Azərbaycan tarixi fənni ölkəmizin ərazisində müxtəlif xalqların
və dini konfessiyaların nümayəndələrinin əsrlər boyu sülh və əminamanlıq
şəraitində yaşamaları haqqında bilgilər verir. Bu, “Azərbaycan
multikulturalizmi” fənnində təqdim olunan müddəaları daha da
əsaslı edir.
Kulturologiya fənni Azərbaycan xalqının mədəniyyətində, ədəbiyyatında,
incəsənətində əks olunan onun etnik-mədəni dəyərlərinin
əhəmiyyətini araşdıraraq “Azərbaycan multikulturalizmi” fənninin
müəyyən müddəalarının əsaslandırılması üçün empirik material təqdim
edir. Məsələn, ölkəmizdə yaşayan milli azlıqların etnik-mədəni
dəyərlərinə münasibətdə xalqımızın mədəniyyətində, ədəbiyyatında və
incəsənətində müşahidə olunan hörmət ölkəmizin ərazisində qədim
dövrlərdən bəri müxtəlif xalqların nümayəndələrinin əmin-amanlıq
şəraitində yaşadıqlarından xəbər verir.
Hüquq elmi etnik, irqi, dini və mədəni azlıqların hüquqlarının
müdafiə olunması və onların etnik-mədəni dəyərlərinin qorunması
sahəsində dövlətimizin həyata keçirdiyi layihələrdən bəhs edir. Bundan
başqa bu elm Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən
qəbul olunmuş hüquqi-normativ sənədlərin məzmununu və
əhəmiyyətini araşdıraraq ölkəmizdə bu sahədə görülən işlər haqqında
məlumat verir.
Dostları ilə paylaş: |