Politologiya elmi xarici ölkələrdə, xüsusilə də multikulturalizm
siyasətinin meydana gəldiyi Qərb ölkələrındə mövcud olan multikulturalizm
modellərini ayrılıqda hərtərəfli təhlil edir. Təhlil nəticəsində
əldə olunan bilik Qərb ölkələrindəki multikulturalizm modelləri ilə
multikulturalizmin Azərbaycan modeli arasında müqayisənin aparılAzərbaycan
multikulturalizmi 33
masına imkan verir. Müqayisəli təhlil Azərbaycan multikulturalizmkulturalizminin
xüsusiyyətlərinin, o cümlədən, onun üstünlüklərinin
dərk olunmasına kömək edir.
Sosiologiya elmi multikulturalizmə bir sosial hadisə kimi yanaşaraq
onun meydana gəlməsində mühüm əhəmiyyət kəsb edən faktorların
rolunu müəyyən edir. Bundan başqa sosiologiya elmi multikulturalizmin
cəmiyyətdə rolunun, onun ölkənin daxili və xarici siyasətinə,
iqtisadi inkişafına, mədəniyyətinə təsirinin müəyyən edilməsinə kömək
edir. Sosiologiya fənni vasitəsilə Azərbaycan multikulturalizminin
formalaşmasına və inkişafına təsir edən sosial faktorların rolu
açıqlanır, həmçinin Azərbaycan multikulturalizmin bu faktorlara əks
təsiri göstərilir.
Dilçilik elmi Azərbaycan dilinin formalaşmasında və inkişafında
onun qədim zəngin potensialı ilə yanaşı, digər dillərin rolunu qeyd
edir, dövlət-dil, cəmiyyət-dil münasibətlərini öyrənir və beləliklə,
multikulturalizmin Azərbaycan modelinin mühüm xüsusiyyətlərindən
biri olan dil siyasətinin özəlliklərinin dərk olunmasına kömək edir.
Dostları ilə paylaş: |