Ədəbiyyat
Abdullayev A.S. Nitq mədəniyyəti və natiqlik sənəti. Bakı.1981
Abdullayev N.Ə. Orfoepiya və orfoqrafiya təlimi məsələləri. Bakı.1985
Azərbaycan nitq mədəniyyəti problemləri. Bakı. 1988
Əliyev K. Natiqlik sənəti. Bakı. 1994
N. Abdullayev. “Nitq mədəniyyətinin əsasları”. Bakı 2013
T.Əbdülhəsənli, S.Zülfüqarlı, A.Rzai. “Azərbaycan dili və nitq mədəniyyəti” . Bakı, 2014.
T.Əbdülhəsəmli, A.Hüseynova, M.Əmrahova. “İşgüzar yazışmalar” (dərs vəsaiti) Bakı 2018
MÖVZU 14
İşgüzar yazışmalar, elektron və onlayn kommunikasiya
XIVMühazirənin
PLANI
İşgüzar yazışmalar işgüzar həyatın tərkib hissəsi kimi
Elektron yazışmalar.
Email göndərərkən nələrə diqqət edilməlidir
Yunanca – epistole, latınca – epistola sözləri “məktub” deməkdir. Amma epistolyar üslub təkcə məktubları əhatə etmir. Epistolyar üslub ən mübahisəli üslubdur. Çünki həm bu üslubu müstəqil üslub hesab etməyənlər (A.N.Qvozdyev, J.R.Qalpern, E.Q.Qavennik, V.Matezius, M.İ.Kojina; Azərbaycanda Ə.M.Dəmirçizadə), həm də müstəqil hesab edənlər (Q.O.Vinokur, L.V.Şerba, R.M.Meyer, A.N.Yefimov; Azərbaycanda A.M.Qurbanov, K.Y.Əliyev, Y.Salehov) vardır. Hər iki tərəf öz arqumentini əsaslandırmağa çalışır. Bundan əlavə, epistolyar üsluba hansı yazı nümunələri daxildir? Bu məsələ ətrafında da yekdil fikir yoxdur. Amma ən tutarlı arqument üslubun adıdır. Bir halda ki, epistola “yazıb göndərmə, iki tərəf arasındakı yazışma” deməkdir, onda epistolyar üslubu mübahisəli hesab etməyə ehtiyac yoxdur. Bundan əlavə, nəzərə almaq lazımdır ki, epistolyar üslubda korrespondent (yazan) ve adresat (alan) olur. Buna görə də, təkcə məktublar deyil, nəsihətnamələri, öyüdnamələri, dəvətnamələri, çağırış tipli yazıları da epistolyar üsluba aid etmək olar.
Məktub
Dostları ilə paylaş: |