Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an



Yüklə 457,4 Kb.
səhifə60/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   ...   56   57   58   59   60   61   62   63   ...   76
FF tarix

Ədəbiyyat. Səfəvi dövlətinin təşkilindən sonra Azərbaycan dilində şer yazmağa xüsusi əhəmiyyət verilirdi. Şah I İsmayıl Xətayi Azərbaycan xalqının tarixinə həm də istedadlı bir şair kimi daxil olmuşdur. “Xətayi” təxəllüsü ilə yazan şairin ədəbi irsi Azərbaycan dilində yazılmış "Divan"dan, ibrətamiz mənzumələrdən, lirik qoşmalardan, "Nəsihətnamə" adlı məsnəvidən və "Dəhnamə" poemasından ibarətdir.

XVI əsr Azərbaycan ədəbiyyatının inkişafı tarixində Məhəmməd Füzullnin (1494-1556) yaradıcılığı müstəsna yer tutur. O, "Bəngü Badə" poemasının, "Şikayətnamə" əsərinin, dünya ədəbiyyatının gözəl incilərindən biri olan "Leyli və Məcnun" poemasının müəllifidir.

Bu dövrün görkəmli şairlərindən olan Məsihinin (1580-1655) zəngin yaradıcılığından bizə yalnız "Vərqa və Gülşa" poeması, cüzi miqdarda şeirləri gəlib çatmışdır.

XVII əsr ədəbiyyatı tarixində folklor və aşıq poeziyası sahəsində də ümumi yüksəliş prosesi baş vermişdir. Həcm və əhəmiyyət baxımından "Koroğlu" dastanı xalq yaradıcılığının qüdrətli məhsuludur. Bu dastan XVI əsrin son rübü -XVII əsrin başlanğıcında formalaşmışdır. "Şah İsmayıl", "Aşıq Qərib" və "Əsli və Kərəm" dastanları da mühüm əsərlər sırasındadır.

XVI-XVII əsrlər aşıq sənətinin yüksəliş dövrü sayılır. Xalq poeziyasının görkəmli nümayəndəsi olan Abbas Tufarqanlı, Sarı Aşıq Abdulla daha çox tanınırdılar. Onlar ifa etdikləri əsərləri (şeirləri) özləri yazırdılar. "Abbas və Gülgəz" dastanı Aşıq Abbas Tufarqanlının lirik şeirləri əsasında formalaşmışdır.

Memarlıq. XVI əsrin ilk onilliklərinədək Azərbaycan memarlığının aparıcı istiqamətlərindən biri Şirvan-Abşeron məktəbi olmuşdur. Bu memarlıq məktəbinin mühüm abidələri Bakıda, Şamaxıda və Dərbənddə cəmləşmişdi. Şirvanşahlar saray kompleksi (Bakı) bu memarlıq məktəbinin tipik nümunəsidir. XVI əsrin ortalarından başlayaraq (Səfəvilər dövləti daxilən möhkəmləndikdən sonra) ictimai-siyasi fəallıq Azərbaycanın cənub vilayətlərinə keçdi. Bu dönüş memarlığın inkişaf meyillərini müəyyənləşdirdi, Şirvan-Abşeron memarlıq məktəbi aparıcı mövqeyini itirdi.

Şeyx Cəbrayılın Ərdəbil yaxınlığındakı türbəsi, Gəncədəki "İmamzadə" kompleksi, Şeyx Mahmud Şihabəddinin Əhər şəhərində yerləşən türbəsi, Qusar bölgəsinin Həzrə kəndində, 1544-cü ildə tikilmiş Şeyx Cüneyd türbəsi bu dövrün ən iri tikililərinə aiddir. Bu dövrdə həmçinin, çoxsaylı məscidlərin inşası səciyyəvi hal idi. 1606-cı ildə Gəncədə inşa olunan məscid tanınmış alim, memar Bəhaəddinin rəhbərliyi altında tikilmişdir. Səfəvilər dövründə körpü, kəhriz, buzxana, ovdan, hamam və karvansara tikintisi işləri də geniş miqyasda aparılırdı.




Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin