Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani



Yüklə 390,98 Kb.
səhifə45/80
tarix19.10.2022
ölçüsü390,98 Kb.
#65493
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   80
M vzu 1 Az rbaycan dilind i g zar v akademik kommunikasiya f

Anaxronizm (yun. Ana – geri, xronos - vaxt) iki mənada işlədilir. 1. Tarixi səhvlər 2. Zamanın tələbinə uyğun gəlməyən köhnəlmiş adətlər, baxışlar,anlayışlarMəsələn, V.Şekspirin “Juli Sezar” faciəsində top, qüllə saatı sözləri işlədilmişdir. Halbuki bu sözlər qədim Romada olmamışdır. Ə.Yusifovun “Babək” dramında Babək deyir: “Xoşlanırıq rübaidən, qəzəldən”. Rübai janrı Babəkdən çox-çox sonra – XII əsrdə meydana gəlmişdir.
Alogizm (yunanca məntiqə zidd) iki mənada işlədilir: 1. Ümumiyyətlə, tarixi faktlara, məntiqə zidd olan söz və ifadə. Ev yiyəsi nəşə içində cavab verdi. Ay oğul, sənə demədim bizim də küçədə toy olacaq. İndi bizim də küçədə bayram olacaq. “Bizim də küçədə bayram olacaq” ifadəsi dilimizdə XX əsrdə işlənməyə başlanmışdır. Ə.Nicatın XV-XVI əsrdəki Azərbaycandan bəhs edən “Qızılbaşlar” romanında bizim küçədə toy olacaq ifadəsi yerinə düşməmişdir.
Bu və ya digər məfhumu ifadə etmək üçün hər bir yazıçı və ya şair dəqiq sözlər seçməyi, tapmağı bacarmalıdır. Uyğun və dəqiq söz seçilməyəndə nitqdə artıqlıq, sözçülük yaranır. Nitqdə söz və ifadə artıqlığı, bolluğu pleonazm və tavtologiya formasında özünü göstərir.
Pleonazm (yun. artıqlıq) termini iki mənalıdır. 1. Eyni məfhumun başqa-başqa dil vahidləri vasitəsilə təkrarı. Eyni tərkibli sinonim dil vahidlərinin toplusu, üslubi artıqlıq. Məs. Sən tələbəsən, mən mənəm. Məs. Ağzımda söz danışıram. Bax, bu qulaqlarımla eşitmişəm. Oturmuşam özüm üçün.
Tavtologiya (yun. Tavto – həmin, özü, loqos - söz) adı çəkilmiş məfhumların başqa sözlərlə təkrar ifadəsidir Məs. Ütü ütüləmək. O mənim qardaşımdır, mən də onun qardaşı.
Dil vahidlərinin üslubi növləri bunlardır: üslubi fonetika, üslubi leksika, üslubi onomastika, üslubi frazeologiya, üslubi morfologiya, üslubi sintaksis.
Üslubi fonetika fonetik vahidlərdən üslubi məqsədlər üçün istifadə edilmə haqqında təlimdir. Bu təlimdə fonetikanın üslubi variantları, fonemlərin neytrallaşmasını, səslərin nitqdə tezliyi məsələsini, səs simvolizimini, səslərin qalın və incəliyinin məna ilə bağlılığını, sözlərin az və coxhecalılığının üslubi əhəmiyyətini, vurğu və intonasiyanın rolunu və.s. məsələləri öyrənir.
Səslərin uzanması, qısalması, samit səslərin təkrarı, cingiltiləşmə, vurğu, heca , ahəng qanunu, sonor samitlərin işləkliyi, intonasiya və.s fonetik vasitələr nitqdə müxtəlif məna çalarlı üslubi fonetika yaradır.
Alliterasiya eyni samit səslərin təkrarına deyilir. Al ilə ala gözlərin aldatdı aldı könlümü, Pıçıldaşır şirin-şirin şıltaq ləpələr, Sönmüş bir sevginin soyuğu gəlir.
Assonas eyni saitlərin təkrarına deyilir. Azcıq aşım, ağrımaz başım və.s.

Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin