M vzu 1 Az rbaycan dilind i g zar v akademik kommunikasiya f
Elmi üslub. Bu üslub bütün elm sahələrinə aid elmi əsərləri əhatə edərək elmi təfəkkürü, mühakiməni, fikri ifadə edən üslubdur. Bunun əsas vəzifəsi elmi biliklərdən xəbər veməkdir. Elmi üslubun fərqləndirici cəhəti onun elmi məsələləri, fikirləri daha dəqiq işıqlandırmağa meyl etməsidir.
Elmi funksional üslub aşağıdakı sahələri əhatə edir: 1. Dərslik 2. Monoqrafiya 3. Tədris vəsaitləri 4. Elmi və metodik jurnal məqalələri və.s
Elmi üslubu iki mikroüsluba ayırmaq olar 1) ictimai elmlər üslubu, təbiət elmləri üslubu, texniki elmlər üslubu 2) xüsusi-elmi üslub, elmi-tədris üslubu, elmi-kütləvi üslub
Elmi üslub başqa üslublardan onunla fərqlənir ki, bu üslub elmi əsərlərin dilidir, məlumat vermək və bu məlumatı məntiqi əsaslarla sübuta yetirmək kimi xüsusiyyətləri var.
Elmi əsərlərdə təbiət və cəmiyyətdəki hadisələri dəqiq izah etmək və onların qanunauyğunluğunu sübut etmək üçün aşağıdakı şərtlər gözlənilməlidir: 1. Dəqiqlik, sadəlik və aydınlıq 2. Məntiqi tənasüblük və emosional təsirlilik 3. Diqqətlə düşünülmüş terminlərin ikiqat determinləşməsi 4. lazım olan simvol və işarələrin düşünülərək tətbiq edilməsi.
Elmi üslub üçün dəqiqlik, təkmənalılıq, məntiqlilik, dəlillilik, abstraktlaşma, terminlilik, həqiqi mənalılıq, sintaktik aydınlıq kimi xüsusiyyətlər səciyyəvidir. Elmi üslub bədii üslubdan aşağıdakı xüsusiyyətlərə görə fərqlənir:
Terminlərə geniş yer verilir.
Mücərrəd mənalı sözlər çox işlənir. Məsələn, məfhum, təkamül, quruluş, mitinq, tərbiyə, həyat, kütlə, məğlubedilməz, tərəqqi və s.
Beynəlmiləl sözlər və terminlər\ə daha çox təsadüf olunur.
Şərh olunan fikirlər konkret, dəqiq və birmənalıdır.
Mürəkkəb cümlə tipinə daha çox üstünlük verilir.
Sual və əmr cümlələri, demək olar ki, işlədilmir.
Xüsusi yazı işarələrindən istifadə olunur. Məsələlər səbəb və nəticə əlaqələrinin müəyyənləşdirilməsi, ümumiləşdirmələr aparılması və nəticə çıxarılması istiqamətində şərh olunur.
Elmi üslub yığcamlıq və dəqiqlik tələb edir
Elmi əsərlərin sintaksisi mürəkkəb konstruksiyalılığı ilə seçilir. Əşya və hadisələrin keyfiyyətini və xüsusiyyətini açmaq üçün həmcins üzvlü sadə və ya mürəkkəb cümlələrə geniş yer verilir. Elmi üslubda xüsusi söz və ifadələr işlədilir: tədqiqat göstərir ki, belə nəticəyə gəlmək olur ki, məlumdur, aydındır və.s. Əsərdə elmi nəticələri yekunlaşdırmaq məqsədi ilə ara sözlərdən istifadə olunur: beləliklə, deməli, ümumiyyətlə, əvvəla, mənə görə, həqiqətən, doğrudur, şübhəsiz və.s.