XV əsrdə Azərbaycanın sosial - iqtisadi həyatı
XV əsr Azərbaycanının təsərrüfat həyatı haqqında ən dolğun məlumatlar Azərbaycan coğrafiyaşünası Əbdürrəşid Bakuvi, rus səyyahı Afanasi Nikitin, Venesiya elçiləri Ambroco Kontarini, İosafat Barbaro və alman səyyahı İohan Şiltberker tərəfindən verilmişdir. Azərbaycanın ipəkçilik təsərrüfatı beynəlxalq əhəmiyyət daşıyırdı. Şirvan ipəyi Avropa və Asiya ölkələrində böyük şöhrət qazanmışdı. 1475-ci ildə Şamaxıda olan A.Kontarini xatirələrində qeyd edirdi ki, Avropa və Asiya ölkələrində Şirvan ipəyindən əla məxmər hazırlanır. Şamaxıda hazırlanan ipək Venesiyada “talaman ipəyi” adı ilə məşhur idi. Şiltberker Şirvan ipəyindən Dəməşqdə, Kaşanda, Bursada, Venesiyada və başqa şəhərlərdə yaxşı parçalar hazırlandığını, əla məxmər toxunduğunu qeyd edirdi. Gözəl ipək parçalar, güləbətin, pambıq, bez, qumaş parçalar və qiymətli daşlar Şamaxı bazarında satılan əsas mallar idi. Şamaxıdan xam ipək, ipək parçalar Moskva dövlətinə, Venesiyaya, Kiçik Asiya, Suriya, İraq və başqa ölkələrə ixrac olunurdu. Avropa ölkələri (Venesiya Respublikası, Roma papalığı, Neapol krallığı, Avstriya, Macarıstan, Çexiya, Alman dövlətləri, Burqundiya hersoqluğu və s.) Azərbaycanla geniş ticarət əlaqələri saxlayırdılar.
XV əsrdə Azərbaycanın dövlət başçıları padşah titulu daşıyırdılar. Şirvanda isə dövlət başçısı şah adlamrdı. Həsən padşah Osmanlı və Teymuri hökmdarlan kimi sultan titulunu qəbul etmişdi. Dövlətimizdə baş komandan əmir-əl-üməra (əmirlər əmiri) adlanır, padşahdan sonra ikinci şəxs sayılırdı. Sonrakı yeri mövlana (ağa) ləqəbini daşıyan sədr - əzəm tuturdu. O, ruhanilərə, vəqflərə, mədrəsə və dini müəssisələrə, onlardan vergi toplanılmasma və məhkəmə işlərinə başçılıq edirdi. Sonra baş vəzir gəlirdi. O, daxili idarə və xarici işlərə, maliyyə məsələlərinə nəzarət edirdi. Ölkə əyalət - vilayət, tümən və nahiyələrə bölünürdü. Orduda ali rütbəli şəxs əmir adlanırdı. Ordunun sıravi heyəti süvarilər, oxatanlar və xidmətçilərdən ibarət idi. Bayandurlu sülaləsinin hakimiyyəti dövründə Şirvanşahlıqla birlikdə Azərbaycan ordusunda 160 min döyüşçü var idi. Torpaq sahibi və vergilər. XV əsrdə torpaq mülkiyyətinin beş əsas forması var idi: 1. Divan (dövlət). 2. Xassə (sülalə). 3. Mülk (irsi). 4. Vəqf (dini). 5. Soyurqal.
Soyurqal iqta əvəzinə verilən və irsən keçən torpaq idi. Soyurqal sahibi inzibati, vergi və məhkəmə toxunulmazlığı hüququna malik idi. Soyurqal sahibinin belə geniş hüquqa malik olması onun dövlət üçün saxladığı hərbi dəstənin bütün xərclərinin özü tərəfindən ödənilməsi ilə bağlı idi. Kəndlilərin ümumi istifadəsində olan icma torpaqlan dövlət xəzinəsinə məxsus idi.
Şirvanşah Fərrux Yasann 1474-cü ildə imzaladığı sənəddə 5, Bayandurlu şahzadəsi Qasımın 1498-ci ilə aid soyurqal sənədində 31 verginin adı çəkilmişdir. Uzun Həsənin “Qanunnamə” sinə əsasən kəndlilərdən məhsulun 1/5 hissəsini təşkil edən malcəhət adlı məhsul vergisi alınırdı. Kəndlilər sudan istifadəyə görə bəhrə, maldarlar otlaqdan istifadəyə görə çobanbəyi, sənətkar və tacirlər tamğa və bac vergisi ödəyirdilər. Xiristian əhalidən can vergisi alınırdı.
Səhərlər və ticarət XV əsrin 30 - 80-ci illərində Cahanşahm, Sultan Həsənin və Sultan Yaqubun hakimiyyətləri dövründə Azərbaycanın şəhər həyatında canlanma baş vermişdi. İspan səyyahı Klavixo Təbrizi ölkənin ən böyük şəhəri kimi göstərmişdi. XV əsrin ikinci yarısında Xəzər dənizində əsas limana çevrilən Bakı Moskva və Mərkəzi Asiya ilə ticarətdə mühüm rol oynayırdı. Təbriz, Gəncə, Ərdəbil, Şamaxı şəhərləri toxuculuq və ipəkçilik mərkəzləri kimi tanınmışdı. Təbriz və Şirvan xalçaları bütün dünyada məşhur idi. Dulusçuluğun ən böyük mərkəzi Təbriz idi. Venesiya elçisi Kontarini Şamaxının zəruri məhsulların çoxluğu baxımından Təbrizdən də əlverişli olduğunu qeyd etmişdir. Qərblə ticarətdə Azərbaycan ipəyi xüsusi rol oynayırdı.
XV əsr Azərbaycan mədəniyyəti
Bu dövrdə Azərbaycanda əsas təhsil müəssisələri məktəb və mədrəsələr idi. Dövrün böyük filosofu Nəsimi idi. Nəiminin davamçısı olan digər filosof Əbdülhəsən Əli-ül-Əla hürufiliyi yayırdı. XV əsrdə coğrafiya və tarix elmi də inkişaf edirdi. Azərbaycan coğrafiyaşünası Əbdürrəşid Bakuvi Azərbaycan tarixinə və coğrafiyasına həsr edilmiş çox qiymətli əsər yazmışdır. Şamaxılı filosof və münəccim (astronom) Seyid Yəhya Bakuvi, coğrafiyaçı və tarixçi Cəlaləddin Məhəmməd Dəwani kimi alimlər də həmin dövrdə yaşayıb - yaradırdılar. Əbdülqadir Marağayi Yaxın və Orta Şərqdə geniş yayılmış muğamlar və mahnılar yaratmışdı. Azərbaycan rəssamlarından Əmir Dövlətyar, Əbdül Müşavir daha məşhur idilər.
XV əsrdə Bakıda Şirvanşahlar saray kompleksi inşa edilmişdi. Bu kompleksdə divanxana və “Bayıl daşları”nm bədii tərtibatı diqqəti cəlb edir. 1465-ci ildə Cahanşahm əmri ilə Təbrizdə Göy məscid. Yaqub padşahın əmri ilə 1483-cü ildə “Həşt behişt” adlı saray kompleksi. Sultan Həsənin əmri ilə Təbrizdə Qeysəriyyə (Örtülü bazar) və Həsən padşah camesi ucaldılmışdı. XV əsrin ən görkəmli memarlıq abidəsi Şirvanşah I Xəlilullah tərəfindən Bakıda inşa etdirilmiş Şirvanşahlar saray kompleksidir. Divanxana, Seyid Yəhya Bakuvinin məqbərəsi. Şirvanşah I İbrahimin anası və oğlu üçün hazırlanmış qəbir və Şah məscidi memarlıq baxımından çox qiymətli abidələrdir. XV əsr Azərbaycan memarlıq abidələrindən Dərbənddə tikilmiş “Darülqiyamət” adlı qalanı (1421 - 1422), Dərbənd divarlannm “Qırxlar” qapısını, Bakıda İçərişəhərdə tikilmiş “Cümə məscidi”ni (1438 -1439), Qəbələ rayonu Həzrə kəndində ucaldılmış Şeyx Bədrəddin məqbərəsini (1447), Mərdəkanda Tubaşah məscidini, Səngaçalda (Bakının 40 km - də) tikilmiş karvansaranı göstərmək olar. Mərəzə kəndindəki iki hissəli gümbəzə malik Diribaba məqbərəsi və Şamaxıdakı “Yeddi gümbəz” türbəsi həmin dövrün özünəməxsus memarlıq nümunələrindən sayılır.
Dostları ilə paylaş: |