Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani



Yüklə 390,98 Kb.
səhifə42/80
tarix19.10.2022
ölçüsü390,98 Kb.
#65493
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   80
M vzu 1 Az rbaycan dilind i g zar v akademik kommunikasiya f

Salamlaşma zamanı. Bu məqsədlə salam, sabahın xeyir, axşamın xeyir, günaydın, xoş gördük, xoş gəlmisiniz və s. ifadələr işlənir. Məsələn: Salam, yoldaş Mehdiyev!

II. Sağollaşma zamanı. Ünsiyyət bitdiyi zaman sağollaşma anında qısa müddətdə ayrılan insanlar sağ ol, hələlik, salamat qal, sağlıqla qal, gecən xeyrə qalsın, daha uzunmüddətli və ya əbədi ayrılıq zamanı əlvida sözündən istifadə edilir. S.Əhmədovun, İ.Hüseynovun əsərlərində bu ifadələrlə birgə işlənən müraciətlərə xeyli rast gəlmək olar. Məsələn: Yaxşı, xalaoğlu, salamat qal, - dedi
III. Dəvət, xahiş, rica zamanı. Bu münasibətlə xahiş edirəm, rica edirəm , izn verin, buyurun, mümkünsə və s. söz və ifadələr işlənir. Məsələn: Yoldaşlar, bura yığılın
IV. Təklif zamanı. Bu məqsədlə də buyurun, zəhmət olmasa, rica edirəm və s. bu tipli söz və ifadələrdən istifadə olunur. Sabir Əhmədovun «Mavi gözlərin işığı» əsərində, Anarın «Ağ liman» əsərində təklif zamanı müraciət formalarının işləndiyi nümunələrə rast gəlmək olar. Məsələn: Adə, görmürsüz stulları, əyləşin də!
V. Təşəkkür zamanı. Bu məqsədlə sağ ol(un), çox sağ ol(un), minnətdaram, təşəkkür edirəm, təşəkkürlər tipli sözlər və ifadələr işlənir. Məsələn:
Sağ olunuz! Sürəyya bacı, sizin sağlığınıza! – dedi və həyatında ilk dəfə içdi.
VI. Üzrxahlıq zamanı. Bu məqsədlə üzr istəyirəm, bağışla(yın), incimə(yin), lütfən və s. tipli söz və ifadələr işlənir. Anarın, S.Əhmədovun, C.Cabbarlının, İ.Hüseynovun əsərlərində üzrxahlıq zamanı işlənmiş müraciət nümunələrinə rast gəlmək olar. Məsələn: İncimə, qağa, vallah açığı, belədir ki, qorxuram
VII. Təsəlli zamanı. Bu məqsədlə müxtəlif söz və ifadələr (dözün, toxtayın, darıxmayın, qorxmayın, arxayın olun və s.) işlənə bilər. Məsələn: Ay Siyavuş, sakit ol bir az
VIII. Təbrik zamanı. Bu məqsədlə təbrik edirəm, gözün aydın, mübarək olsun, afərin, əhsən kimi söz və ifadələr işlənir. Məsələn:
Ay ellər, obalar, gözünüz aydın,
Düşmənin səfləri pozulur bu gün.
Bizim qoç igidlər nərə çəkdikcə,
Zalımın məzarı qazılır bu gün

Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin