M vzu 1 Az rbaycan dilind i g zar v akademik kommunikasiya f
Sintaksisin üslubu ilə bağlı məsələlər. Elə bir sintaktik vahid quruluş yoxdur ki, nitqin üslubca zənginləşməsində iştirak etməsin. Bu baxımdan cümlənin məqsəd və intonasiyaya görə növləri genişdir. Nəqli cümlə təbiət təsvirinə, portret yaratmaq və insanın daxili aləminin psixoloji vəziyyətinin təsvirinə xidmət edir.
Sual cümləsi nitqdə daha çox məna çalarları kəsb edir, adətən, xüsusi və ritorik səciyyəlidir, intonasiyasına görə digər cümlə növlərindən fərqlənir. Bu cümlələrdə səciyyəvi sual sözləri və sual ədatları işlədilir.
Sual əvəzlikləri cümlənin formalaşmasında mühüm rol oynayır, ona emosionallıq verir: Bilmirsən arı yiyəsi özü harda olur?
Alternativ sual cümlələrdə leksik antonimlərin rolu var: - Mən yatmışam, yoxsa oyağam? De görüm gedirsən, ya gəlirsən
Sual intonasiyası ilə əmələ gələn sual cümlələri üslubi cəhətdən daha emosional və ekspressiv olur. Heç bir qrammatik vasitə iştirak etmir.
Bədii üslub üçün daha səciyyəvi olan yarımçıq cümlələrin üslubi imkanları genişdir. Yarımçıq cümlələr ya baş üzvlərdən, ya da ikinci dərəcəli üzvlərdən ibarətdir. Buraxılmış üzvlər yarımçıq cümlələrin mövcud sintaktik quruluşunu və üslubi xarakterini dəyişir. Yarımçıq cümlələrin dilimizdə işlənən ən əsas növü dialoqun qarşılıqlı replikalarından ibarətdir. Yarımçıq cümlələrin iki əsas növü (dialoqun hissəsini təşkil edən cümlələr, cavab cümlələr) var.
Feli sifət, feli bağlama və məsdər tərkiblərinin də fikrin effektli çatdırıl- ması, mənanın qabarıq verilməsi, emosionallığın artırılmasında müəyyən üslubi əhəmiyyəti vardır.
Sintaksisin üslubi imkanları, yuxarıda deyilənlərlə məhdudlaşmır. Digər sintaktik quruluşların - təktərkibli cümlələrin, söz-cümlələrin, mürəkkəb cümlələrin və sairənin də nitqin obrazlılıq və ifadəliliyini yaratmaq, təsir gücünü artırmaq, incə məna çalarlarını yaratmaq imkanları vardır. Natiq ünsiyyət prosesində onlardan istifadə edərək nitqini zənginləşdirməlidir.İntonasiya ilə formalaşan tabesiz cümlədə üslubi imkan boldur. Belə cümlələrin ya bir tərəfi, ya da o biri tərəfi elliptik cümlə ola bilər. Bu, adətən, atalar sözünün sintaktik quruluşunda özünü göstərir: Mərd özündən, namərd yoldaşdan. Qızıl quş əldə gəzər, gözəl qız dildə.
Dilçilikdə funksional üslublardan bəhs edən sahə funksional üslubiyyat adlanır. Bu üslubiyyat 1950-ci illərdən formalaşmağa başlamışdır. Funksional üslubları yaranma tarixinə görə iki yerə ayırmaq olar: yazıya qədərki və yazı dövrünün üslubları. Yazıya qədərki dövrlərdə poetik, ədəbi-söhbət, məişət-ədəbi söhbət, rəsmi-ədəbi söhbət kimi funksional üslublar olmuşdur. Yazı dövrlərində elmi, publisistik, kargüzarlıq, arxaik, natiqlik, təntənəli və.s kimi funksional üslublar yaranmışdır. Müasir dövr üçün səciyyəvi funksional üslublar aşağıdakılardır: danışıq üslubu, məişət-danışıq üslubu, natiqlik üslubu, təntənəli üslub, rəsmi üslub, kargüzarlıq üslubu, akademik üslub və.s. Ədəbi dilimizin ayrı-ayrı inkişaf mərhələlərində müxtəlif üslublar olmuşdur. Zaman keçdikcə bu üslublar kəmiyyətcə dəyişmiş, artmış, zənginləşmiş, təkmilləşmişdir.
Funksional üslubların növləri, kəmiyyəti və onun əhatə darəsi barədə dilçilər, filoloqlar arasında fikir birliyi yoxdur. Funksional üslubların bölgüsündə dilin insanlar arasındakı vəzifəsi və fəaliyyəti (V.Vinoqradov), təfəkkür tərzləri (Ə.Dəmirçizadə), tarixən yaranmış kommunikativ ixtisaslaşma (K.Əliyev) əsas götürülür.
Ə.Dəmirçızadə dil və təfəkkürün qarşılıqlı münasibətinə əsaslanaraq üslubların üç növünü göstərir: 1. Bədii təfəkkür sistemi – bədii üslub 2. Elmi təfəkkür sistemi – elmi üslub 3. İctimai – siyasi təfəkkür sistemi – ictimai üslub
Üslubları işlədilməsinə görə iki qrupa ayırmaq olar: danışıq üslubu və kitab (yazı) üslubu:
Kitab üslubu - bura daxildir: bədii üslub, elmi üslub, ictimai- publisistik üslub, rəsmi üslub, şəxsi yazışma - epistolyar üslub;
Danışıq üslubu - bura danışıq, məişət, əməli danışıq, sadə danışıq üslubları aiddir.