Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an


Kənd təsərrüfatı və aqrar münasibətlər



Yüklə 457,4 Kb.
səhifə56/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   ...   52   53   54   55   56   57   58   59   ...   76
FF tarix

Kənd təsərrüfatı və aqrar münasibətlər. Səfəvilər dövründə Azərbaycanın ictimai-iqtisadi və siyasi həyatında mühüm irəliləyişlər olmuşdu. XVI əsrin ilk rübündə daxili feodal müharibələrinin azalması və digər amillər kənd təsərrüfatının, iqtisadiyyatın başqa sahələrinin dirçəliş prosesinə təkan verdi. XVI əsrin sonu-XVII əsrdə də Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı (əkinçilik və heyvandarlıq) əsas yer tuturdu. Oturaq və yarımoturaq əhali tərəfındən məskunlaşmış torpaqlar feodal sinfınin mülkiyyəti olaraq qalırdı. Ölkədəki su ehtiyatları da feodalların və onların timsalında dövlətin mülkiyyəti idi. Taxıl bitkiləri (buğda və arpa) təqribən Azərbaycanın bütün bölgələrində (Şirvan, Muğan və Aranda, eləcə də cənub vilayətləri olan Ərdəbildə, Xalxalda) əkilib-becərilirdi. Türk səyyahı Övliya Çələbi Təbriz ətrafında 7 buğda növünün becərildiyini xüsusilə qeyd etmişdi.

Bu dövrdə Azərbaycanda çəltik əkinlərinə xüsusi diqqət yetirilirdi. Mənbələr təsdiq edir ki, çəltik ölkənin bir çox bölgələrində əkilib-becərilirdi. Övliya Çələbi Gəncə və Şamaxı ətrafında geniş çəltik tarlalarının mövcudluğu haqqında məlumat vermişdir.

Kənd sakinlərinin ənənəvi məşğuliyyət sahələrindən biri də bağçılıq, bostançılıq olmuşdur. İpəkçilik Şirvanda, Ərəşdə və Şəkidə yayılmışdı. Bu istehsal yerli xammal bazasına əsaslanırdı. Avropada Azərbaycandan ixrac olunmuş xam ipəyin müxtəlif növləri tanınırdı (məsələn, 'Mahmudabad ipəyi", "Şəki ipəyi", "Gəncə ipəyi", "Qəbələ ipəyi" və s.).

Pambıqçılıq Azərbaycanın kənd təsərrüfatında mühüm yer tuturdu. Türk səyyahı Övliya Çələbi göstərir ki, Şirvan, Xoy, Gəncə, Marağa Bakı və Naxçıvan tarlalarında bu qiymətli xammal xeyli miqdarda və 7 növdə becərilməkdə idi. Şirvan, Qarabağ və Təbriz vilayətlərində üzümçülük daha geniş yayılmışdı.

Azərbaycan hələ qədim dövrlərdən əla boyayıcı keyfiyyətlərə malik olan boyaqotu (qızıl boya) bitkisi Şirvanda (xüsusilə bu vilayətin ətraflarında), Arazın cənub sahillərində becərilirdi.

Abşeron ərazisində xeyli miqdarda zəfəran əkilib-becərilirdi ki bundan toxuculuqda, əyiricilik işlərində, qida hazırlanmasında istifadə olunurdu. Bu dövrdə Azərbaycanın kənd təsərrüfatında tütün yeni bitki olmuşdur. Azərbaycana XVI əsrin sonlarında Amerika qitəsindən portuqaliyalılar tərəfındən gətirilmiş, XVII əsrin sonlarında isə Səfəvi dövləti hüdudlarında becərilməyə başlanmışdır. Tütün Azərbaycanın əsasən cənub və cənub-qərb torpaqlarında, xüsusilə Marağada becərilirdi.

Ölkə əkinçiliyində süni suvarma birinci dərəcəli əhəmiyyət kəsb etmiş, əkin sahələrinin məhsuldarlığı əsasən suvarma tədbirlərinin həyata keçirilməsindən asılı olmuşdur. Bu dövrdə Azərbaycanın iqtisadi həyatında heyvandarlıq mühüm yer tuturdu. Heyvandarlıq nəinki daxili bazarın tələbatını ödəyirdi, habelə qonşu ölkələrə xırda və iribuynuzlu mal-qaranın xeyli miqdarda ixrac olunmasını təmin edirdi. Arıçılıq isə əsasən Gəncə və Ərdəbildə inkişaf etmişdi.

XVII əsrin sonlarında Azərbaycanda iqtisadiyyatında tənəzzül yarandı. Bu, Osmanlı-Səfəvi müharibələri və I Şah Abbasın köçürmə siyasəti ilə əlaqədar idi. Əsrin 20-30-cu illərində kənd təsərrüfatının bəzi sahələri nəzərəçarpacaq dərəcədə canlansa da, əvvəlki səviyyəsinə qalxa bilməmişdi. Ölkənin iqtisadiyyatında hökm sürən durğunluq və tənəzzül prosesi çox XVIII əsrə də adlamış və ictimai həyatın bütün əsas sahələrinə mənfi təsirini göstərmişdi. Bu tənəzzül iqtisadiyyata, əsasən xarici ticarət sayəsində dirçəlmiş şəhərlərə daha güclü zərər vurdu.

XVI-XVII əsrlərdə Səfəvilər dövründə torpaq mülkiyyətinin əvvəlki formaları qalmaqda idi (divani, xassə, vəqf və mülk). Bununla yanaşı soyurqalı əvəz etmiş tiyulun inkişafını təmin etməyə cəhd göstərirdilər. Soyurqaldan fərqli olaraq tiyul irsi torpaq sahibliyi forması deyildi, feodalın hərbi, yaxud inzibati xidmət müddətindən asılı idi. Bu torpaqlar başlıca olaraq qızılbaş tayfalarının feodal əyanlarına verilirdi. Soyurqallar isə onlar artıq əvvəlki məzmununu dəyişərək şiə ruhanilərinin və inzibati bürokratiyanın ixtiyarında olan xırda kəndlər, digər yaşayış məntəqələrindən ibarət idi. Bununla yanaşı icma torpaqları (camaat) da mövcud idi.

Torpaq mülkiyyətinə malik olmayan kəndlilər ağır şərtlərlə dövlətdən, mülk sahiblərindən kiçik torpaq sahələri icarə etməli olurdular. Səfəvilər sülaləsinin hökmdarları zəhmətkeşlərin həyat şəraitini yüngülləşdirən əsaslı tədbirlər görmədilər. Lakin dövlətin iqtisadi sisteminin iflasına yol verməmək naminə Səfəvi şahları bəzən vergiləri azaltmalı, hətta ləğv etməli olurdular.

Məhsulun 6/1-dən 3/1-ə qədərini təşkil edən malcəhət (bəhrəçə, dəhyek) torpaqdan istifadə müqabilində kəndlilərdən alınan əsas vergi olmuş, əsasən məhsulla (buğda, çovdar, arpa, ipək və s.) ödənilirdi.

İxracat və şütaqat istilahları ilə adlanan vergi və mükəlləfıyyətlər kəndlilərə hədsiz əziyyət verirdi. Kəndlilər nəinki qoşunu ərzaqla, habelə onun çevik hərəkətdə olan heyvanlarını da ot və ələflə təchiz edirdilər. Məcburi bəxşişlər sistemi də mövcud olmuşdur. Bu bəxşişlər torpaq sahiblərinə, şahın məmurlarına, xidmətçilərinə verilirdi (düşüllük, novruzi, peşkəş, şilan-bəha, eydi və s.). Kəndlilər və köçəri maldarlar otlaqlardan istifadə müqabilində dövlətə çobanbəyi vergisi ödəməli idilər. Dövlətin və feodalların xeyrinə toplanan vergilər, yerinə yetirilməli olan mükəlləfiyyətlər (çərik, tərh, ulaq, ulam, biyar və s.) əhalini müflisləşməyə gətirib çıxarırdı. Ticarətdən və sənətkarlıqdan əldə edilən tamğa şəhər əhalisinin başlıca vergisi olmuşdur. Bu vergi şəhərlərdə sənətkarlığın və ticarətin inkişafı prosesinə əngəl törətdiyindən 1565-ci I ildə tamğa Şah Təhmasibin xüsusi fərmanı ilə ləğv olundu.




Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin