Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an


Azərbaycan Sultan Həsənin varislərinin hakimiyyəti dövründə



Yüklə 457,4 Kb.
səhifə44/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   ...   40   41   42   43   44   45   46   47   ...   76
FF tarix

Azərbaycan Sultan Həsənin varislərinin hakimiyyəti dövründə

1478-ci ildə Sultan Həsənin vəfatından sonra taxta oğlu Sultan Yaqub çıxdı. Sultan Yaqubun hakimiyyəti dövründə (1478 - 1490) ölkə daxilində nisbi sabitlik hökm sürürdü. Şirvan taxtı ilə ənənəvi dostluq münasibətləri Şirvanşah Fərrux Yasann qızı ilə nigahdan sonra daha yüksək səviyyəyə çatmışdı. Qohumları olan (Sultan Həsən bacısım Şeyx Güneydə, qızını isə onun oğlu Şeyx Heydərə vermişdi) Ərdəbil şeyxləri ilə münasibətləri isə pisləşmişdi. Sultan Yaqub 1480-ci ildə Misir və Suriya hökmdarımn ordusunu məğlubiyyətə uğratmışdı. Sultan Yaqubun ölümündən sonra Azərbaycan Bayandurlu səltənətində hakimiyyət uğrunda mübarizə və siyasi çəkişmələr gücləndi. Taxta çıxan Sultan Baysunquru (1490 - 1492) Bərdə döyüşündə yenən iri əyanlar Sultan Həsənin nəvəsi Rüstəm Mirzəni hakimiyyətə gətirdilər. Rüstəm Mirzə (1492 - 1497) Bayandurlu taxtının ən çox soyurqal paylayan hökmdan kimi yadda qaldı. Əsas məqsədi iri əyanlardan özünə dayaq yaratmaq olsa da, soyurqal alan iri əyanlar get - gedə mərkəzi hakimiyyətə tabe olmaqdan boyun qaçırmağa başladılar. Uğurlu Məhəmmədin Sultan II Mehmetin qızından olan oğlu Sultan Əhməd Osmanlı dövlətinin köməyi ilə 1497-ci ildə Rüstəm Mirzəni hakimiyyətdən uzaqlaşdırdı. Osmanlı dövləti bu yolla Azərbaycan taxt - tacını ələ keçirmək istəyirdi. Tarixdə Gödək Əhməd kimi tanınan bu Sultanın çox qısa, yeddi aylıq hakimiyyəti dövründə bir sıra mühüm islahatlar keçirildi. İlk növbədə mərkəzdənqaçma meyillərinin qarşısım almaq üçün irsi soyurqallann ləğv edilməsinə başlandı. Onun verdiyi fərmanda deyilirdi: “İrsi soyurqallar məhv edilsin və bundan sonra verilməsin”. Sultan Əhməd mərkəzi hakimiyyətə tabe olmayan bəzi iri soyurqal sahiblərini edam etdirdi. Əhalinin vəziyyətini yüngülləşdirmək üçün o, şəriətdə olmayan iyirmiyədək qeyri - qanuni vergini ləğv etdi. İri hərbi əyanlar mövqelərinin daha da sarsılacağından qorxaraq 1497-ci ildə qiyam qaldırdılar, bu islahatçı və ağıllı hökmdan devirdilər. Nəticə acınacaqlı oldu. Daxili siyasi mübarizə daha da gücləndi. 1499-cu (1500-cü il də yazılır) ildə dövlətimizin ərazisi Bayandurlu şahzadələri Əlvənd Mirzə və Murad Mirzə arasında bölüşdürüldü. Dövlətimizin özəyi sayılan Azərbaycan ərazisi Əlvənd Mirzə, Əcəm traqı və Diyarbəkr bölgələri isə Murad Mirzə tərəfindən idarə olunmağa başlandı. Bu bölünmə Bayandurlu sülaləsinin hakimiyyətini daha da zəiflətdi və nəticədə Səfəvilər 1501-ci ildə Əlvənd Mirzənin, 1503-cü ildə isə Murad Mirzənin hakimiyyətinə son qoydular




Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin