Ticarət. Azərbaycanın xarici iqtisadi əlaqələri. Pul dövriyyəsi. XVI əsrin ticarət əməliyyatlarında başlıca əmtəə Azərbaycan ipəyi olmuşdur. Azərbaycanda istehsal olunan ipək əsasən xarici ölkələrə ixrac edilirdi. Məhz buna görə də Səfəvilər dövləti ərazisində bu qiymətli xammalın satışına şəriksiz nəzarət uğrunda Venesiya, İngiltərə, Türkiyə və Rusiya tacirləri, şirkətləri arasında rəqabət gedirdi.
Bu dövrdə Azərbaycan Avropa və Asiyanın bir çox ölkələri ilə geniş iqtisadi əlaqələrə malik idi. Azərbaycan şəhərləri əsasən Kiçik Asiyadan və Suriyadan keçən başlıca tranzit yolu ilə Türkiyə, İtaliya şəhərləri, Şərq və Avropa ölkələri ilə ticarət aparırdılar. Azərbaycanın və başqa ölkələrin tacirləri buradan hazır ipək məmulatı, xam ipək, marena, meyvə qurusu, xırdabuynuzlu mal-qara aparırdılar. Təbriz və Şirvan tacirləri bu ticarət əməliyyatlarında xüsusilə böyük rol oynayırdılar. XVI əsrin ikinci yarısında Rusiya-Azərbaycan ticarət əlaqələri əsasən Şamaxı və Bakı vasitəsilə həyata keçirilirdi. Şamaxıdal Moskva tacirlərinin ticarət nümayəndəliyi mövcud idi. Onlar Moskva dövləti ərazisində hazırlanmış sənətkarlıq məmulatlarını burada satır və yerli malları (əsasən xam ipəyi, ipək parçaları) alırdılar.
Gilan tacirləri nefti Bakıdan dəniz vasitəsilə Manqışlaq limanına nəql edir, oradan isə karvan yolu ilə Xivə, Buxara və digər Orta Asiya şəhərlərinə aparırdılar.
XVI əsrdə Azərbaycanın Qərbi Avropa ölkələri ilə də ticarət münasibətləri genişləndi. Bu münasibətlərin inkişafı əsasən Avropa ölkələrində Azərbaycan ipəyinə olan tələbatın artması ilə əlaqədar idi.
1555-ci ildə ingilis ticarət kapitalının nümayəndələri Londonda "Moskva şirkəti" nin əsasını qoydular. Tezliklə Moskva dövlətinin icazəsi ilə ingilis nümayəndələri Rus dövləti ərazisindən keçərək Azərbaycana, İrana və Orta Asiyaya kəşfıyyat səfərləri etməyə başladılar. 1562-ci ildə "Moskva Ģirkəti" təcrübəli kəşfiyyatçı və mahir tacir olan Antoni Cenkinsonu Səfəvi dövləti ərazisinə göndərdi.
Azərbaycanın Şimali və Mərkəzi Avropanın şəhərləri ilə də ticarət münasibətləri vardı. Səfəvilərin tədavülə buraxdırdıqları pul vahidinin adı əvvəllər olduğu kimi qalırdı: qızıl sikkələr dirhəm, gümüş sikkələr isə təngə və dinar adlanırdı. Azərbaycanın Şirvanşahlar dövləti ərazisində xırda ölçülü gümüş sikkələrdən istifadə olunmuşdur. Səfəvi pul sisteminin nominal pul vahidi XVII əsrdə artıq pul dövriyyəsindən kənar olan dinar sayılırdı. Şah I Abbas dövriyyəyə yeni sikkə buraxdırmış və onu öz adı ilə abbası adlandırdı.
Dostları ilə paylaş: |