Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani



Yüklə 390,98 Kb.
səhifə20/80
tarix19.10.2022
ölçüsü390,98 Kb.
#65493
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   80
M vzu 1 Az rbaycan dilind i g zar v akademik kommunikasiya f

Mühazirə. Mühazirə ən çox ali məktəblərdə müəyyən fənn üzrə materialın konkret faktlara əsaslanan, geniş nəzəri mühakimə və ümumiləşdirmələrdən ibarət şərhidir: Nitqin bu formasından digər elmi idarələrdə, kütləvi tədbirlərdə və s. yerlərdə də istifadə olunur. Məsələn; ölkənin iqtisadi və siyasi vəziyyəti ilə bağlı mühazirə, sağlamlığın (və yaxud ekologiyanın) qorunmasına həsr olunmuş mühazirə və s. Mühazirənin məruzədən bir fərqi ondadır ki, birincidə dialoqa yol verilə bilər. Yəni şərhin gedişində dinləyicilər natiqə sualla müraciət edə bilərlər. Mühazirəçi elə oradaca suala müvafiq cavab verib şərhini davam etdirir. Yaxud dinləyicilərin replikalarla mühazirənin gedişində onları maraqlandıran məsələlərin daha ətraflı izah olunmasını xahiş etməsi mümkündür. Bütün hallarda verilən cavablar aydın, məntiqli, qısa, lakonik olmalıdır. “Mühazirə oxumaq” ifadəsi şərti olaraq işlədilir. Burada mühazirə materialı heç də üzündən oxunmur, o söylənilir. Mühazirəçi ehtiyac hiss etdikdə (məsələn, sitatlar vermək, danışıqda ardıcıllığı gözləmək lazım gəldikdə və s.) mətnə müraciət edə, həmin sitatları üzündən oxuya, qeydlərə baxa bilər.
Monoloji nitqin digər formalarında olduğu kimi, mühazirə o vaxt effektli şərh üsulu sayılır ki, lektor ona yaxşı hazırlaşsın, nəyi, necə, harada deməyi bacarsın, şərhi auditoriyanın səviyyəsinə uyğun qurulsun. Nitqi səlis və aydın olsun, fikrini əsaslandırmaq üçün göstərdiyi sübutlar, faktlar, çıxardığı nəticələr reallığı əks etdirsin, incə mətləbləri dinləyiciyə çatdırmaq, onların marağını ələ almaq, hisslərinə təsir etmək məqsədilə müvafiq nitq nümunələrindən, dil vasitələrindən, şifahi şərhin bir sıra formalarından (təsvir, xarakteristika, izah, mühakimə və s.) daha münasib şəkildə istifadə etməyi bacarsın və s. Mühazirəçi dinləyicilərin görmə qavrayışını da nəzərə almalı, mümkün olduqca eksponatlar, illüstrasiyalar, diaqramlar, onları təsdiq edən şəkillər və s. nümayiş etdirməlidir. Mühazirə idraki əhəmiyyət daşımalı, elmi dərinliyi və məntiqi şərhi ilə fərqlən- məlidir. Orada elmi ümumiləşdirmələrə, faktiki materialın təhlilinə geniş yer verilməlidir. Xüsusən, ali məktəb auditoriyasında edilən mühazirələrdə tərbiyə, əxlaq məsələləri, milli ideologiyanın, elmi dünyagörüşünün formalaşdırılması, təfəkkürün inkişafı ön plana çəkilməlidir.
Mühazirəçi mövzuya aid bütün məsələləri əhatə etməli, yadda qalan misallar gətirməli, inandırıcı sübutlar göstərməli, onu dinləyicilərin işi, həyatının konkret məsələləri ilə bağlamağı bacarmalıdır.
Mühazirə prosesində elə şərait yaradılmalıdır ki, dinləyici mövcud məsə- ləyə, ən kiçik təfərrüata belə münasibətini, həmrəy olduğunu və ya etiraz etdiyini söyləyə bilsin. Bu yolla natiq dinləyicilərin fikri fəallığını artıra, onlara təsir göstərə bilər. Dinləyici hiss etməlidir ki, mühazirəçi duyğuları vasitəsilə ona nə isə ötürür, ürəyindəkiləri ona yetirir.
Hal-hazırda ali məktəb auditoriyalarında yüksək səviyyədə mühazirə oxuyan müəllimlərimiz çoxdur. Təəssüf ki, onların natiqlik məharəti öyrənilib ümumiləşdirilmir, yazılmır, başqaları bundan faydalana bilmir.

Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin