Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an



Yüklə 457,4 Kb.
səhifə7/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   76
FF tarix

Üst paleolitdə (40 min il –14 min il əvvəl) ağıllı insan meydana çıxması ilə Azərbaycanda qəbilə icması formalaşmağa başladı. Qəbilə icmasında ibtidai yaşayış daha sabit və davamlı şəkil aldı. Bir neçə qəbilənin birləşməsi ilə tayfa yarandı. Qan qohumlarından ibarət tayfa birgə təsərrüfat aparır, öz ərazisində bütün təbii ehtiyatlardan birgə istifadə edirdi. Bu zaman istehsal vasitələri və məhsul üzərində ümumi mülkiyyət mövcud idi; birgə əmək və birgə yaşayış qaydaları hökm sürürdü. Qəbilə icmasının ictimai həyatı və təsərrüfatında eneolitin sonunadək (e. ə.VI minillik) qadın aparıcı yer tutmuşdur. Yalnız ovçuluq və balıqçılıqla məşğul olan kişilərdən fərqli olaraq qadınlar yem toplayır, ev işləri görür, odu qoruyur və uşaqların qayğısına qalırdılar. Qəbilədə qadın, ana üstün yer tutduğuna, nəsil ana xətti ilə getdiyinə görə həmin dövr matriarxat (anaxaqanlığı) adlandırılmışdır.

Azərbaycan arxeologiyasının nailiyyətlərindən biri orta daş dövrü (Mezolit) məsələsidir. Bu dövr e.ə XII-VIII minillikləri əhatə edir. Tapıntılar göstərir ki, bu dövrün sakinlərinin əsas peşəsi ovçuluq olmuşdur. Ox və yaydan istifadə edən mezolit dövru insanları, papeolit dövrü insanlarına nisbətən xeyli inkişaf etmişdir.

Mezolit dövründə insanlar heyvanları əhlilləşdirməyə başlaması ilə ibtidai heyvandarlığın əsası qoyulmuşdur. Bununla yanaşı ilkin əkinçilik vərdişlərinə yiyələnən insanlar ibtidai əkinçiliyin də əsasını qoymuşdular. Beləliklə, mənimsəmə (və ya istehlak) təsərrüfatından istehsal təsərrüfatına keçidb aş vermişdir. Azərbaycanda Mezolit dövrü əhalisinin yaşayışı, məşğuliyyəti Qobustan abidələri («Öküzlər», «Ana Zağa», «Firuz» və s.) əsasında öyrənilmişdir. Burada insanlar təxminən e.ə. 12-ci minillikdən yaşamışlar. Qobustanda insanlar ovçuluq, balıqçılıq və yığıcılıqla, zaman keçdikcə isə maldarlıq və əkinçiliklə məşğul olmuşlar. Qədim Qobustanlılar mikrolif (kiçik ölçülü) lövhələrdən iti uclu, gəzli, bıçaqvari, qaşov tipli kəsici alətlər hazırlamışlar. Alətlərin çoxusu həndəsi formalıdır (üçbucaqlı, dördbucaqlı və s.). Sümükdən biz, ox ucu, balıq torunun toxunulmasında istifadə olunan alətlər hazırlamışlar.

Azərbaycanda mezolit dövrü Qobustan və Damcılı (Qazaxda) düşərgələri əsasında öyrənilmişdir. Qobustan qayaüstü rəsmlərində qədim insanların ov səhnələri ilə yanaşı, totem-ovsun inancları da təsvir olunmuşdur. 1965-1966-ci illərdə Qobustanın “Ana zağa” və “Çar dağ zağa” sığınacaqlarında mezolid dövrünə aid bir sıra maddi-mədəniyyət abidələri aşkara çıxarılmışdır.Mezolid dövrünə aid Damcılı, Qobustan və b.yerlərdən aşkar edilən əmək alətləri və digər istehsal vasitələri sübut edirlər ki, bu dövrün sakinləri artıq oturaq həyat sürmüş, kollektiv şəkildə yaşamışlar. Damcılı mağarasında əsasən kiçik ölçülü (mikrolit) alətlərə rast gəlinmişdir.




Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin