Eksperiment
Eksperiment (lat. experimentum –“təcrübə) – empirik tədqiqatın
elə bir metodudur ki, o, bu və ya digər müddəanın həqiqiliyini yoxlamaq
məqsədilə müşahidə situasiyasını yaradaraq nəzarət və idarə olunan
şəraitdə əşya və hadisələri tədqiq edir. Müşahidədən fərqli olaraq
eksperiment zamanı tədqiq olunan şərait əvvəlcədən mövcud olmur. O,
xüsusi məqsədlə yaradılır. Eksperiment digər empirik tədqiqat metodlardan
fərqli olaraq tədqiq olunan obyektin gedişatına müdaxilə etməyi
nəzərdə tutur. Eksperiment zəruri şərtlərin yaradılmasına maneçilik
törədən bütün təsirlərin və faktorların aradan götürülməsini, müvafiq
texniki qurğularla müşahidənin və ölçünün aparılmasını ehtiva edir.
Elmi idrakın digər ümumi metodları kimi eksperiment də “Azərbaycan
multikulturalizmi” fənnində istifadə oluna bilər. Məsələn, bu
fənnin əsas müddəalarından biri olan “Azərbaycanda etnik və dini
ayrı-seçkilik yoxdur” müddəasını yoxlamaq məqsədilə bir eksperiment keçirtmək olar. Eksperiment zamanı respondentlər üçün nəzarət
və idarə olunan müşahidə situasiyasını yaradaraq onlara müəyyən
suallar verməklə, qarşılarına müəyyən praktiki seçim etmək məsələsini
qoymaqla qeyd olunan müddəanın həqiqiliyini eksperimental yolla
sübut etmək olar.
İnduksiya
İnduksiya (lat. Induksio – “yönəltmək”) – bir tədqiqat metodu
kimi biliyin konkret faktlardan ümumi müddəalara hərəkətini ifadə edir.
İnduktiv metod vasitəsilə konkret faktlar toplanır və ümumiləşdirilir.
Nəticədə ümumiləşdirilmiş yeni bilik alınır. Ümumi biliyin alınmasında
bütün faktlar istifadə olunursa, induksiya tam olur. Əks halda o,
natamam olur. Əksər hallarda induktiv metodun tətbiqi zamanı əsasən
obyektiv səbəblərdən bütün faktları nəzərə almaq çətin olur. Buna görə
də natamam induksiyaya daha çox rast gəlinir. Tam induksiyadan fərqli
olaraq natamam induksiyada alınan bilik ehtimali xarakter daşıyır.
İnduktiv metod “Azərbaycan multikulturalizmi” fənnində geniş
tətbiq olunan metodlardan biridir. Bu, fənnin xarakterindən irəli gəlir.
“Azərbaycan multikulturalizmi” fənni Azərbaycan gerçəkliyini öyrənən
bir fənn kimi ölkəmizin multikulturalizm sahəsinə aid olan konkret
faktları toplayaraq öz müddəalarını irəli sürür. Məsələn, fənnin
tədrisində Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində tolerantlıq və
multikulturalizm ideyalarının olmasına dair müdafiə olunan müddəa
qədim dövrdən indiyədək Azərbaycan xalqının şifahi xalq ədəbiyyatının,
xalqımızın görkəmli mütəfəkkirlərinin, şairlərinin, yazıçılarının,
maarifçilərinin əsərlərinin nümunələri təhlil olunaraq əsaslandırılır.
Deduksiya
Deduksiya (lat. deductio – “çıxartmaq”) – ümumi müddəalardan
xüsusi nəticələrə gətirən idrak metoduna deyilir. Əldə olunan bilik, bir
qayda olaraq, zəruri xarakter daşıyır. Yəni natamam induksiyadan
fərqli olaraq deduktiv metod vasitəsilə alınan nəticə ehtimali xarakter daşımır.
“Azərbaycan multikulturalizmi” fənninin tədrisi zamanı istifadə
olunan bir çox müddəalar deduktiv metod vasitəsilə alınır. Məsələn,
Azərbaycanda yaşayan bu və ya digər milli azlığın öz ana dilini inkişaf
etdirmək hüququnun olmasını müəyyən edərkən deduktiv metod
vasitəsilə Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsinin 2-ci bəndinə (“Dövlət dili” ) və 45-ci maddəsinin 1-ci və 2-ci
bəndlərinə (“Ana dilindən istifadə hüququ” ) müraciət edərək belə hüququn
olmasını sübut etmək olar. Qeyd olunan maddələrin bəndlərində
aşağıdakılar yazılmışdır: 21-ci maddənin 2-ci bəndi – “Azərbaycan
Dostları ilə paylaş: |