Lullubi dövləti, E. ə. III minilliyin II yarısında Azərbaycan ərazisində mövcud olan etno-siyasi birliklərdən biri də lullubilər tərəfindən yaradılmışdır. Lullubilər haqqında ilk məlumat Akkad mənbələrində verilmişdir. Akkad kitabələrində «Lullubum dağlılarını öz hakimiyyəti altında birləşdirmiş hökmdar Sidurru» haqqında danışılır. Lullubi siyasi birliyi Urmiya gölü hövzəsində meydana çıxmışdı. Lullubilər Diyala çayının yuxan axarından Urmiya gölünədək olan torpaqlarda kutilərdən cənubda və şərqdə yaşayırdılar. Lullubilərin təsərrüfatında maldarlıq üstün yer tutmuşdur. Onlar Mesopotomiyadakı şəhərlərlə ticarət əlaqələri saxlayır, qaramalı taxıla dəyişirdilər. Qonşu hurri və hetlər lullubilər! öz dövlət idarələrində işə cəlb edir və döyüşkən lullubilər! muzdla hərbi xidmətə çağmrdılar. Lullubi hökmdarı Anubanininin e. ə. XXII əsrə aid kitabəsində Akkad dilində yazılmışdır: «Anubanini, qüdrətli çar, Lullubum çarı öz təsvirini və İştar ilahəsinin təsvirini Batir dağında həkk etdirdi». Bu yazı əsasında müəyyən olunmuşdur ki, Lullubi hökmdan Anubaniniyə tabe olan torpaqlar Urmiya gölündən Diyala çayının orta axannadək uzanırdı. Yazıda «Yuxarı Dəniz» və «Aşağı Dəniz» in qeyd olunması göstərir ki, hökmdar Anubanini Urmiya gölündən İran körfəzinə qədər olan əreızilərə iddia ilə çıxış edirdi. Vaxtilə kutilərə məxsus olan torpaqlann böyük hissəsi indi Lullubi hökmdarının əlinə keçmişdi.E. ə. XXI əsrdə şumerlər lullubilər üzərinə tez - tez talanedici yürüşlər edirdilər. Lullubilər də kutilərlə birlikdə İkiçayarasmda yaşayan xalqlar üzərinə işğalçı yürüşlərə çıxırdılar. Lullubilər təxminən 1500 il ərzində Azərbaycan və qonşu ərazilərin tarixində mühüm rol oynadılar. Lullubi tayfalan Ön Asiyada öz qoçaqlığı və döyüşkənliyi ilə seçilirdilər və adlan bir sıra qonşu xalqlar arasında vahimə ilə çəkilirdi. Təsadüfi deyil ki, hurrilər və urartulular lullu etnonimini daha çox «yadelli», «düşmən» mənasında işlədirdilər. E. ə. II minilliyin əvvəllərində lullu sülaləsi, hətta Aşşur taxt-tacım ələ keçirmişdi.
E. ə. XIV - XIII əsrlərdə Assuriya və Yeni Babil hökmdarlarının kitabələrində Lullume ölkəsi və onlarla apanlan savaşlar haqqında məlumatlar verilir. Lullubi torpaqları e. ə. I minilliyin başlanğıcında Zamua ölkəsi kimi tanınırdı. Manna dövlətinin tərkibinə daxil olan İç Zamuanın şimal hissəsi yazılı mətnlərdə bəzən Lullume adlandırılır. Kuti və Lullubi dövlətləri e. ə. III minilliyin sonlannda süquta uğramışdı.