Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an


Bayandurlu sülaləsinin hakimiyyəti dövründə Azərbaycanın daxili və xarici siyasəti (1468 - 1501-ci illər)



Yüklə 457,4 Kb.
səhifə42/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   ...   38   39   40   41   42   43   44   45   ...   76
FF tarix

Bayandurlu sülaləsinin hakimiyyəti dövründə Azərbaycanın daxili və xarici siyasəti (1468 - 1501-ci illər)

Bayandurlu tayfası 12 oğuz boyundan biri olmaqla, ta qədimdən Azərbaycanın Göyçə gölü, Qarabağ, Naxçıvan, Alagöz dağları və Arazdan cənubdakı torpaqlarında yaşayırdı. Bayandurlu tayfa birliyinə pomək, əfşar, bayat, qacar, dügər, hacılı və digər oğuz boyları daxil idi. Bayandurlu nəslinin nümayəndəsi Qara Yuluq Osman (1394 - 1434) 1402-ci il Ankara savaşından sonra Diyarbəkr bəyliyini yaratmış və öz adından pul kəsdirmişdi. 1453-cü ildə bəyliyin başına keçən Həsən bəy qısa müddət ərzində Bayandurlulara bağlı olan bütün oğuz türk boylarını siyasi baxımdan birləşdirmiş və hərbi qüwə toplayaraq Cahanşaha qarşı mübarizəyə başlamışdı. O, 1467-ci ildə Muş döyüşündə Azərbaycan hökmdarı Cahanşaha qalib gəldikdən sonra Təbrizdə onun oğlu Həsənəlinin də müqavimətini qırıb şəhəri ələ keçirmişdi. Beləliklə, Azərbaycan dövlətində yeni - Bayandurlu sülaləsinin hakimiyyəti başladı. Bu sülalənin dövründə bütün Cənubi Azərbaycan, şimalda Kür çayına qədər bütün Qarabağ, Ərəb İraqı, Əcəm İraqı dövlətimizin tərkibinə daxil idi. Dövlətimizin başçısı Sultan Həsən 1468-ci ildə Təbrizdə taxta çıxarkən II Mehmetə məktubunda yazırdı: “İndi bütün Azərbaycan, İraq, Fars, Kirman, Şiraz, Ərəb İraqı bizim hökmümüz altındadır.” Müəyyən vaxtlarda Tiflis də daxil olmaqla. Şərqi Gürcüstan da dövlətimizin tərkibində olmuşdur. Təbriz isə paytaxt şəhər statusunu saxlamışdı. Dövrünün görkəmli siyasətçisi və cəsur sərkərdəsi olan Həsən padşahın hakimiyyətə gəlməsi xalqımız tərəfindən rəğbətlə qarşılandı. Ancaq Teymuri hökmdarı Əbu Səid Azərbaycanla bağlı planların alt - üst olduğunu görüb, 1468-ci ildə böyük ordu ilə ölkəmizə hücum etdi. Həsən padşah bütün siyasi, hərbi və diplomatik bacarığını işə salaraq Şirvanşah Fərrux Yasar və Ərdəbil hakimi Şeyx Heydərlə Teymurilərə qarşı ittifaq yaratdı. 1469-cu ildə Muğan düzündə Mahmudabad döyüşündə Əbu Səidin qoşunları darmadağın edildi və bununla da dövlətimiz üçün əsas təhlükələrdən biri aradan qalxdı. Sultan Həsən Əbu Səidi məğlub etdikdən sonra Teymuri xanədanı üzərində siyasi təsirini gücləndirməyə çalışırdı. II Mehmetə məktubunda bununla bağlı yazırdı: “Böyük padşah sultan Hüseyn Bayqaradan bizə elçi heyəti gəldi. Onlar pullannı və xütbəni bizim hümayun adımızla bəzədilər və öz itaətlərini göstərdilər.” Sultan Həsən böyük bir qoşun yollayaraq Xorasan vilayətini Herat hakimi Hüseyn Bayqaranın əlindən aldı və vassalı olan Teymuri xanədanının üzvü, şahzadə Yadigar Məhəmmədi Herat şəhəri daxil olmaqla, Amudərya çayından Hindistan sərhədlərinə qədər olan torpaqlara hakim təyin etdi. O, Xorasanın idarəsini də Yadigar Məhəmmədə tapşırmışdı.

Sultan Həsən mərkəzi hakimiyyəti gücləndirmək üçün hərbi köçəri əyanların müqavimətini qırmağa və ölkənin iqtisadi inkişafını təmin etməyə çalışırdı. Dövlətin maliyyə - vergi sistemində atılan ən mühüm addım “Qanunnamə”nin verilməsi oldu. Məqsəd vergi sistemini qaydaya salmaq və bu sahədə məmurların və əyanların özbaşınalıqlarına son qoymaqdan ibarət idi. Hətta XVI əsrdə, Səfəvilərin dövründə belə bəzi dəyişikliklərlə qüvvədə qalan bu “Qanunnamə” ilə əhalidən alman vergilərin əsas növləri dəqiqləşdirildi və onun həcmi azaldıldı. Monqollardan qalan və sənətkarlığın, ticarətin inkişafına əngəl olan tamğa vergisinin həcmi yarıya qədər azaldıldı, karvansaralardan alman gömrük (bac) vergisi dəqiqləşdirildi. Sultan Həsən Azərbaycanın şəhər və bölgələrini inkişaf etdirmək üçün böyük pul vəsaitləri ayırırdı. Onun dövründə Təbriz, Sultaniyyə və Şamaxı ən böyük ticarət mərkəzləri kimi fəaliyyət göstərirdi. Təbriz şəhərinin illik gəliri 87500 tümən, Şamaxının isə 11300 tümən olmuşdu. Mənbələrdə “ədalətli sultan” adlandırılan Həsən padşah Azərbaycanda elmin, təhsilin və ümumilikdə mədəniyyətin inkişafına xüsusi qayğıyla yanaşırdı. Onun dövründə Təbriz saray kitabxanasının fəaliyyəti genişlənmiş və Təbriz miniatür məktəbi daha da inkişaf etmişdi.


Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin