Mövzu 1: Azərbaycan xanlıqlarının yaranmasını şərtləndirən amillər. Cənub xanlıqları



Yüklə 26,73 Kb.
səhifə3/6
tarix24.04.2022
ölçüsü26,73 Kb.
#56195
növüDərs
1   2   3   4   5   6
mühazirə 1

Urmiya xanlığı. Urmiya xanlığı Cənubi Azərbaycanda, Urmiya gölünün cənub - qərbində yerləşirdi. Şimalda Xoy, şərqdə Marağa, qərbdə Osmanlı imperiyası, cənubda isə İranla qonşu idi. Xanlığın mərkəzi Urmiya şəhəri idi. Xanlığın banisi Nadir şahın əmisi oğlu Fətəli xan (1747-1763) idi. O, fəaliyyətə başladığı ilk gündən xanlıqları birləşdirib vahid dövlət yaratmaq istəyirdi. Əcəm İraq hakimi İbrahim xan özünü Təbrizdə şah elan etmişdi. Onun öldürülməsindən sonra (1749) Təbrizdə üsyan oldu. Şəhər hakimi qətlə yetirildi. Fətəli xan Əfşar bundan istifadə edib Təbrizi tutdu, paytaxtı buraya köçürdü. Çünki buradan digər xanlıqlarla əlaqə saxlamaq, onlara nəzarət etmək və gələcəkdə onları Təbriz ətrafında birləşdirmək əlverişli idi. Fətəli xan Əfşar Azərbaycan torpaqlarını birləşdirmək uğrunda mübarizəyə başladı. Fətəli xanın bu işdə müttəfiqlərə ehitiyacı olduğu üçün Nadir şahın sərkərdəsi Əfqanlı Azad xanı öz tərəfinə çəkdi. Onu xanlığın birləşmiş qoşunlarının komandanı təyin etdi. Azad xan Nadir şahın öldürülməsindən sonra Cənubi Azərbaycan hakimi Əmiraslan xanın xidmətində idi. Azad xanın ixtiyarında böyük bir hərbi qüvvə var idi.

Xoy xanı Dünbülü tayfasından olan Şahbaz xan da Fətəli xan Əfşarla ittifaqa girdi. Müttəfiqlər Qaradağ, Marağa, Sərab xanlıqlarını tutdular. Ümumiyyətlə, Ərdəbil və Maku xanlıqları istisna olmaqla Cənubi Azərbaycan torpaqları Urmiyaya birləşdirildi.

Fətəli xan Əfşar birləşdirilmiş torpaqlarda möhkəmlənmək, güclü idarəetmə sistemi yaratmaq əvəzinə Cənubi Qafqazın ələ keçirilməsi və İranda ali hakimiyyət uğrunda mübarizəyə başladı. O, bir çox yerlərə müraciətlər göndərdi. Müraciətdə deyilirdi ki, İran əhalisinə Nadir şahın etdiyi zülm və zorakılıq həddini aşdı. Onun işləri Allah təalanın buyruğuna uyğun deyildi. Onu öldürdülər. Onun öldürülməsindən sonra İran qoşun başçıları bir neçə nəfəri padşahlıq taxtına oturdub və aradan götürüblər. Məlum deyil iş neçə qurtaracaqdır. Mənim təklifim budur ki, yüksək vəzifəlilər mənimlə müttəfiq olsunlar. Azərbaycan və İranı özümüzə tabe edək.

Onun bu müraciətləri hər yerdə rəğbətlə qarşılanmadı. Onda Fətəli xan Əfşar xanları ordu gücünə özünə tabe etmək qərarına gəldi. 1751-ci ildə Azad xan İrəvan xanlığına hücum etdi. İrəvan xanı Mir Mehdi xan Kartli çarı II İraklidən hərbi kömək istədi. II İrakli Qazax və Borçalı azərbaycanlılarından qoşun toplayıb İrəvan xanı Mir Mehdi xana köməyə göndərdi. Azad xan məğlub oldu. Fətəli xan Əfşar qoşunlarını gücləndirib Gürcüstan üzərinə göndərdi. II İrakli tabe oldu, öz bacısını, iki gürcü knyazını və 200 atıcını girov olaraq Fətəli xan Əfşarın sarayına göndərdi.

XVIII əsrin 50-ci illərində İranda ali hakimiyyət uğrunda mübarizə Xorasandan İranın mərkəzinə keçmişdi. Çünki Xorasanda ikinci dəfə taxta çıxan Şahruxun real hakimiyyəti yox idi. İranın mərkəzində hakimiyyət uğrunda mübarizədə Zəndlər sülaləsi seçilirdi.

Şimali İranda – Astrabadda möhkəmlənən türk mənşəli Qacar tayfasından olan Məhəmməd Həsən xan da bu ölkədə ali hakimiyyət uğrunda mübarizəyə qoşuldu. O, İran şahı Adil şahın baş eşikağası idi. Adil şahla onun arasında ixtilaf yarandığı üçün Astrabada çəkilmişdi. Adil şah Astrabada hücum edir, Məhəmməd xan Qacar qaçmalı olur, onun bütün ailəsi, o cümlədən beş yaşlı oğlu Məhəmməd (gələcəyin Ağa Məhəmməd şah Qacarı) da əsir düşür. Adil şahın öldürülməsi vəziyyəti dəyişir. Astrabadı özünə qaytaran Məhəmməd Həsən xan Mazandaranı və Gilanı da ələ keçirdi. İsfahana yürüşə hazırlaşdı. Kərim Zəndin qüvvələrini əzdi. Tehrana qaçan Kərim xan qüvvələrini toplayıb Azərbaycana yürüş etdi. Kərim xan İsfahana, sonra isə Şiraza qaçdı. Burada şəhər əhalisi qapını onun üzünə açmadı. Geri qayıdarkən Qəmşə döyüşündə (1752) Kərim xan Zəndi Məhəmməd Həsən məğlub etdi. Kərim xanını qardaşı əsir düşdü və öldürüldü. Kərim xan Fars vilayətinə qaçdı.1753-1754-ci illərdə Fətəli xan Əfşar hakimiyyətini mərkəzi və Qərbi İrana yaydı.

1755-ci ilin yazında Qacarlar Zəndlər üzərində qələbə çaldılar. 1756-cı ilin martında Məhəmməd Həsən xan İsfahanı tutdu. Məhəmməd Həsən xanın Kərim xanla savaşmasından istifadə edən Fətəli xan Əfşar və Azad xan Gilanı tutdular. Məhəmməd Həsən xan Kərim xanla mübarizəyə fasilə verib Fətəli xan Əfşarla mübarizəyə girişir. 1757-ci ildə Rəşti (Gilan) azad etdi və Cənubi Azərbaycana üz tutdu. Təbriz və Urmiya şəhərlərini ələ keçirdi. Fətəli xan Əfşarın bəzi sərkərdələri ona xəyanət etdi. Nəticədə Fətəli xan Məhəmməd Həsən xandan asılı düşdü. Məhəmməd Həsən xanın Qarabağa yürüşü uğursuz oldu. Pənahəli xan onu 1757-ci ildə Xatın arxı döyüşündə məğlub etdi. 1758-ci ilin yazında O, İsfahana qayıtdı, sonra Şirazı mühasirəyə aldı. Uğursuz mühasirədən sonra Mazandarana qaçmalı oldu. 1759-cu ildə Məhəmmədhəsən xan Qacar silahdaşı tərəfindən öldürüldü. Bundan sonra Fətəli xan Əfşar Azərbaycanda fəaliyyətini genişləndirdi. O Qarabağa hücum etdi, Şuşa qalasını mühasirəyə aldı. Qarabağ xanı Pənahəli xan oğlu İbrahimxəlil ağanı girov verəndən sonra mühasirədən əl çəkdi.Bundan sonra Fətəli xan Ərşarın başqa xanlara təsir göstərmək imkanı artdı. Bu zaman İranda hakimiyyətini möhkəmləndirən Kərim xan Zənd yenidən Azərbaycana hücum etdi. 1761-ci ilin yazında Qaraçəmən döyüşündə Kərim xan Zənd məğlub oldu.Bu qələbədən sonra Fətəli xan Əfşar arxayınlaşdı. Kərim xan Zənd yeni ordu yaratdı, Azərbaycan xanlarını öz tərəfinə çəkdi. Pənahəli xan qoşunu ilə Kərim xan Zəndə köməyə getdi. 9 aydan sonra Fətəli xan Əfşar təslim oldu. O, əsir düşdü və öldürüldü. Kərim xan Zənd Fətəli xana kömək edən xanları “qonaqlıq” adı ilə Şiraza apardı. Onların arasında Qarabağ xanı Pənahəli xan, Xoy xanı Şahbaz xan və digərləri var idi. Kərim xan bu yolla xanları vətənlərindən uzaqlaşdırdı.

1779-cu ildə Kərim xan Zəndin ölümündən sonra Urmiya xanlığı yenidən müstəqil oldu. Ağa Məhəmməd xan Qacar Urmiya xanlığına hücum etdi. Astrabad və Mazandaranda üsyan baş verdiyindən Ağa Məhəmməd xan Qacar Urmiyanı tərk etdi. 1790-cı ildə Ağa Məhəmməd xan Qacar yenidən Urmiyaya hücum etdi. Urmiya hakimi Məhəmmədqulu xan Urmiyanı tərk etdi. 1797-ci ildə Qacar öləndən sonra Urmiya yenidən müstəqil oldu, lakin İran şahı Fətəli şah Urmiya xanlığını özündən asılı saldı.




Yüklə 26,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin