Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an



Yüklə 457,4 Kb.
səhifə9/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   76
FF tarix

Neolit. Mezolit (orta daş dövrü) o qədər uzun sürməmişdir.Yeni daş dövrü ilə əvəz olunmuşdur. Bu yeni daş dövrü Neolit adlanır. Yeni daş dövründə istehsal təsərrüfatı və onun əsas sahələri olan əkinçilik və maldarlıq meydana çıxmışdır. İstehsal təsərrüfatının yaranması elmi ədəbiyyatda «neolit inqilabı» adlanır. İstehsal təsərrüfatının yaranması elmi ədəbiyyatda «neolit inqilabı» adlanır. Bu inqilabın nəticəsində insan ərzaq ehtiyatı üzərində ilk dəfə idi ki, nəzarət etmək imkanı qazanırdı. Azərbaycanda istehsal təsərrüfatına keçid e.ə. VII minilliyə təsadüf edir. Qobustanda tapılan daş toxalar, dən daşları, biçin bıçaqları və çin dişləri ilk əkinçilik alətləri hesab olunur. Neolitdə insanlar daşların deşilməsi və cilalanması üsullarını mənimsəmişdilər. Gəncə-Xanlar bölgəsində arxeoloci abidələrin öyrənilməsi göstərir ki, Azərbaycandakı neolit adamı artıq daşı novçalı şəklə sala, burma üsulu ilə deşə bilirirdi. Əsas əmək aləti kimi toxadan istifadə olunduğundan belə əkinçilik toxa əkinçiliyi adlanırdı. Bu dövrün maldarlığı isə ev maldarlığı olmuşdur.Neolitdə istehsal təsərrüfatının yaranması ilə bağlı olaraq əkinə yararlı düzən torpaqların məskunlaşmasına başlanmışdır. Əhalinin oturaq həyata – kənd təsərrüfatı yaşayışına keçməsi üçün imkan yaranmışdır. Təbriz yaxınlığındakı Yanıqtəpə və Sulduz düzündəki Hacı Firuz abidələri son neolitdə (e. ə. VI minillik) Azərbaycanda oturaq əkinçi-maldar təsərrüfatının yayıldığını sübut edir. Bu zaman möhrə və ya çiy kərpiclə hörülmüş evlərdən kəndlər salınırdı. Azərbaycan ərazisində bu dövrə aid Gəncə yaxınlığında Gillidağ, Qazaxda Damcılı mağarası, Qobustanda "Ovçular zağası", "Anazağa" və "Firuz" düşərgələ-ri kimi abidələr öyrənilmişdir. Təbriz yaxınlığında yerləşən Yanıqtəpə (kiçik təpə) və Urmiya gölünün cənubundakı Hacı Firuz abidələrinin alt təbəqələri də neolit dövrünə aiddir.

Bu dövrün abidələrindən biri də Naxçıvan şəhərindən 8 km şimal-şərqdə, Babək rayonunun eyni adlı kəndi ərazisində tədqiq olunmuş I Kültəpədir. Ərazi-nin təbii şəraiti I Kültəpə sakinlərinin fəaliyyəti üçün hərtərəfli imkan yaratmışdır. Abidə dağətəyi ərazidə, dağlıq zonadan 10-15 km məsafədə salınmışdır.

Neolit dövrünün əsas nailiyyətlərindən biri də saxsı (gil) qab istehsalının- dulusçuluğun yaranmasıdır. Əkinçilik və heyvandarlıq məhsullarını uzun müddətə saxlamaq zərurəti saxsı qabların istehsalına böyük təlabat yaratmışdır. Neolit adamı gili əli ilə istənilən qab formasına salaraq onu qurutduqdan sonra odda bişirirdi. Bu çağacan insanlar suyu yığıb saxlamaq, yemək bişirmək üçün Qobustan qayaları üstündə indiyədək qalan daş oyuqlarından istifadə edirdi. Neolitin sonunda saxsı qablar görünüşcə daha mükəmməl formada hazırlanırdı və hətta boya ilə naxışlanırdı. Azərbaycanda «ev peşələri» sayılan toxuculuq, tikinti və hörgü işi də neolit dövründə meydana çıxmışdır.

Neolit dövründə əhali oturaq həyat sürmüş,ovçuluq və balıqçılıqla da məşğul olmuşlar. Gillidağ adlı yerdə (Gəncə yaxınlığında) qədim çaxmaqdaşı istehsalı ilə bağlı izlər,çoxlu məhsullar hazırlanmışdır. Saxsı qablar istehsalı ərzaq ehtiyatının saxlanılmasını asanlaşdırmış, məişətin bütün sahələrində əsaslı dəyişikliyə şərait yaratmışdır. Saxsı qablar 133 nömrəli Gəncəçay düşərgəsində, Təbriz yaxınlığındakı Yanıqtəpə və Urmiya gölü yaxınlığındakı Firuztəpə abidələrinin müvafiq təbəqələrində daha çox məlumdur. İlk dəfə tikinti və hörgü işləri də neolitdə meydana çıxmışdır. Artıq bu dövrdə möhrə və ya çiy kərpiclə hörülmüş evlərdən kəndlər salınırdı.Neolit dövründə qəbilələrin birləşməsi zəminində tayfalar meydana gəlir, qəbilə dilləri tayfa dilləri ilə əvəz olunur. İnsanlar özlərinə lazım olan maddi nemətləri əldə etmək üçün daha mükəmməl alətlər hazırlamağa çalışırdılar.




Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin