Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an



Yüklə 457,4 Kb.
səhifə10/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   76
FF tarix

Eneolit dövrü. Neolit dövrünün sonlarında insanlar təsərrüfat və məişətdə metal əşyadan istifadə etməyə başlayırlar. Bu ilk metal mis olmuşdur. Mis məmulatının meydana çıxdığı bu dövr eneolit (mis-daş) dövrü adlanır və e.ə. VI-IV minillikləri əhatə edir.O zamanlar Azərbaycanca sakin olan tayfalar Gədəbəy, Daşkəsən, Yuxarı Qarabağ ərazilərində olan mis yataqlarından istifadə edirdilər.

Azərbaycanin ərazisində eneolit dövrünə aid 60-dan çox yaşayış məskəni aşkar edilmişdir. Bunlardan I-Kültəpə (Naxçıvan), İlanlıtəpə (Mil-Qarabağ), Çalağantəpə, Qaraköpəktəpə, Zərgərtəpə (Muğan düzü) və başqa yaşayış yerlərini göstərmək olar. Bu ərazilərdən misdən hazırlanmış əşyalar-kiçik əyri bıçaq, nizə ucu, qayıq, bəzək əşyaları və s. şeylər tapılmışdır.

Eneolit dövrü əhalisi əkinçilik və maldarlıq, ev sənətkarlığının müxtəlif sahələri (dulusçuluq, daş və sümükişləmə, toxuculuq və s.), habelə balıqçılıqla məşğul olurdu. Dəmyə (təbii suvarma) əkinçiliyi geniş yayılsa da, süni suvarma əkinçiliyin izlərinə Mil düzündə şahtəpə yaşayış yerində rast gəlinmişdir. Taxıl bitkisinin 10-a qədər növü (buğda, arpa, darı, vələmir, çöl noxudu və s.) becərilirdi.

Bu dövrdə dulusçular qabların davamlılığını artırmaq üçün gilin tərkibinə xırda doğranmış saman və başqa qatışıqlar əlavə etmişlər. İnsanlar parça toxumağı və gön dərini emal etməyi bacarırdılar.

Azərbaycanın enolit dövrü əhalisi qonşu tayfalarla, həmçinin Ön Asiyanın qədim mədəniyyət mərkəzləri ilə ünsiyyətdə olmuşlar.

Enolit dövrüdə Azərbaycanda həm ictimai-sosial, həm iqtisadi, həm də mədəni həyatda mühüm dəyişiklik və irəliləyiş baş vermişdi. Azərbaycanda atçılığın 7 minillik tarixi vardır və Azərbaycan atın ev heyvanı kimi bəslənməsi sahəsində Avrasiyada ən qədim ocaqlardan biridir. Mis dövründə sosial ictimai həyat tərzi və dünya görüşündədə mühüm dəyişikliklər baş verdi. Qədim Şərqdə olduğu kimi ölünün yaşayış yerində və ya divarın dibində dəfn etmək adəti var idi. Əliköməktəpədə (Cəlilabadda) 20-dək qəbirdə ölü qırmızı boya ilə boyanmış, həsirə bükülərək qəbirə sağ və ya sol böyrü üstə gömülmüş, üzünün qarşısına isə su qabı (cam) qoyulmuşdu. Şomutəpə və Əliköməktəpədə tapılan üzüm tumları Azərbaycanda üzümçülük təsərrüfatının eneolitdən başladığını göstərir.

Qoşa nigahlı ailənin meydana çıxması və möhkəmlənməsi istehsal vasitələri üzərində irəliyə doğru mühüm addım idi. Maldarlıq və əkinçiliyin sürətli inkişafı ilə təsərrüfatda habelə ictimai həyatda kişilərin mövqeyi möhkəmləndi.

İbtidai cəmiyyətin həyatında və təsərrüfatında kişinin üstün mövqe qazanması nəticəsində eneolit dövründə anaxaqanlıq başa çatmış və öz yerini patriarxata (ataxaqanlığa) vermişdir.



