XVII əsrin birinci yarısında Osmanlı-Səfəvi müharibələri və Azərbaycan. Hakimiyyətə gəldiyi ilk gündən Şah I Abbas (1587-1529) Səfəvilərin əvvəlki qüdrətini qaytarmağa çalışırdı. Şah I Abbas Səfəvilərin itirilmiş ərazilərini geri qaytarmaq və mərkəzi hakimiyyəti gücləndirmək məqsədi ilə hərbi və inzibati islahatlar keçirdi. Şahın həyata keçirdiyi ilk tədbirlərdən biri dövlətin maliyyə vəziyyətini yaxşılaşdırmaqdan ibarət oldu. Bu məqsədlə o, yüksək vəzifəli bütün şəxslərdən peşkəş adı altında xəzinəyə müəyyən məbləğ verilməsini tələb etdi. Qızılbaşların təkbaşına silah
gəzdirmək hüquqları ləğv edildi. Başqa tayfalara da qoşuna daxil
olmaq hüququ verildi. Şah tərəfindən qoşun tayfa müxtəlifliyi
prinsipi əsasında təşkil edildi. Qızılbaşlar-
Qulamlar, Tüfəngçilər, Artilleriya (topçular) adlı müxtəlif dərəcəli qoşun növləri yaradıldı.
Şah I Abbas dövlətin paytaxtını 1598-ci ildə İsfahana köçürdü. Bu isə İran əyanlarının sarayda və dövlət aparatında nüfuzunun qüvvətlənməsinə səbəb oldu. Hakim sülalənin dövlət idarəçiliyində Azərbaycan etnik ünsüründən İran ünsürünə meylini əsasən başa çatdıran mühüm siyasi addım həyata keçirilir. Paytaxtın köçürülməsi zamanı Qarabağadan, Qəzvindən Azərbaycan türkləri köçüb
gəldi. Burada onlar üçün və Şah Abbasın şərəfinə “Abbasabad” adlı xüsusui məhəllə salındı. Şah I Abbas 1599-cu ildə Şeybaniləri məğlub edərək Xorasanı yenidən Səfəvi dövlətinin tərkibinə qaytardı.
XVII əsrin başlanğıcında Azərbaycanda Osmanlı hakimiyyəti zəiflədi. Yerli feodallar Səfəvi dövlətinə Osmanlı işğalından özlərinin xilaskarı kimi baxırdılar. Bu zaman Azərbaycanda Osmanlı ağalığına qarşı başlanan üsyanlardan istifadə edən Şah I Abbas 1603-cü il sentyabrın 14-də Azərbaycana yürüşə başladı. Hərbi əməliyyatlar fasilələrlə 1639-cu ilə qədər davam etmişdir. 1603-cü ilin yayında Şah Ababs 15 minlik qoşunla Təbrizə tərəf hərəkətə başlayır.Təbrizdən bir qədər aralı Sufiyan adlanan yerdə baş verən döyüşdə Şah Abbas Osmanlılar üzərində ilk qələbəsini əldə edərək Təbrizi onlardan təmizləyir. 1603-cü ilin payızında Şah Abbasın qoşunları Naxçıvan və Culfanı, 1604-cü il iyunun 8-də İrəvan qalasını ələ keçirir. O, bu yerlərin əhalisini İsfahana köçürür. Bununla onun məsədi osmanlılara qarşı Səfəvilərin ənənəvi "yandırılmış torpaq" taktikasını tətbiq etməklə türkələri ərzaq təminatından məhrum etmək idi. Köçürmənin digər səbəbi Səfəvi şahının İranın daxili vilayətlərinin məhsuldar qüvvələrini inkişaf etdirmək və dünya tranzit ticarətinin əsas yolunu Səfəvi dövlətinin cənubuna köçürmək niyyəti idi. Belə ki, Culfadan Avropaya gedən karvan yolu Osmanlı Türkiyəsindən keçirdi. Şah Abbas Şərq-Qərb ipək ticarət yolunu Cənuba - Fars körfəzi limanlarına keçirmək qərarına gəlmişdi.
1606-cı iln qışında Səfəvi qoşunları Qarabağ, Gəncə, və Tiflisi işğal etmək üçün yürüşə başlayır. İki aylıq mühasirədən sonra Gəncəyə daxil olaraq oranı talan edirlər. Hətta Şah I Abbasın əmri ilə şəhər əhalisi 1606-cı ilində Gəncə çayının sol sahilinə köçürülür. Az sonra Tiflis işğal olunur. Bakı və Dərbənddə isə əhali türk qarnizonuna qarşı üsyan qaldıraraq onları qovdular. İran qoşunıları (1607-ci il) Şamaxını da ələ keçirərək 2000-dən arrıq türk qoşununu məhv etdilər. Səfəvilərlə Türkiyə arasında baş verən 4 illik müharibə (1603-1607) nəticəsində Azərbaycanın bütün ərazisi və qismən Dağıstan Şah Abbasın hakimiyyəti altına düşdü. Nəhayət 1612-ci ildə iki dövlət arasında Sərab sülh (II İstanbul) müqaviləsi bağlandı və 1555-cil il Amasiya sülhünün şərtləri bərpa edildi. Bununla yanaşı Osmanlı tərəfı bir sıra yeni şərtlər də irəli sürdü. Belə ki, Səfəvi sarayı osmanlılara ildə 200 tay ipək verməyi öhdəsinə götürdü. Osmanlıların vacib şərtlərindən biri də o idi ki, "rusların bu yerlərə yürüşlərinin qarşısını almaq məqsədilə onlar tərəfındən tikilmiş Terek (Tarku) qalasının dağıdılması barədə sultanın fərmanı olarsa, onda Şah bu işə maneçilik törətməsin". Belə bir şərti irəli sürən Osmanlı dövləti Səfəvilərlə Rusiya arasında mümkün ittifaqın yaranmasına mane olmağa çalışırdı. Lakin bu müqavilənin şərtləri uzunmüddətli olmadı. Şah I Abbas böyük ordu ilə Azərbaycanın şimal vilayətlərinə və Gürcüstana 1613-cü ilin oktyabrında təşkil etdiyi yürüş uğurla başa çatdı. Səfəvilərlə Osmanlı qoşunu arasında 1618-ci il sentyabrın 10-da Sərab vilayətində Sınıq körpü adlı yerdə baş verən döyüşdə Osmanlılar məğlub olduqdan sonra Xəlil paşa geri çəkilib sülh danışıqlarına başladı. 1618-ci il sentyabrın 26-da Mərənddə Xəlil paşa ilə Şah I Abbas arasında Mərənd sülh müqaviləsi imzalandı. Bu sülhün 1618-ci il Sərab sülhündən əsas fərqi Səfəvilərin ildə verəcəyi 200 tay ipək bacın 100 taya endirilməsi idi.
Şah I Abbasın xarici siyasətində əsas məsələlərdən biri də İran körfəzində Portuqaliyanın ağalığına son qoymaq idi. Çünki, Hörmüz limanı körfəzdə üç mühüm strateji məntəqədən biri olmaqla sahibinə İran körfəzi vasitəsilə Hind okeanı və Qırmızı dənizə çıxışı təmin etmək və bununlada Cənub-Şərqi Asiya ticarətinə nəzarət etmək imkanı verirdi. Şah I Abbasın portuqallara qarşı mübarizədə İspaniyadan kömək almaq cəhdi baş tutmadığından o, portuqal və Hollandların rəqibi olan İngiltərənin “Ost-Hind” şirkəti ilə 1621-ci ildə müqavilə bağladı. Müqavilənin şərtlərinə görə şirkətin donanması Hörmüzdün geri alınmasında Səfəvilərə yardım göstərməli, əvəzində Hörmüzdə əldə olunacaq gömrük rüsumu Səfəvi və İngiltərə dövlətləri arasında yarı bölünməli və həmin limana gətirilən ingilis mallarından heç bir gömrük rüsumu alınmamalı idi. 1622-ci ildə ingilislərin köməyi ilə körfəzin əsas məntəqələri olan Hörmüz və Kiş adaları portuqallardan geri alındı. Şah I Abbas bu münasibətlə “Ost-Hind” şirkətinə ticarət imtiyazları ilə bərabər Bəndər Abbas limanında iki ticarət faktoriyası yaratmağa icazə verdi. Ancaq ingilislər burada bina tikə bilməzdilər. Şah I Abbas İran körfəzində İngiltərənin nüfuzunun güclənməsinin qarşısını almaq üçün Portuqaliya və Hollandiya ilə müqavilələr bağladı. 1625-ci il müqaviləsi ilə portuqallar müəyyən ticarət imtiyazı əvəzində, körfəzdəki bütün keçmiş müstəmləkələrinin Səfəvilər dövlətinə məxsusuluğunu təsdiq etdilər. 1623-cü il noyabrın 21-də Hollandiya ilə bağlanan müqavilə ilə bu ölkənin tacirlərinə sərbəst ticarət hüququ verilmişdi.
Şah I Abbasın apardığı mübarizə bütün Azərbaycan, Axalsık daxil olmaqla Şərqi Gürcüstan və İraqi Ərəbin Səfəvilərin hakimiyyəti altına düşməsi ilə nəticələndi. Şah I Abbas özünə arxa yaratmaq məqsədilə Azərbaycanın şimal bölgələrinə yarım köçəri tayfaları köçürürdü. Məsələn, Muğanda çoxlu Şahsevən ailəsi yerləşdirilmişdi.Türk soylu Padarların İranadan Azərbaycana köçürülməsidə həmin dövrə təsadüf edir. Onlar Şamaxı Şəki və Dəvəçi rayonlarında indi də yaşayırlar.
Türkiyə işğalçılarının Azərbaycandan qovulması yalnız Şah Abbasın hərbi əməliyyətlarının nəticəsi deyil, eyni zamanda yerli əhalinin onlara qarşı azadlıq mübarizəsinin genişlənməsinin də böyük rolu olmuşdur.
1601-ci ildə Qubada,1602-1603 illərdə Şirvanda, Qarabağda bir sıra xalq çıxışları olmuşdu. Hətta Türkiyənin özündə də kəndli çıxışları baş vermişdi. Bunlardan biri Cəlalilər hərəkatı idi. Bu hərəkat Türkiyədə XVI-cı əsrin 90-cı illərində başlamış və sonralar Azərbaycan ərazilərinədə yayılmışdı. Cəlalilərin ayrı-ayrı dəstələri, onlara qoşulmuş şəhər və kənd yoxsulları yerli feodallar üzərinə hücum edərək onların var dövlətlərini ələ keçiridilər. Müxtəlif tayfalar içərisindən çıxmış Cəlalili dəstə başçılarından biri Koroğlu idi. Xalq rəvaətinə görə Səlmas yaxınlığındakı xaraba qala Koroğlu tərəfindən tikilmişdir. Koroğlunun silahdaşları Dəli Həsən, Giziroğlu Mustafa bəy, Kosa Səfər, Tanritanımaz, Abaza Paşa idilər. Koroğlunun tarixi şəxsiyyət olması haqqında o dövrdə yaşamış Əylisli Zəkəriyyənin “Qeydlərində”, türk səyyahı Övliya Çələbiyyənin “Səyahətnaməsində” və başqa əsrlərdə məlumatlar verilir.
1629-cu ildə Şah I Abbasın ölümündən sonra nəvəsi Səfinin (1629-1642) hakimiyyətə keçməsindən istifadə edən IV Murad 1629-cu ildə Səfəvilərə qarşı hərbi əməliyyatlara yenidən başladı. Şah I Abasın nəvəsi I Səfinin dövründə (1629-1642) müharibə hər iki tərəfdən tez-tez davam etdirilirdi. Nəhayət, 1639-cu ilin mayın 17-də Qəsri-Şirində Türkiyə-Səfəvi sülh müqaviləsi imzalandı. Sazişə görə, Osmanlı-Səfəvi müharibəsinə son qoyuldu. İraqi Ərəb osmanlılarda, Zəncir qalasından şərqdəki torpaqlar Səfəvilərdə qalırdı. Səfəvilər Van və Qars qalalarına, həmçinin Axalsıka hücum etməyəcəklərinə dair təminat verirdilər.
Bundan sonra bir müddət nisbi sakitlik yaranır. Təsərrüffatda, şəhərlərin həyatında dirçəliş meydana gəlir, bir sıra şəhərlər bərpa olunurlar. Azərbaycan ərazisinin inzibati bölgüsü yaradılır və 4 bəylərbəyliyinə bölünür. Bunlar Təbriz, Çuxur-Sədd (indiki Ermənistan), Qarabağ və Şirvan bəylərbəylikləri idilər. Bu vilayətləri İsfahan şah sarayının sərəncamı ilə təyin olunan bəylərbəyilər idarə edirdilər. Bəylərbəyiliyə tabe olunmuş vilayətlərin hakimləri qolbəyi adlanırdı, daha kiçik inzibati vahidlərin hakimləri sultan sultan titulunu daşıyırdı.
XVII əsrin ikinci yarısında Xəzərsahili bölgələrə Don kazaklarının yürüşləri baş vermişdir. Onlardan 1668-ci ilin yayında Stepan Razinin başçılığı ilə Azərbaycan ərazisinə təşkil edilmiş kazak yürüşləri xüsusilə qeyd olunmalıdır. Bu yürüş zamanı kazaklar Dərbənddə sahilə çıxdılar, Niyazabadı, Şabranı qarət və talan etdilər. Lakin onların Bakıya yürüşü uğursuzluqla nəticələndi. Stepan Razin güclü müqavimətdən ehtiyat edərək şəhəri təcili surətdə tərk etməli oldu.
Dostları ilə paylaş: |