Mövzu-1 “AZƏrbaycan multikulturaliZMİ” FƏNNİNİn predmeti, metodlari, funksiyalari və


Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini



Yüklə 41,96 Kb.
səhifə14/24
tarix02.01.2022
ölçüsü41,96 Kb.
#39079
1   ...   10   11   12   13   14   15   16   17   ...   24
Mövzu-1

Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini

və inkişafını təmin edir”; 45-ci maddəsinin 1-ci bəndi – “Hər kəsin

ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə

tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır” .

45-ci maddənin 2-ci bəndi – “Heç kəs ana dilindən istifadə hüququndan



məhrum edilə bilməz”.

Analiz və sintez

Analiz (yun. analysis – “ayrıma”, “bölmə”) – tədqiq olunan obyektin

fikrən tərkib elementlərə bölünməsini nəzərdə tutan tədqiqat

metodudur. Obyektin tərkib elementləri sonradan ayrı-ayrılıqda öyrənilir.

Bu, tədqiq olunan obyekt haqqında əlavə məlumat verir. Məsələn,

analiz vasitəsilə tədqiq olunan obyektin strukturu, tərkib hissələri,

onların arasındakı münasibət müəyyən edilir.

İnduksiya deduksiyayaya əks olduğu kimi, analiz də sintezə əks

olan metoddur. Əgər analiz tədqiq olunan obyektin fikrən tərkib elementlərə

bölünməsini nəzərdə tutursa, sintez (yun. synthesis – “birləşmə”)

bu elementlərin bütövə birləşdirilməsini nəzərdə tutur. Sintez

analizin davamı kimi çıxış edir.

Bu iki metod “Azərbaycan multikulturalizmi” fənninin bir çox

müddəalarının öyrənilməsində istifadə olunur. Məsələn, Azərbaycan

Respublikasının multikulturalizm siyasətini öyrənərkən əvvəlcə analiz

metodu vasitəsilə bu siyasətin əsas elementləri (istiqamətləri) müəyyən

edilir, hər bir element (istiqamət) ayrı-ayrılıqda nəzərdən keçirilir,

onlar arasında münasibət göstərilir. Sonra isə sintez metodu vasitəsilə

Azərbaycan Respublikasının multikulturalizm siyasətinin tərkib hissələri

haqqında əldə olunan məlumat bir yerdə toplanılaraq bu siyasət

haqqında bütöv bilik əldə olunur.


Yüklə 41,96 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin