrupları sırasına loru sözlər də daxildir. Ədəbi bədii üslubda işlənən bu sözlərə personajların nitqində və canlı danışıqda rast gəlirik: gop eləək, goplamaq, zollamaq, ağzından nallamaq, güpəmək, anqırmaq, donquldamaq, burcutmaq,q atıqlamaq, eşşək, heyvərə, qoduq, tülkü, sən qıfılla, qırıldatmaq, çərənləmək, hırıldamaq və s. sözlərində nitq rəqibini alçaltmaq, təhqir etmək, pis münasibət bildirmək məqsədi daşıyır. Söyüşlər, qarğışlar, ədəbsiz və qeyri-etik sölər ictimai yerlərdə vulqar xarakterli olduğundan, mətbu əsərlərdə nitqin təmizliyi baxımından işlədilməsi caiz görülmür. 6. Kobud sözlər sırasında jarqonlar da qeyd olunmalıdır. Süni ünsiyyət vasitəsi sayılan jarqon sözlər cəmiyyətə müəyyən qrup insanlar tərəfindən düzəldilir və onlar tərəfindən də başa düşülür. Jarqonlar öz fikirlərini başqalarından gizlətmək və başqalarından fərqlənmək üçün, konkret bir zümrə tərəfindən işlədilən elə sözlərdir ki. Onlar adi halda müstəqil mənada işlədilib hamı tərəfindən anlaşılsa da, jarqon səviyyəsində başqa cür mənalandırılır. Məsələn: işini bitirmək (öldürmək), əriştəsini kəsmək (həbs etmək), şestyorka (satqın), hərifləmək (Aldatmaq), ütmək (pulunu əlindən almaq), başını qırxmaq (aldadıb almaq) və s.
7. Dilin təmizliyinə xələl gətirən söz qruplarında biri də arqolardır. Fransız dilindən keçmiş bu termin altında məhdud dairədə işlənib başqalarının başa düşmədiyi şərti ifadə və ya söz nzəərdə tutulur: tələbələrion işlətdiyi “quyruq” kəsir akademik borc mənasında. Müəllimlərin işlətdiyi “pəncərə” dərslər arasında qalan boş vaxt, saat mənasındadır.
Qrammatik norma dilin quruluşuna, onun nitq prosesindəki fəaliyyətinə aiddir. Bura sintaksik əlaqə formaları, şəkilçilərin ardıcıllığı, sözlərin cümlədə sıralanması, cümlə üzvlərinin dəqiq yeri, mənsubiyyət, hal, dərəcə, zaman, şəxs və s. kimi qrammatik kateqoriyaların ədəbi dildə gözlənilməsi ilə bağlı qaydalar daxildir. Qrammatik norma nitqdə sözlər və cümlələr arasındakı əlaqələrin düzgün qurulmasını tənzimləyir. Ədəbi dilimizin qrammatik norması ümumxalq dilinin qrammatik quruluşunu əks etdirir və onun əsasında qurulmuşdur. Sözlər və cümlələr arasındakı əlaqə düzgün qurulmadıqda qrammatik səhvlər meydana çıxır ki, nitq mədəniyyəti məhz bu tipli səhvləri aşkara çıxarır və onların aradan qaldıırlmasına xidmət göstərir. ədəbi dilin qrammatik normalarına aşağıdakı qaydaları daxil edə bilərik:
Azərbaycan dilində miqdar saylarından sonra gələn isimlər tık halda işlədilir: iki top, üç kitab, dörd tələbə, yüz qoyun və s. Hazırda şagird və tələbələr orta ümumtəhsil və ali məktəblərdə rus, ingilis, fransız, alman və s. dilləri (ən azı iki xarici dili) öyrəndiklərindən onlar bilirlər ki, bu dillərdə isikmlər miqdar sayları ilə uzlaşır. Amma Azərbaycan dilində bu hal mövcud deyil, yəni isimlərin çoxluq ifadə etməsi üçün cəm şəkilçisini qəbul etməsi lazım gəlmir. “Beş cür futbol topları”, “on müxtəlif idman köynəkləri “ işlətmək qrammatik normanın pozulması deməkdir.
Azərbaycan dilində mənsubiyyət kateqoriyası şəxs əvəzlikləri ilə əlaqədardır və əşyanın hansı şəxsə mənsub olduğunu bildirmək üçün isimlərə artırılan mənsubiyyət şəkilçiləri ilə formalaşır. Mənsubiyyət kateqoriyasının elementləri ikinci tərəfdə ifadə olunur. Dilimizdə mənsubiyyət kateqoriyası şəxs əvəzliklərinin iştirakı olmadan da düzəlir: kitabım, topumuz, dəftərin, eviniz, çantası və s. Mənsubiyyət kateqoriyasında yığcamlıq yaratmaq məqsədilə sahib şəxs ixtisara düşür, mənsubiyyət şəkilçili söz həm də sahib şəxsi əvəz edir. Amma rus, ingilis, fransız dillərində bu mümkün deyildir. Eləcə də, dilimizdə I və II şəxsin cəmində ikinci tərəfin mənsubiyyət şəkilçiləri olmadan məınsubiyyət anlayışını ifadə etmək mümkündür (adları çəkilən xarici dillərdə olduğu kimi): Bizim məktəb, sizin ev. Lakin birinci tərəfin işlənmədiyi hallarda mənsubiyyət şəkilçisinin işlənməsi artıq labüd olur: məktəbimiz, eviniz. Dilimizin özünəməxus xüsusiyyəti burada da özünü göstərir. Mənim məktəb, sənin ev, onun və ya onların bağ deyilməz. Deməli, nitqdə III növ təyini söz birləşməsi yiyəlik halda işlənmiş şəxs əvəzliyi ilə formalaşır, sahiblik anlayışını bildirən birinci tərəf isə ixtisar oluna bilir: “mənim anam” əvəzinə “anam”, “sənin adın” əvəzinə “adın” işlədilir və bu zaman əsas məna nəinki dəyişmir, həm də üslubi məqam kimi cümlədə səlislik, ahəngdarlıq, yığcmlıq yaradır. Elə bu qayda ilə mənsubiyyət şəkilçili getfiyim, gəldiyiniz, oyunçularımız, içdikləri tipli sözləri də ayrılıqda işlətmək və cümləni daha yığcam şəklə salmaq olur. Canlı danışıq dilində, sual-cavab şəklində gedən dialoq-müsahibələrdə mənsubioyyət kateqoriyasının ikinci tərəfi ixtisara düşür. Məsələn: Bu kimin topudur? – Mənim. –Bəs dedilər ki, onundur. – Yox, onun deyil, mənimdir.
II şəxsin cəmində xəbərlik kateqoriyasının –sınız4 şəkilçisi –sız4 şəklində tələffüz olunur: məşqçisiniz - [məşqçisiz], futbolçusunuz - [futbolçusuz] və s.
Feilin inkarlıq kateqoriyası təsdiq formada olan feilə -ma2 şəkilçisini artırmaqla düzəlir. Məsələn, O yazır –o yazmır, sən oxuyursan – sən oxumursan. Amma inkarlığı –ma2 şəkilçisi olmadan da yaratmaq mümkündür. Nə, nə də ədatları işlənədə feilin inkarlıq şəkilçisini işlətməyə ehtiyac qalmır: o nə yazır, nə (də) oxuyur. Biz bu cümləni “o nə yazmır, nə də oxumur” şəklində ifadə etsək, dilimizin qrammatik norması pozulmuş olacaqdır. Nə, nə də ədatları feilin qarşıısnda deyil, cümlənin başqa üzvlərinin yanında gələndə şagird və tələbələr qrammatik normanın pozulmasını aydın təsəvvür etmirlər. Məsələn: “Nə müəllimin yazdığı aşağı kredit balı, nə də dekanın göstərişi mənim qanuni oxuduğum Akademiyadan çıxarılmağıma haqq qazandıra bilməz”. Cümlədə inkarlıq bağlayıcılarının işlənməsinə baxmayaraq xəbərin yenidən inkarlıq şəkilçisini qəbul etməsi düzgün deyildir. Qəzet səhifələrində, dərslik və dərs vəsaitlərində, ən çox da danışıq dilində bu qayda tez-tez pozulur.
Zərflər işlənmə yerindən asılı olmayaraq hərəkətlə (feillə). Cümlənin xəbəri ilə əlaqədar olur. Tələbələr bilməlidirlər ki, zərf kimi işlənə bilən sözlər həm isim (səhər, günorta, axşam), həm sifət (yaxın, uzaq, pis, yaxşı), həm də say (az, çox, xeyli) kimi çıxış edə bilməz. Bir nitq hissəinə aid olan sözün başqa bir nitq hissəsi ola bilməməsi professor Yusif Seyidovun əsərlərində aydınlaşdırılsa da, hələ də orta və ali məktəb dərsliklərində əvvəlki səhv fikirlər təkrarlanır. Tələbələr nitq hissəsi olan zərfi cümlənin ikinci dərəcəli üzvü olan zərfliklə qarışdırılar. Doğrudur, onlar zərfin nitq hissəsi, zərfliyin cümlə üzvü olduğunu çox vaxt deyə bilsələr də, cümlə təhlilində fikirlərini əsaslandıra bilmirlər.
Məlumdur ki, adlara (isim, sifət, saylara) əvvəl kəmiyyət, sonra mənsubiyyət, daha sonra hal, ondan sonra isə xəbər kateqoriyasının əlamətləri (şəkilçilər) artırılır: tələbə+lər+imiz, məşq+çi+lər+imiz+dən+siniz və s.
Feilin kökünə əvvəl təsirlik, sonra növ, daha sonra şəkil, ondan sonra isə şəxs-xəbər əlaməti (şəkilçisi) artırılır: sil+dir+il+məli+dir. Bura inkarlıq, kəmiyyət şəkilçilərini, hətta –mı4 sual ədatını da artırmaq mümkündür: sil+dir+il+məli+dir+mi? Tək-tək hallarda qrammatik normanın pozulmasına rast gəlirik: “Onlar dərslərini gecələr öyrənirlərmiş” cümləsində qrammatik norma pozulmuşdur, çünki –imiş hissəciyi –lar cəmlik şəkilçisindən əvvəl işlənməli idi.
Sözlərin nitq axını prosesindəki sırası əhəmiyyətli olduğu üçün onun pozulması qrammatik qaydanın pozulmasına gətirib çıxarır. Məsələn: Sizi mən çox vaxtlarda istəyirdim görmək. Artıq mənim gözləməyimdən nə çıxar indi? Danışıq dilində belə cümlələrə rast gəlirik. Görmək istəyirdim-cümləsindən əvvəl, “indi” cümlənin başlanğıcında, “artıq” sözü isə “nı çıxar”-dan əvvəl işlənərsə, cümlə dilin qrammatik normasına uyğun olar.
Dilimizdə mübtəda ilə xəbər sintaktik-qrammatik cəhətdən şəxsə və kəmiyyətə görə uzlaşmalıdır: “Tələbələr –oğlanlı, qızlı hamı universitetə gəldilər”. “Bir neçə tələbə futbol toplarını torda stadiona aparırlar”. İlk baxışda cümlələr düzgündür. Mübtəda hansı şəxsdə, hansı kəmiyyətdədirsə, xəbər də həmin şəxsdə və kəmiyyətdə olmalıdır. “Tələbələr gəldilər” cümləsində uzlaşma düzgün sayılmalıdır, amma “hamı” əvəzliyində cəmlik anlaylışı olsa da, “hamı gedirdilər” deyilməz. “Bir neçə tələbə” anlayışı cəmlik bildirsə də, şəxs kimi təkdədir, buna görə də “aparır” deyilməlidir. Yaxud “Səndən ötrü ayaqlarım evə getmirdilər” cümləsi düzgün qurulmamışdır. “Ayaqlar” sözü cəmdə olsa da, məntiqi cəhətdən “getmirdilər” demək olmaz, uzlaşma yanlışdır və s.
Nitq kommunikasiyasında sözlər müəyyən düzülüş qaydasına tabedir. Cümlə üzvlərinin sırası normativ nitqdə pozulmur. Əgər biz “Mən həvəslə futbol matçlarını izləyirəm” desək, çoxları cümlənin düzgün qurulduğunu təsdiqləyəcək. Amma “həvəslə” zərfliyi qrammatik normaya görə “izləyirəm” xəbərinin qarşısında gəlməlidir. Yaddan çıxarılmamalıdır ki, nitq prosesində sintaktik vahidlərin ardıcıllıq qanunu söz sırası ilə tənzimlənir. Qrammatik norma sözlərin düzgün yazılışı və deyilişi, məna və məntiqi cəhətdən dəqiq işlədilməsi şərti ilə söz birləşmələri və cümlələrin nitqdə düzgün əlaqələndirilməsini tənzimləyir.
Sifətin çoxaltma dərəcəsi qrammatik əlamətlərlə yanaşı bütöv sözlərlə də düzəldilir. “Təmiz” əvəzinə “aydan arı, sudan duru” ifadəsi, “qırmızı” əvəzinə “qan qırmızı”, “lalə kimi qırmızı”, ağ əvəzinə “süd kimi ağ” və ya “süddən ağ” kimi bənzətmə bildirən birlə.mələr daha təsirli üslubi effekt yaradır.
Emosional nitqdə, yüksəkpafosla ifadə olunan poetik dildə mübtəda ilə xəbər yerini dəyişə bilir:
Qoy sənə desinlər, ay Qaçaq Nəbi,
Həcəri özündən ay qoçaq Nəbi.
Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz.
Bu “quş dilidir”, bunu süleyman bilir ancaq (İ.Nəsimi).
Sintaktik əlaqələrin düzəldilmə qaydalarının pozğunluğu fikrin dürüst və kiçik vaxt kəsiyində anlaşılmasını çətinləşdirir: “Məşqçilər yenicə oyundan çıxmış həndbolçularla söhbət apardılar” (idarə əlaqəsi pozulmuşdur). “Həyətyanı evin sahəsi böyük idi (yanaşma əlaqəsi dügün qurulmamışdır).
Elə söz birləmələrinə də təsadüf edilir ki, onlarda əsas tərəflə asılı tərəfin yerinin dəyişməsi özünü göstərir: gözü yaşlı, sözü məzəli, qəlbi tox, fikri geniş və s. Bunlar sintaktik cəhətdən birinci növ təyini söz birləşmələrinə yaxındır.
Haqqında danışdığımız fonetik, leksik, qrammatik normaların tarixiliyinə nəzər salsaq məlum olur ki, daha çox dəyişikliyə məruz qalan leksik norma hesab oluna bilər. Belə ki, müxtəlif dövr ərzində dilin lüğət tərkibinə bir çox sözlər daxil olmuş, eyni zamanda xeyli söz arxaik fonda keçmişdir. Məsələn, kvorum, yubiley, plyaj kimi sözlərin özləşmə meylindən sonra yetərsay, ildönümü, çimərlik kimi sözlərlə əvəz olunduğu bizə məlumdur. Bundan əlavə yeni anlayışların yaranması və bu məfhumların adlandırılması dildə yeni leksemlərin yaranmasına şərait yaradır.
Bütün bunlara nəzərən demək olar ki, leksik norma fonetik və qrammatik normalara nisbətən daha tez dəyişikliyə məruz qalır. Qrammatik norma isə fonetik normaya nisbətən daha gec dəyişən norma hesab edilir.
Dostları ilə paylaş: |