Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an


Mövzu: II Azərbaycan ərazisində qədim quldar dövlətlər



Yüklə 457,4 Kb.
səhifə15/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   76
FF tarix

Mövzu: II

Azərbaycan ərazisində qədim quldar dövlətlər.

P l a n :

1. Manna quldar dövləti, onun ictimai-siyasi quruluşu və təsərrüfatı.

2. Atropatena dövləti, onun təsərrüfat həyatı, mədəniyyəti və Azərbaycan tarixində yeri və əhəmiyyəti.

3.Qafqaz Albaniyasının yaranması: sərhədləri etnik tərkibi, vilayətləri və təsərrüfatı.

Ədəbiyyat:

1. Azərbaycan tarixi.VII cilddə, I cild. Bakı,2007.

2. Azərbaycan tarixi (Z.Bünyadovun redaktorluğu ilə). Bakı,2005.

3. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı,1998.

4. Manna dövləti.Solmaz Q.Bakı,1993

5.Məmmədova F. Antik Azərbaycanın-Midiya Atropatenası və Qafqaz Albaniyasının mədəniyyəti.Bakı,2007

6. Kalankatuklu M. Alban tarixi. Tərcümə edən, müqəddimə, qeyd və şərhlərin müəllifi: Z.Bünyadov, Avrasiya Press, 2006.

7.Azərbaycan tarixi üzrə qaynaqlar. Prof. S.S.ƏliyarImın redaktəsi ilə. Bakı, 2007.

8. Z.Bünyadov və Yusif Yusifov. Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək) (I ,II hissə),Bakı 2007

9 K.Şükürov.Azərbaycan tarixi (Elmi-nəzəri və praktik problemləri). I ,hissə. B,2004

10. Musa Quluzadə.Azərbaycanın Dövlətçilik tarixi, Bakı,2016

1E.ə. II minilliyin ikinci yarısı ibtidai icma quruluşunun intensiv surətdə dağılması və ilkin sinfi qurumların yaranması ilə səciyyələnir. Azərbaycan ərazisində hər yerdə sinifli cəmiyyət eyni vaxtda yaranmamışdır. Çünki burada ictimai, iqtisadi və sosial dəyişikliklər müxtəlif vaxtlarda baş vermişdir. Azərbaycanın cənubu, xüsusilə cənub-qərb torpaqları Mesopotamiyanın quldar cəmiyyətinə yaxın olmuşdur. Mesopotomiyada baş verən dəyişikliklər Azərbaycanın cənub hissəsinə də təsir göstərirdi. Artıq e.ə. III-II min.Azərbaycanın cənubunda erkən dövlət qurumları meydana gəlmişdir.

E.ə. III-II min. Urmiya gölü ətrafında lullubi, kuti,su,turukki: Arazdan şimalda Naxçıvan və Mil-Qarabağ ərazilərində naxç, gərgər tayfaları və s. tayfalar yaşamışlar. Bu tayfalar qonşu Mesopotomiya ilə sıx mədəni-iqtisadi əlaqədə olmuşlar.

İnsanlarda sərvət əldə etmək, qonşuların sərvətinə malik olmaq meylləri güclənir. Tayfalararası müharibələr artır, zəif tayfalar məğlub olaraq iri və güclü tayfalar ətrafında birləşməyə başlayırlar.

Mənbələr artıq e.ə. III minilliyin sonlarına yaxın Azərbaycanın cənub –qərb vilayətlərində lullubilərin və kutilərin tayfa itifaqlarının yarandığını göstərir.

Lillubilərin şərq qonşuları kassitlər, cənubi-şərq qonşuları isə elamlılar idilər. Urmiya gölünün qərb və şimal sahillərindəki bəzi vilayətlərdə isə xurritlər yaşa­yır­dılar.

E.ə.III və I miniliyin başlanğıcına qədər həmin ərazilərdə yaşayan əhalinin etnik və dül tərkibində demək olar ki, heç bir dəyişilik baş verməmişdi.

E.ə.I minilliyin başlanğıcında Cənubi Azərbaycan ərazisində sakin olan qədim tayfaların bir hisəsinin manna tayfalarından ibarət olduğu göstə­rirlər. On­lar Urmiya gölündən cənub və şərqdə yaşamışlar.

E.ə I minillikdə Azərbaycan ərazisində kadusilər, kaspilər, albanlar və başqa tayfalar da yaşayırdılar. Kadusilər Qarasu (Qaradağda ) çayı vadisində və Araz çayı-nın cənub axarı ilə qonşu yerlərdə yaşamışlar.

Kaspilər Xəzər dənizinin qərb və cənub –qərb sahillərində yaşamış və son-ralar midiyalılar, albanlar və başqa tayfalarla qarışmışlar.

Alban tayfaları güclü tayfalardan olub Kür çayının şimalında yaşamışlar. E.ə VII əsrdə Azərbaycanın düzənlik ərazilərində skif (iskit) tayfaları da yaşamışlar.

Tarix inkişaf etdikcə Azərbaycan ərazilərində yaşayan tayfalar tayfa ittifaqlarında birləşməyə başlayırlar. Bu tayfa ittifaqlarında birləşdirici qüvvələr iqtisadi və siyasi cəhətdən az-çox inkişaf etmiş tayfalar idilər. Çox vaxt tayfa itifaq-larının adları güclü tayfanın adı ilə tanınır və adlanırdı.

Azərbaycanda erkən tayfa ittifaqlarının yaranması və dövlət halında birləş-məsi gedişini qaynaqlar əsasında dəqiq müəyyənləşdirmək mümkün deyil. Lakin e.ə. III minillikdə Azərbaycanda müxtəlif ad daşıyan dövlət qurumlarının meydana gəlməsi müşahidə olunur.




Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin