Abstraktlaşdırma
Abstraktlaşdırma (lat. abstractio – “uzaqlaşdırma, kənar etmə,
rədd etmə, təmizləmə”) – tədqiq olunan obyektdən onun bir sıra əlamətlərinin
fikrən kənarlaşdırılması metodudur. Bir qayda olaraq
obyektdən fikrən ayrılan və kənarlaşdırılan onun ikinci dərəcəli, vacib
30 Azərbaycan multikulturalizmi
olmayan, onun mahiyyətini əks etdirməyən əlamətlər olur. Dərketmə
prosesində bu cür vacib olmayan, obyektin mahiyyətini əks etdirməyən
əlamətdən azad olan tədqiqatçı obyektin mahiyyətinə asanlıqla
yaxınlaşır.
Abstraktlaşdırma analiz metodu ilə sıx bağlıdır. Daha konkret
desək, abstraktlaşdırma metodu analiz metodunun məntiqi davamıdır.
Belə ki, obyektin vacib olan, onun mahiyyətini əks edən əlamətlərini
onun vacib olmayan, mahiyyətini əks etməyən əlamətlərdən ayırmazdan
əvvəl onu analiz etmək lazımdır.
“Azərbaycan multikulturalizmi” fənnində abstraktlaşdırma metodu
onun yuxarıda qeyd olunan xüsusiyyətlərinə görə geniş tətbiq
oluna bilər. Məsələn, müasir dövrdə Azərbaycanda bir çox ölkələrdə,
hətta son zamanlar bəzi Qərb ölkələrində özünü büruzə verən antisemitizm
(yəhudi xalqına, onun dininə və mədəniyyətinə qarşı düşmənçilik)
hallarının olmamasının əsas göstəricilərini müəyyən edərkən
abstraktlaşdırma metoduna uyğun olaraq diqqəti ilk növbədə yəhudilərin
ölkəmizdə tarixən təqib olmadıqlarına, onların burada dini
etiqad azadlıqlarının təmin olunmasına, ana dillərində təhsil almaq,
qəzet və jurnal nəşr etmək imkanlarının olmasına verməliyik. Yəhidilərin
Azərbaycanda yaşamaları ilə bağlı digər göstəriciləri (məsələn,
onların ölkənin müəyyən bölgələrində kompakt şəkildə məskunlaşmaları,
siyasi partiyalarda fəaliyyətləri, xidmət sahəsində çalışmaları
və s.) abstraktlaşdırma metodu vasitəsilə ayıraraq onlara diqqət
yetirmək lazım deyil. Çünki bu cür göstəricilər Azərbaycanda antisemitizmin
olub-olmamasından xəbər vermir.
Dostları ilə paylaş: |