Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an



Yüklə 457,4 Kb.
səhifə12/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   76
FF tarix

Son tunc və ilk dəmir dövrü e.ə. XIV-e.ə.VIII əsrləri əhatə edir. Bu dövrlər aşağıdakı arxeoloji mədəniyyətlər əsasında öyrənilmişdir: Xocalı-Gədəbəy mədəniyyəti; Talış-Muğan mədəniyyəti; Naxçıvan mədəniyyəti.

Tunc dövrünün sonlarına yaxın əmlak və ictimai bərabərsizlik dərinləşməyə başlayır, icma quruluşlarının əsasları sarsılır, böyük tayfa ittifaqları yaranır. Təsərrufat tayfalarının ümumi mülkiyyətdən ayrı-ayrı ailə başçılarının mülkiyyətinə çevrilirdi. Tayfa başçıları tədricən maddi sərvətləri öz əllərinə alırlar. Tayfalar arasında otlaq, qul ələ keçirilmək üstündə toqquşmalar təşkil olunurdu.

E.ə. II-ci minilliyin sonu I-ci minilliyin əvvəllərində tunc alətləri tədricən dəmirlə əvəz olunmağa başlayır. Dəmirdən istifadə olunması ilə bəşər tarixində yeni dövr-Dəmir dövrü başladı. Bu tunc və mis alətlərin sıxışdırılıb atılmasına, torpağın becərilməsinin yaxşılaşdırılmasına və genişləndirilməsinə geniş imkanlar açdı. Bununla da əkincilik insanın əsas və daimi məşğuliyyətinə çevrildi.

Bu dövrdə süni suvarmanın genişləndirilməsi əkinçiliklə yanaşı, bağçılıq, bostançılıq və üzümçülüyün inkişafına şərait yaradırdı. Yaylaq maldarlığı genişlənir, atçılıq sürətlə inkişaf edirdi. Atdan hərbi yürüşlərdə və köç arabalarında istifadə edilməyə başlanmışdı. Sarıtəpədən (Qazax) tapılmış qablar üzərində təkər, Xaçbulaqda (Daşkəsən) tapılmış tunc kəmər üzərində isə iki at qoşulmuş döyüş arabası təsvir edilmişdir.

. Metallurgiya və və metalişləmə sənəti yüksəliş dövrü keçirirdi. Sənətkarlıqda gön-dəri və toxuculuq sahələri inkişaf edirdi. Saxsı qab istehsalında ayaqla hərəkətə gətirilən dulus çarxının geniş tətbiqi istehsalın həcmini və məhsulun keyfiyyətini artırmışdı. Gəncə ərazisində qara və boz rəngli qablar, Qarabağda qara cilalı və həndəsi naxışlı saxsı qab hazırlanması üstünlük təşkil etmişdi.

Son tunc - erkən dəmir dövründə təsərrüfatın mühüm sahələrinin inkişafı tayfalararası və ölkələrarası ticarəti daha da gücləndirmişdi

İbtidai-icma quruluşunun dağılmasına səbəb olan ziddiyyətlər yetişməkdə idi. istehsal alət və vasitələri üzərində xüsusi mulkiyyət meydana çıxırdı. Tayfa ağsaqqalları və bəzi üzvləri icmalardan ayrılır, yaxşı torpaqları öz əllərinə keçirir, ictimai vəzifələri irsi olaraq öz varislərinə verirdilər. Azərbaycamn Ön Asiya, xüsusilə Mesopotamiya (İkiça- yarası) ölkələri ilə müntəzəm ticarət əlaqələri var idi. E. ə. II -1 minilliklərdə Assuriyadan Azərbaycana silah və bəzək şeyləri gətirilirdi. Urmiya gölünün cənubunda yerləşən Həsənli abidəsində Assuriyadan gətirilmiş və üzərində e. ə. XIV əsrə aid yazı olan toppuzun, Xocalıda üzərində Assur hökmdannm adı yazılmış muncuğun, Qarabağda və digər yerlərdə assur tipli şirli qabların tapılması Azərbaycan - Assuriya ticarət əlaqələrindən xəbər verir.

Beləliklə, ibtidai cəmiyyət daxilində mülki bərabərsizliyin, ictimai təbəqələşmənin və xüsusi mülkiyyətin yaranması, sənətkarlığın müstəqil peşəyə çevrilməsi, icma daxilində birgə əmək, birgə əmlak və birgə yaşayış qaydalarının pozulmasına gətirib çıxartmışdı. Azərbaycanda qəbilə icmasının və icma təsərrüfat formasının dağılması prosesi e. ə. II minilliyin sonu- I minilliyin başlanğıcında başa çatmışdı. Cəmyyət siniflərə bölünmüş dövlət yaranmışdır.

E.ə. II minilliyin ikinci yarısı ibtidai icma quruluşunun intensiv surətdə dağılması və ilkin sinfi qurumların yaranması ilə səciyyələnir. Azərbaycan ərazisində hər yerdə sinifli cəmiyyət eyni vaxtda yaranmamışdır. Çünki burada ictimai, iqtisadi və sosial dəyişikliklər müxtəlif vaxtlarda baş vermişdir. Azərbaycanın cənubu, xüsusilə cənub-qərb torpaqları Mesopotamiyanın quldar cəmiyyətinə yaxın olmuşdur. Mesopotomiyada baş verən dəyişikliklər Azərbaycanın cənub hissəsinə də təsir göstərirdi. Artıq e.ə. III-II min.Azərbaycanın cənubunda erkən dövlət qurumları meydana gəlmişdir.

E.ə. III-II min. Urmiya gölü ətrafında lullubi, kuti,su,turukki: Arazdan şimalda Naxçıvan və Mil-Qarabağ ərazilərində naxç, gərgər tayfaları və s. tayfalar yaşamışlar. Bu tayfalar qonşu Mesopotomiya ilə sıx mədəni-iqtisadi əlaqədə olmuşlar.

İnsanlarda sərvət əldə etmək, qonşuların sərvətinə malik olmaq meylləri güclənir. Tayfalararası müharibələr artır, zəif tayfalar məğlub olaraq iri və güclü tayfalar ətrafında birləşməyə başlayırlar.

Mənbələr artıq e.ə. III minilliyin sonlarına yaxın Azərbaycanın cənub –qərb vilayətlərində lullubilərin və kutilərin tayfa itifaqlarının yarandığını göstərir.

Lillubilərin şərq qonşuları kassitlər, cənubi-şərq qonşuları isə elamlılar idilər. Urmiya gölünün qərb və şimal sahillərindəki bəzi vilayətlərdə isə xurritlər yaşa­yır­dılar.E.ə.III və I miniliyin başlanğıcına qədər həmin ərazilərdə yaşayan əhalinin etnik və dül tərkibində demək olar ki, heç bir dəyişilik baş verməmişdi.

E.ə.I minilliyin başlanğıcında Cənubi Azərbaycan ərazisində sakin olan qədim tayfaların bir hisəsinin manna tayfalarından ibarət olduğu göstə­rirlər. On­lar Urmiya gölündən cənub və şərqdə yaşamışlar.

Mannalılar haqqında ilk məlumatı Assuriya daşüstü yazıları verir. Manna tayfaları etnik, iqtisadi və mədəni cəhətdən lullubi tayfalarının varisləri sayılırlar.

Mannalardan şərq və cənub-şərqə doğru Midiya tayfaları yerləşmişdilər. Onlar haqqında ilk məlumata e.ə.IX əsrə aid olan Assuriya yazılarında rast gəlmək olur. Midiyalıların yerləşdiyi həmin ərazi “ Maday” və ya “Amaday” adlanırdı.

E.ə I minillikdə Azərbaycan ərazisində kadusilər, kaspilər, albanlar və başqa tayfalar da yaşayırdılar. Kadusilər Qarasu (Qaradağda ) çayı vadisində və Araz çayı-nın cənub axarı ilə qonşu yerlərdə yaşamışlar. Kaspilər Xəzər dənizinin qərb və cənub –qərb sahillərində yaşamış və son-ralar midiyalılar, albanlar və başqa tayfalarla qarışmışlar.Alban tayfaları güclü tayfalardan olub Kür çayının şimalında yaşamışlar. E.ə VII əsrdə Azərbaycanın düzənlik ərazilərində skif (iskit) tayfaları da yaşamışlar. Tarix inkişaf etdikcə Azərbaycan ərazilərində yaşayan tayfalar tayfa ittifaqlarında birləşməyə başlayırlar. Bu tayfa ittifaqlarında birləşdirici qüvvələr iqtisadi və siyasi cəhətdən az-çox inkişaf etmiş tayfalar idilər. Çox vaxt tayfa itifaqlarının adları güclü tayfanın adı ilə tanınır və adlanırdı.

Azərbaycanda erkən tayfa ittifaqlarının yaranması və dövlət halında birləş-məsi gedişini qaynaqlar əsasında dəqiq müəyyənləşdirmək mümkün deyil. Lakin e.ə. III minillikdə Azərbaycanda müxtəlif ad daşıyan dövlət qurumlarının meydana gəlməsi müşahidə olunur.



E. ə. III - II minilliklərdə Azərbaycanın cənubunda və şimalında ilkin tayfa birlikləri mövcud idi. Azərbaycanın cənubunda yaşayan etno - siyasi birliklərdən kutilər, lullubilər, su və turukkilər haqqında qədim Şumer - Akkad mixi yazılarında kifayət qədər məlumatlara rast gəlinir. E. ə. III minilliyin II yarısında Azərbaycanın cənubunda Lullubi və Kutilərin erkən dövlətləri yaranmış.Kuti dövləti. Azərbaycanın Urmiya gölü bölgəsində hələ e. ə. XXIV - XXIII əsrlərdə Kuti tayfa birləşməsi yaşayırdı. Mənbələrdə kutilərin məskunlaşdığı ərazi dağlıq Kutium ölkəsi kimi xatırlanmışdır. Kutilər maldarlıq, əkinçilik və sənətkarlıqla məşğul olur, Mesopotamiyada yaşayan əhali, xüsusilə şumerlərlə iqtisadi-siyasi əlaqələr saxlayırdılar. E. ə. XXIII əsrdə daha da güclənmiş Akkad hökmdarlarının aramsız hücumlarının qarşısını almaq üçün kutilər qonşuluqda yaşayan digər etno - siyasi toplumlarla hərbi ittifaqa girmiş və müttəfiqlər üç dəfə Akkad ordularını məğlubiyyətə uğratmışdılar. E. ə. XXIII əsrin sonlarında Kuti dövləti xeyli güclənmişdi. Döyüşkənliyi ilə seçilən və çoxsaylı əhaliyə malik olan Kuti dövləti Mesopotamiyaya hərbi yürüşlərə başlayaraq Akkad qoşunlarını darmadağın etmişdi. Kuti hökmdarı Enridavazir bu qələbə şərəfinə ucaltdığı abidədə özünü «Kutiumun və dünyanın dörd tərəfinin hökmdarı» adlandırmışdır. E. ə. XXII əsrin əvvəllərində Mesopotamiyanın cənubunu işğal edən və Akkad dövlətini süquta uğradan Kutilər burada böyük xilaskarlıq missiyasını yerinə yetirdilər. Akkadlar daima Şumer şəhərlərinin əhalisini kütləvi şəkildə məhv edirdilər. Şumerlərin müqəddəs Nippur şəhərini viran qoyan akkadlar, hətta onların Ekur məbədini belə dağıtmışdılar. Bu hadisə şumerlərin səbr kasasım doldurmuş və onlar yardım üçün Akkadm əsas düşməni olan güclü Kuti dövlətinə üz tutmuşdular. Kutilər şumerlər üzərində Akkad ağalığına birdəfəlik son qoymuşdular. Qədim Azərbaycanın çox qüdrətli etnosu olan kutilər 91 il (e. ə. 2195 - 2104) Dəclə və Fərat çayları arasında öz siyasi hökmranlığını sürdürə bilmişdir. Bu zaman inzibati vəzifələri daşıya biləcək çoxlu adamlan olmadığından işğal olunmuş əraziləri yerli Şumer və Akkad əyanlanndan təyin etdikləri canişinlər vasitəsilə idarə edirdilər. Kuti hökmdarı, həm də Akkad çan titulunu daşıyır və hakimiyyətə seçki yolu ilə gəlirdi. Şəhərləri en və ya ensi rütbəli hakimlər idarə edirdilər. Kutilər şumerlərin dağıdılmış məbədlərini bərpa etmiş və yenilərini tikdirmişdilər. Mesopoteımiyanın cənubundakı əhalidən kutilər sənətkarlıq, ərzaq məhsulları və qiymətli metallar şəklində vergilər toplayırdılar. Kuti ağalığı dövründə Mesopotamiya ərazisi xarici basqınlardan daha yaxşı qorunmuş, ticarət yollannda tam təhlükəsizlik təmin olunmuşdu.Kuti hökmdarlarına aid yazılarda onların İştar və Sin tannlan haqqında məlumatlar vardır. Kutilər Mesopotamiyada yerli tanrılara sitayişi saxlamaqla, öz dini ayinlərini tətbiq etməyə çalışırdılar. Dini ibadətdə yeniliklər yerli kahinlərin ciddi müqaviməti ilə qarşılanırdı. E. ə. XXII əsrin sonlannda Mesopotamiyamn cənubunda başda Şumer Uruk şəhərinin hakimi Utiheqal olmaqla kutilərə qarşı müqavimət başladı. Utiheqal öz kitabəsində kutiləri «zəhərli dağ ilanlan, tanrılann düşməni. Şumer dövlətçiliyini dağlara aparan. Şumeri ədavətlə dolduran, arvadı ərindən, uşaqlan valideynlərindən ayıran, ölkədə düşmənçilik və nifaq salan» bir toplum adlandırırdı. Bu cür düşmən münasibət əslində Kuti hakimiyətini gözdən salmağa, işğalçı kutilərlə mübarizənin zəruriliyini əsaslandırmağa və əhalini ayağa qaldırmağa yönəlmişdi. E. ə. 2109-cu ildə kutilərlə Uruk şəhəri arasında baş verən döyüşdə şumerlər qalib gəldilər. İkiçayarasmda ağalıq edən sonuncu kuti hökmdarı Tirikan oldu. O, cəmi 40 gün hakimiyyətdə qala bilmişdi. E. ə. 2104-cü ildə həm onun, həm də İkiçayarasmda Kuti hakimiyyətinə son qoyuldu. Bundan sonra kutilər öz doğma torpaqlarına qayıtdılar. Onlar burada lullubi tayfaları tərəfindən sıxışdırılaraq torpaqlarının bir hissəsini itirərək bir qədər şimal-şərq səmtinə çəkilməli oldular. Şumer mixi yazılannda İkiçayarasmda hökmranlıq edən 21 Kuti çarının adı çəkilmişdir.


Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin