Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani



Yüklə 390,98 Kb.
səhifə61/80
tarix19.10.2022
ölçüsü390,98 Kb.
#65493
növüMühazirə
1   ...   57   58   59   60   61   62   63   64   ...   80
M vzu 1 Az rbaycan dilind i g zar v akademik kommunikasiya f

Terminlərdən istifadə
Terminlər bu və ya digər fəaliyyət sahəsinin xüsusiyyətini müəyyənləşdirən söz və söz birləşmələridir. İşgüzar yazışmada istifadə olunan terminlər, ilk növbədə müəyyən sahəyə aid olan terminlərdir və onlar işgüzar ünsiyyətin hansı sahə üzrə aparıldığını əks etdirən predmetdir. Bundan başqa, terminlər idarə fəaliyyəti üçün xarakterikdir.
Konkret terminlərdən istifadə işgüzar ünsiyyətdə böyük əhəmiyyətə malik olan birmənalığı təmin edir.
Təcrübədə terminlərdən düzgün və stabil istifadə edilməsinə terminoloji lüğətlər və qəbul edilmiş stanrtlar hesabına nail olunur. Burada anlayışlar və terminlərin birmənalı sistemi ciddi şəkildə qurulur və terminologiyanın nizamlanmasına kömək edir.
İşgüzar yazışmada terminlərdən istifadə edərkən diqqət etmək lazımdır ki, termin yalnız müəllifə deyil, adresata da aydın olsun. Lazım olarsa:

  • terminin rəsmi tərifi verilməlidir;

  • neytral leksikanın köməyi ilə terminin mənası aydınlaşdırılmalıdır;

  • termin başadüşülən sözlər və ya ifadələrlə əvəz edilməlidir.

İşgüzar məktub etiketi
İşgüzar məktubun etiket qaydaları aşağıdakı işgüzar ünsiyyət normalarına əsaslanır:

  • iş tərəfdaşına nəzakət və hörmət göstərmək;

  • müxtəlif xidməti mövqelər tutan işçilər arasında formal subordinasiyanı gözləmək;

  • tərəfdaşı təhqir etmədən, şəxsiyyətinə toxunmadan öz fikrini bildirmək bacarığı;

  • digər fikirlərə qarşı təmkinli olmaq;

  • ağıllı özünütənqid;

  • iş münasibətlərində dürüst olmaq

  • mübahisəni, polemikanı korrekt aparmaq qabiliyyəti.

İşgüzar yazışmanın ən vacib qaydası cavabı ləngitməmək və korrespondenti gözlətməməkdir. Əgər cavab təyin olunmuş müddət çərçivəsində verilə bilmirsə, adresata cavabın ləngiməsi ilə bağlı məlumat verilməli, üzrlü hesab edilməsi bildirilməli və qəti cavabın veriləcəyi zaman göstərilməlidir.
Gərəksiz məktublar yazmaq lazım deyil. Hansı məsələyə aid edildiyindən asılı olmayaraq, məktub son dərəcə informativ, eyni zamanda da lakonik olmalıdır.
Cavab məktubu hazırlayarkən “Adresat” rekvizitinin tərtib edilməsinə diqqət yetirmək lazımdır: məktub daxil olan məktubu imzalayan şəxsə ünvanlanmalıdır.
Əgər göndərilən cavab məktubu gözlənilən və əhəmiyyətlidirsə, tərəfdaşa ünvanlanan növbəti məktubda cavaba görə təşəkkür bildirilməlidir.
Əgər məktubda edilən xahişin yerinə yetirilməsi mümkün deyilsə, rədd cavabının səbəbi aydınlaşdırılmalı və əvəzinə nə isə təklif edilməlidir, bu, digər bir müəssisəyə və yaxud həmin müəssisəyə, ancaq bir qədər sonra ediləcək müraciət ola bilər.
Giriş (müraciət) və nəticə, nəzakət formulundan istifadə etiketə daxildir.
Lakin saxta nəzakət göstərməyə ehtiyac yoxdur. “Lütfən” və ya “Əziyyət olmasa xəbər edin” kimi ifadələr işgüzar məktublarda yersizdir.
Xidməti məktubların mətnində “mən” və “o” əvəzliklərinin yerinə “biz” və “siz” əvəzliklərindən istifadə etmək lazımdır.

Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin