1.5. “Azərbaycan multikulturalizmi”
– interdissiplinar bir fənn kimi
zərbaycan multikulturalizmi” interdissiplinar bir fəndir. O, fəlsəfə,
ədəbiyyat, psixologiya, tarix, kulturologiya, hüquq, politologiya,
sosiologiya, linqvistika və bu kimi digər ictimai elmlərin müddəalarına
əsaslanır və multikulturalizmin Azərbaycan modeli haqqında
təsəvvürü formalaşdırır.
Fəlsəfə “Azərbaycan multikulturalizmi” fənninin nəzəri-metodoloji
əsasını təşkil edir. Məsələn, müasir fəlsəfə elmində geniş yayılmış
mədəniyyətin ictimai inkişafda aparıcı rol oynaması ideyası və bu
ideyaya əsaslanan mədəni-sivilizasion yanaşma cəmiyyətdəki etnik,
dini, irqi və mədəni müxtəlifliklərin tənzimlənməsində multikulturalizmin
digər siyasət modellərindən daha üstün və daha optimal siyasət
modeli olmasını əsaslandırmağa kömək edir. Bundan başqa Azərbaycanın
ictimai-fəlsəfi fikir tarixində etnik-mədəni müxtəlifliyə, tolerantlığa,
birgəyaşayışa dair söylənilən ideyaların öyrənilməsinə “Azərbaycan
multikulturalizmi” fənnində xüsusi yer ayrılmışdır. Azərbaycan
Respublikasının multikulturalizm siyasəti ilə ölkənin sosial-iqtisadi inkişafının, xarici siyasətinin qarşılıqlı təsirinin öyrənilməsi social fəlsəfə tərəfindən təhlil olunan məsələlər sırasındadır.
Dostları ilə paylaş: |