Mövzu 1: Azərbaycan xanlıqlarının yaranmasını şərtləndirən amillər. Cənub xanlıqları



Yüklə 26,73 Kb.
səhifə6/6
tarix24.04.2022
ölçüsü26,73 Kb.
#56195
növüDərs
1   2   3   4   5   6
mühazirə 1

Ərdəbil xanlığı.Xanlığın banisi Şahsevən tayfasının başçısı Nəzərəli xan (1747-1783) idi. Başqa bir tarixi ədəbiyyatda xanlığın əsasının Şahsevən tayfasından Bədir xan (1747-1763) tərəfindən qoyulduğu göstərilir.

Ərdəbil xanlığı şimaldan Qarabağ, cənub-şərqdən Gilan, qərbdən Qaradağ və Sərab, şərqdən Lənkəran xanlıqları ilə həmsərhəd idi. Bədir xanın oğlu Nəzərəli xanın (1763-1793) dövründə zəndlər və qacarlarla münasibətlər kəskinləşdi. Nəzərəli xanın Qarabağlı İbrahim xanla dostluq, Lənkəran xanlığı ilə mehriban qonşuluq münasibətləri var idi.



1784-cü ildə Qubalı Fətəli xan Ərdəbil və Meşkini ələ keçirdi, bu hadisə Rusiya çariçası II Yekaterinanın (1762-1796) narazılığına səbəb olur. Çünki Fətəli xanın vahid Azərbaycan dövləti yaratmaq cəhdi Rusiyanın bu bölgəni ələ keçirmək siyasətinə mane ola bilərdi. Fətəli xan Ərdəbili tərk etdi. Nəsir xanın hakimiyyəti (1793-1808) dövründə xanlıq Qacarlardan asılı düşdü. Nəsir xanın ölümündən sonra Ərdəbil xanlığı Qacarlar dövlətinin tərkibinə daxil oldu.Xanlığı əyanlardan ibarət divanxana idarə edirdi. Xanlığın 3 minlik daimi qoşunu var idi.

Marağa xanlığı.Xanlığın əsasını Əliqulu xan Müqəddəm (1747-1750) qoymuşdu. Bu xanlıq siyasi səhnədə elə bir əhəmiyyətli rol oynamamışdır. Marağa xanlığı Urmiya gölünün cənub-şərqində yerləşirdi. Xanlıq qərbdə Urmiya, şimalda Təbriz, şərqdə Sərab xanlıqları ilə həmsərhəd idi.
Yüklə 26,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin