Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an


Azərbaycan ərazisində ibtidai icma quruluşu



Yüklə 457,4 Kb.
səhifə5/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   76
FF tarix

Azərbaycan ərazisində ibtidai icma quruluşu. Azərbaycan ərazisi dünyanın ən qədim mədəni ocaqlarından biridir. Əlveriş-li təbii-coğrafi şəraitə, zəngin flora və fauna aləminə, mülayim iqlimə malik olan Azərbaycan yer kürəsində İbtidai insanın formalaşdığı rayonlar sırasına daxildir. Aparılmış tədqiqatlarla müəyyən olunmuşdur ki, hələ 2 milyon il əvvəl Azərbaycan ərazisində ən qədim insanlar yaşamışdır. 1939-cu ildə Qərbi Azərbaycanla Şərqi Gürcüstanın sərhədində Qarayazının qərbində Ceyrançöl və Eldar düzənliyi-nin mərkəzi hissəsində, Udabno adlı yerdə ən qədim insanının (dişlərinin) tapıl-ması buna sübutdur. Həmin dövr geoloji bölgədə üçüncü dövrlə uyğun gəlir. Beləliklə üçüncü geoloji dövrdə Zaqafqaziya, o cümlədən Azərbaycan ərazisində insanın təşəkkülü üçün əlverişli şərait olmuşdur. İnsanın təşəkkülü və formalaşması dördüncü geoloji dövrlə bağlıdır ki, bu dövrün də 4 milyon ildən artıq olması müəyyənləşdirilmişdir.

Bəşər cəmiyyətinin ilkin inkişaf mərhələsi İbtidai icma cəmiyyəti adlanır. İbtidai-icma cəmiyyəti başqa dövrlərə nisbətən uzun müddət davam etmişdir. İbti-dai icma cəmiyyəti ilk insanların yaranması ilə başlamış və uzun inkişaf yolu keç-mişdir. İbtidai-icma cəmiyyətinin inkişafı və dağılması hər bir ölkənin təbii-coğrafi şəraiti, təbii ehtiyatları və başqa amillərlə bağlı olmuşdur.

İbtidai-icma cəmiyyəti şərti olaraq üç dövrə ayrılır: Daş dövrü, Tunc dövrü, Dəmir dövrü.

Əlverişli təbii-coğrafi mühit olan yerlərdə (şirin su qaynaqlarının, bitki və heyvanlar aləmi zəngin olan, təbii mülayim iqlim və sığınacaqların olduğu yerlər) qədim insanlar məskən salaraq həyat sürmüşlər.Azərbaycan belə ərazilərdən biri olmuşdur.Dünyada ən qədim insan tiplərinin qalıqları Şərqi Afrikada (Keniya, Tanza-niya) tapılmışdır. Alimlər bu qalıqlara əsasən belə müəyyən etmişlər ki, ən qədim insanlar 2,5 milyon il bundan əvvəl yaşamışlar.

Azərbaycanda isə ilk insanlar 2,1 - 2,4 milyon il bundan əvvəl yaşamışlar. Arxeoloqlar Azərbaycan ərazisində - Qarabağ (Azıx, Tağlar, Zar) Naxçıvan (Qaz-ma), Qazax (Daşsalahlı, Damcılı), Lerikdə (Buzeyir) qədim insanların yaşadığı məskənləri öyrənmişlər.Daş dövrü bir neçə mərhələdən ibarət olmuşdur. Qədim daş dövrü – paleolit, orta daş dövrü – mezolit, yeni daş dövrü – neolit, mis daş dövrü – eneolit adlanır.

İbtidai icma cəmiyyətinin ilkin pilləsi olan Paleolit dövrü üç mərhələyə bö-lünür: Alt Paleolit, Orta Paleolit və Üst Paleolit.

Alt Paleolit ilk insan tipinin yaranmasından başlayaraq 100 min il bundan əvvələ qədər davam etmişdir. Azərbaycan ərazisində alt paleolit mərhələsi Qarabağda Quruçay vadisində yerləşən Azıx mağarası əsasında öyrənilmişdir.

Azıx, Tağlar Azərbaycanda ən qədim paleolit düşərgələri sayılır. Azərbaycanda ən qədim daş alətlər Azıx mağarasında tapılmışdır. «Quruçay mədəniyyəti» nə aid edilən bu alətlər təxminən 1,5 milyon il bundan əvvəl Azərbaycanda bacarıqlı insanın yaşadığını sübuta yetirir. Həmin alətlər belə söyləməyə imkan verir ki, Avroasiya ərazisində ilkin insan yurdu bizim Vətənimizdə- Azərbaycanda tapılmışdır.

Bacarıqlı insan əmək alətləri düzəldə və ondan istifadə edə bildiyinə görə belə adlanmışdır. Alt paleolitdə bacarıqlı insanların məcburi şəkildə birləşdiyi ibtidai insan dəstələri sadə əmək alətləri düzəldir, hazır təbiət məhsulları ilə qidalanır, yığıcılıq və ovçuluqla məşğul olurdular. Təxminən 700 min il bundan əvvəl Azərbaycanda insanlar od əldə etməyi və onu qoruyub saxlamağı bacarmışlar. Azıx mağarasında dünyada ən qədim ocaq yeri tapılmışdır. Azıx mağarasının qədim sakinlərinin daha düşüncəli və bacarıqlı olması ocağın ətrafında divar hörməsində özünü göstərir. Mağarada tapılmış insanın alt çənə sümüyü 350-400 min il bundan əvvələ aiddir. Çənə sümüyünün aid olduğu insan Azıxantrop (Azıx adamı) adlanır. Bu tapıntı Azərbaycanın dünyada ən qədim insan ocaqlarından biri olmasının göstəricisidir. Azıx mağarası (ən qədim türk dillərində ayı deməkdir). Quruçayın sol sahilində dəniz səviyyəsindən 1000 m hündürdə yerləşir. Mağara bir-biri ilə dar keçidlərlə birləşən 6 salondan ibarətdir. Azıx mağarası aşağı paleolit dövrünə aid nadir mağaralardandır. Oradan 1968-ci ildə Aşel dövründə yaşamış ibtidai insanın çənə sümüyü tapılmışdır.Bu tapıntı Azərbaycanın qədim insanların formalaşdığı əraziyə daxil olduğunu sübut edir.

Azıx mağarası arxeoloji cəhətdən 1960-cı ildən M.Hüseynov tərəfindən öyrənilir.Qalınlığı 10-14m olan 10 təbəqə aşkar edilmişdir.

Birinci təbəqə Eneolit dörünə aiddir. Aşağı paleolitə aid olan 3,5,9 təbəqələrdən 15 mindən çox daş məmulatlar əldə edilmişdir. 6-cı təbəqədə ibtidai üsulla qəlpələnmiş çapacağa oxşar alətlər tapılmışdır. Bu alətlər aşell dövrünə aid edilir. 2 və 4 cü təbəqələrdə arxeoloji material tapılmamışdır.

Aşağı paleolitə aid təbəqələrdən tapılan 30 mindən çox daşlaşmış heyvan və balıq sümüyü mağara sakinlərinin yığıcılıqla bərabər ovçuluqla və balıqçılıqla məşğul olduqlarını sübut edir. Fauna qalıqları içində 35 növ heyvan sümüyü aşkar edilmişdir. Eyni zamanda 4 ocaq yeri tapılmışdır. Azıx mağarasındakı bu tapıntılar sübut edir ki,bu ərazidə 1milyon il əvvəl yaşayış olmuşdur. Kür Araz çayları vadisində Quruçay dərəsinin sol sahilindəki Tuğ çökəkliyində yerləşən Azıx mağarası qədim dövrün mədəni abidəsi kimi YUNESKO-nun siyahısına düşüb. Lakin 1992-ci ildən Ermənistan Respublikasının işğalı altına düşən bu abidə ermənilər tərəfindən tamamilə dağıdılaraq talan edilmişdir




Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin