Azərbaycan torpaqlarının Osmanlı və Rus işğalından azad edilməsi. Osmanlıların hücumları İran Səfəvi dövlətinin bütün varlığını təhlükə altına almışdı. Belə bir vaxtda şah II Təhmasib Əfşar tayfasından olan Nadiri Səfəvi qoşunlarının başçısı təyin etdi. Nadirqulu əvvəlcə əfqan feodallarını ölkədən qovaraq Herat şəhərini tutur. Bundan sonra Osmanlılara qarşı mübarizəyə başlayan Nadir, artıq 1730-cu ildə Həmədan, Təbriz, Marağa və Ərdəbili işğalçılardan təmizləyir. Lakin bu zaman Xorasanda baş verən qiyamla əlaqədər Nadir ora qayıdır. Bu zaman Şah II Təhmasib öz nüfuzunu möhkəmləndirmək məqsədilə İrəvan istiqamətində hücuma keçir, lakin orada biabırcasına məğlub olur. Bundan istifadə edən Türkiyə yenidən Təbrizi tutur. Bundan qorxan Şah II Təhmasib sülh bağlamağa razı olur. 1732-ci il yanvarın 16-da Kirmanşah şəhərində İranla-Türkiyə arasında sülh bağlanır. Sülhə görə İrəvan, Gəncə, Tiflis, Şamaxı, Şirvan və Dağıstan Türkiyəyə verilir. Bu hadisə Nadiri olduqca narazı saldığından 1732-ci ildə Nadir Xorasandan qayıdaraq Şah II Təhmasibi taxtdan salır və onun oğlu 8 aylıq Abbas Mirzəni III Abbas adı ilə taxta çıxarır. Elə bu vaxtdan əfşar tayfasından olan Nadir faktiki olaraq İran dövlətini idarə etməyə başlayır və ilk növbədə Şah II Təhmasiblə Osmanlı komandanlığı arasında bağlanmış 1732-ci il müqaviləsinin şərtlərini ləğv edərək hərbi əməliyyatlara başladı.
1725-ci ildə çar I Pyotrun ölümündən sonra Rus dövləti zəiflədiyindən Rusiyanın Xəzərsahili vailayətlərini öz əlində saxlaması mümkün deyildi. Bu vilayətlər uğrunda İranla müharibə başlana bilərdi. Ona görə də 1732-ci yanvarın 21-də Rusiya-İran arasında sülh müqaviləsi bağlanır. Kürdən cənuba Xəzər sahiili vilayətlər yanidən İrana qaytarıldı. İran isə türkiyəni bu yerlərə buraxmamağı öhdəsinə götürdü. Həmçinin, İran dövləti daxilində rus tacirləri üçün güzəştli şərtlər nəzərdə tutuldu.
1733-cü ildə Nadirqulu türk qoşunlarını Bağdad ətrafında darmadağın edir. 1734-cü ildə isə Azərbaycanın şimal torpaqlarına yürüşə başalyır. Nadirqulu Şamaxı əhalilinin gələcəkdə gözlənilən müqavimətini qırmaq üçün şəhəri yerlə yeksan etməyi, onun sakinlərini isə sonralar "Yeni Şamaxı" adı ilə şəhərə çevrilən Ağsuya köçürməyi əmr etdi.
Buradan Gəncəyə üz tutan Nadir 1735-ci il martın 21-də şəhər ətrafında Rusiya nümayəndələri ilə sonralar "Gəncə müqaviləsi" adını almış sülhün imzalanmasına nail olur. Müqavilənin şərtlərinə əsasən, rus qoşunları Xəzərsahili vilayətləri tamamilə tərk edir.
Tezliklə Xəzərsahili vilayətləri ələ keçirən Nadir Cənubi Qafqazda Osmanlı ağahğına qarşı həlledici döyüşlərə başladı. 1735-ci ilin iyununda Eçmiədzinin şimal-şərqində İran və Osmanlı qoşunları arasında baş verən döyüş Nadirin qələbəsi ilə nəticələndi. 1735-ci ilin sonunda Osmanlı qoşunları Cənubi Qafqaz hüdudlarından tamamilə çıxardı.
1736-cı ilin əvvəlində Nadir qışlamaq üçün Muğana gedir. Şah III Abbasın qəflətən ölmündən istifadə edən Nadir 1736-cı ilin martında toplanmış qurultayda özünü şah elan edir. Onun taxt-tacı ələ keçrməsinə narazılıq edən Ziyadoğluları cəzalandırdı və həmin xanları Qazax, Borçalı elatlarının hakimləri ilə birlikdə Gürcüstan çarlarına tabe etdi. Kəbirli, Cavanşir, otuzikilər tayfasını Xorasana sürgün edir.
Nadir köhnə bəylərbəyliklərini ləğv edərək Azərbaycan adı altında vahid inzibati bölgü yaratdı. Bölgünün mərkəzi Təbriz, hakimi isə qardaşı İbrahim oldu.
Uzun sürən müharibələr Azərbaycanın iqtisadiyyatına ciddi zərbə vurmuşdu. Belə bir şəraitdə talan edilmiş şəhər və kəndlərin əhalisi tələb olunan vergiləri ödəyə bilmədiklərindən, İran xəzinəsi tamam başlamışdı. XVIII əsrin 30-40-cı illərində zəhmətkeş xalqın maddi vəziyyətinin həddindən artıq kəskinləşməsi və sinfi ziddiyyətlərin artması son həddə çatdı. Bu illərdə dəhşətli aclıq və xəstəliklərin yayılması əhalinin feodallar əleyhinə çıxışlarına gətirib çıxardı. Bir yandan Nadir şah xəzinəni doldurmaq üçün əhali üzərinə soyğunçu vegilər tətbiq edirdi.
Nadir zülmünə qarşı üsyanlar hələ 1734-cü ildən başlamışdı. Birinci olaraq Astaranın aclıq çəkın əhalisi çıxış etdilər. Lakin onların çıxışları amansızlıqla yatırıldı. 1735-ci ildə Şəki vilayətində Biləcik kəndinin əhalisi üsyan etdi. 1738-ci ildə Qarabağ, Şəki, Şirvan və Balakəndə də kəndli üsyanları baş vermişdi. Lakin, bu üsyanlar yatırıldı.
XVIII əsrin 40-cı illərində xalq hərəkatı daha geniş vüsət aldı. 1743-cü ildə Şirvanda Nadir zülmünə qarşı üsyan qalxdı. Belə bir tarixi şəraitdə guya Səfəvilər nəslindən olan yalançı Sam Mirzələr meydana şıxırlar. Nadir zülmündən cana doyan əhali qurtuluşu Sam Mirzədə görürdülər və ona görə də onu rəğbətlə qarşılayırlar. Lakin Sam Mirzələrin hamısı məğlub oldular. 1743-44-cü illərdə Şirvan, Şəki, Təbriz, Xoy və Səlmasda yeni üsyanlar baş verdi. Şəkidə baş verən mübarizə daha kəskin xarakter aldı. Üsyanın baş verməsinə əsas səbəb Şəki hakimi Məlik Nəcəfin özbaşınalığı olmuşdu. O, xalqa əzab verir, vegiləri üçqat toplayaraq özü mənimsəyirdi. Hələ 1741-ci ildə səbri tükənmiş Şəki əhalisi Nadir şaha şikayət etmişdi. Ona görə də Nadir Məlik Nəcəfin işlərinə nəzarət etmək üçün Şəki əhalisindən vəkil seçməyi göstəriş verir. Əhali Hacı Çələbini Vəkil seçir. O, vəkil seçiləndən sonra açıqcasına Məlik Nəcəfin işlərinə qarışır, onun əleyhinə çıxırdı. Məlik Nəcəf Hacı Çələbidən narazı idi və onu şahın qarşısında təqsirləndirmək üçün fürsət axtarırdı. O,şaha xəbər göndərir ki, guya Hacı Çələbi “Şahın əmrlərinə tabe olmur, xalqı da onları icra etməyə qoymur”. Qəzəblənmiş Şah Hacı Çələbini hüzuruna çağırır və edam olunmasını əmr edir. Hacı Çələib kəndir boğazında özünü mərdliklə və dəyanətlə apraraq, Məlik Nəcəfin işləkləri haqqında ərz edir. Bunda sonra şah onu azad edir. Tarixçi Kərim Ağa Fatehin yazdığına görə, bu hadisədən bir az keçmiş şah öz yaxın adamlarına deyir: “Mənim hüzurumda bir kəsin nəfəs çəkəmyə həddi olmadığı halda bu Şəkili Çələbidə nə cürət varmış ki, boğazında kəndir cəsarət edib bu ərzləri mənə söylədi və məlikdən mənə şikayət etdi. Görərsiniz, o bir xəta edəcəkdir, mən öz zənnimdə heç vaxt yanılmamışam”.
Bir müddət sonra əhali üsyan edir və Məlik Nəcəfi öldürür. Hacı Çələbi özünü Şəki xanıl elan edir. O,uzun müddətlik ərzaq və sursat ehtiyatı görərək, bütün şəhər əhalisini Şəkinin 8 km-də yerləşən qədim və möhkəm “Gələsən-Görəsən “qalasına köçürür. 1744-cü ilin noyabrnda Nadir şahın qoşunu Şəki üzərinə yürüşə başlayır. Lakin qoşun “Gələsən-Görəsən”də ciddi müqavimətə rast gələrək Bərdə tərəfə çəkilr.1745-ni ilin fevralında şah qoşunları yenidən Şəki üzərinə hücuma keçirlər, lakin Şəki əhalisi inadla müqavimət göstərdi. Bu vaxt Türkiyə ilə münasibətlərin kəskinləşməsi üzündən Nadir şah Şəkidə bir qarnizon qoyaraq Türkiyə sərhəddinə gedir. 1745-ci ilin ortalarında Türkiyə-İran müharibələri yenidən qızışdı. “Gələsən-Görəsən”qalası demək olar ki iki ilə yaxın mühasirədə qaldı. Qalada ərzaq ehtiyatı qurtarmaq üzrə olduğundan Hacı Çələbi vəkil vəzifəsində qalmaqla, Nadir şahın hakimiyyətini tanımağa məcbur olur.
Aramsız ara müharibələri nəticəsində gərgin iqtisadi vəziyyət, sinfi mübarizə nəticə etibarilə Nadir şahın dövlətinin süqutuna səbəb oldu.1747 ci il iyunun 20-də sui-qəsd nəticəsində Nadir şah öldürüldü. Onun silah gücünə yaratdığı dövlət tamamilə dağlıdı. İran dövlətini yünidən ara müharibələri bürüdü.
Dostları ilə paylaş: |