Tunc dövrü. Tunc dövrü erkən, orta və son adlanan üç mərhələdən keçmişdir. Azərbaycan türkləri onunla öyünməlidirlər ki, Cənubi Qafqazın əsas eneolit və tunc dövrü mədəniyyətini onlar yaratmışlar. Cənubi Qafqazda tapılmış 150-dən çox eneolit və tunç dövrünə aid abidənin üçdə ikisindən çoxu Azərbaycanın payına düşür.

Eneolitin son mərhələsində metallurgiya sahəsində baş verən dəyişiklik yerli tayfaların həyatında yeni daha mütərəqqi mərhələnin – Tunc dövrünün başlanğıcığını qoydu. Bu dövr 3 min ilə qədər davam etmiş və e.ə. IV-II – minillikləri əhatə etmişdir.

Azərbaycan ərazisində Tunc dövrü bir neçə inkişaf mərhələsi keçmişdir. Şərti olaraq onlar ilk, orta və son Tunc dövrləri adlanmışlar. Erkən (ilk) tunc dövrü Kür-Araz mədəniyyəti də adlanır. Bu mədəniyyətin əsas təşəkkül və yayilma sahəsi Kür-araz ovalığı olsada bu mədəniyyətin izlərinə Anadolu yaylası, İran, Suriya, Şimali Qafqaza qədər ərazilərə də yayılmışdır. E.ə. III minilliyin birinci yarısında toxa əkinçiliyi xış əkinçiliyi ilə əvəz olunmuşdu. Nəticədə dağətəyi bölgələrdə də əmək məhsuldarlığı yüksəldi. Düzən yerlərdə süni suvarma əkinçiliyi, dağətəyi və dağlıq yerlərdə isə dəmyə əkinçiliyi geniş yayılmışdı

Erkən tunc dövründə ev maldarlığından köçmə, yaylaq maldarlığına keçid baş vermişdir. Bununla əlaqədar olaraq yalnız heyvandarlıqla məşğul qəbilələr meydana çıxırdı. Əkinçilik və maldarlığın bir-birindən ayrılaraq müstəqil sahələr kimi fəaliyyət göstərməsi ibtidai-icma cəmiyyətinin tarixində birinci ictimai əmək bölgüsü adlanır.

Tunc dövründə ana nəsli ata nəsli ilə (patrixal) əvəz edilməyə başlayır. Patriarxal ailə münasibətləri genişlənməyə başlayır.

Erkən tunc dövrünün mühüm yeniliklərindən biri metallurgiya və metalişləmənin sürətlə inkişafıdır. Beləki, metallurgiya və metalişləmə ilə bağlı texnoloji proseslərin bütün mərhələlərini əks etdirən arxeoloji materiallar (soba, buta, parç, qəliblər) tapılmışdır. Məsələn Babadərviş yaşayış məskənində soba açılıb öyrənilmişdir. Tunc dövrünün abidələri Xocalı, Gədəbəy, Daşkəsən, Gəncə, Mingəçevir, Şəmkir, Naxçıvan və başqa ərazilərdə aşkar edilmişdir. Şəmkir və Mingəçevirdə tunc baltalar və nizə ucları hazırlamaq üçün daş qəliblər aşkar edilmişdir.

Dini ayinlərin icrası üçün ibadətgahlar tikilmişdir. Xaçmaz rayonundakı Sərkərtərə yaşayış məskənində dairəvi planlı böyük ibadət evi aşkar edilmişdir. Bina səliqə ilə suvanaraq, əhənglə ağardılmışdır. Divarın qarşısında ibadət mehrabı qurulmuşdur. Belə ibadət evləri Qazax rayonunda Babadərviş və Naxçıvan yaxınlığında Kültəpə yaşayış yerlərində də vardır.

E.ə. III minillik insanların həyatında əmlak bərabərsizliyinin ilkin əlamətlərinin üzə çıxdığı, həmdə ilkin tayfa birliklərinin yarandığı dövr kini xarakterizə olunur. Belə ki, bu dövrdə Azərbaycanın cənubunda kuti, lullubi tayfa birlikləri və Kür-Araz vadisində daha bir tayfa birliyi meydana çıxmışdı.




Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin